* Dr. Əhməd Kazemi
İranın 14-cü prezident seçkilərində doktor Məsud Pezeşkianın qələbəsi ilə süni və asılı pantürkizm cərəyanının onun qələbəsini müsadirə etmək cəhdi yeni mərhələyə qədəm qoyub. İran İslam Şura Məclisində Təbriz, Azərşəhr və Osku şəhərlərinin əhalisini beş dövr təmsil edən doktor Pezeşkianın ölkə prezidenti olmaq uğrunda seçkidə namizədliyi təid olduğdan sonra, Amerika, İngiltərə, Azərbaycan Respublikası və Türkiyədə məskunlaşan panturanist, pantürkist və panazəri cərəyanlardan ibarət koalisiya internet trolları və Bakının kiber ordusu və eləcə də İranın daxilində fəaliyyət göstərən bəzi daxili özünüsatmış ünsürlər şəbəkəsi vasitəsilə virtual məkanda, seçki atmosferini etnikləşdirməyə və bu iranlı şəxsiyyəti pantürkizm cərəyanına bağlamağa və müsadirə etməyə çalışır! Bu barədə yeddi məqamı qaldırıb izah etmək olar:
Birinci: İran İslam Respublikası hakimiyyətinin ölkədə prezident seçkiləri kampaniyaları zamanı etnik təbliğata qarşı məqsədyönlü tolerantlıq siyasəti – yaxşı və ya pis olmasından asılı olmayaraq – seçki rəğbətinin yaradılması və iştirakçılığın artırılması məqsədi ilə həyata keçirildi və təəssüf ki, bu da xain pantürkizm şəbəkəsində əsassız təəssürat yaratdı ki, bu da onların İrana qarşı hərəkətlərinə fürsət yaratmış kimi görünür! Amma bu fürsət də seçkinin başa çatması ilə başa çatıb! Heç kimə sirr deyil ki, pantürkizmin kökləri ingilis panturanizmindən qaynaqlanır və onun da məqsədi İranı parçalamaq və bütün İran xalqlarının yerli dəyərlərinin tərənnümü olan ümum İran dəyərlərini məhv etməkdir. Buna görə də pantürkizm mərkəzlərinin xəyallarının əksinə olaraq, 14-cü seçkinin nəticələrindən biri də İslami İran düşmənlərinin etnik sui-qəsdlərinin yeni ölçülərinin üzə çıxmasıdır ki, bu da yeni və daha ciddi əks tədbirlərə yol açır.
İkincisi: Hökumət vəzifələrində çoxlu təcrübəsi, İslam Şura Məclisdə uzun illər təmsilçiliyi və müqəddəs müdafiə müharibəsində iştirakı və Nəhcül-Bəlağənin tədris sahəsində elmi qabiliyyəti olan doktor Pezeşkian “güclü İran” övladıdır. Gələcək hadisələr göstərəcək ki, onun dövründə pantürkizm digər dövrlərə nisbətən daha çox zərbə qəbul edəcək! Çünki, Dr. Pezeşkian tərəfindən vurğulanan “etnik qrupların və azlıqların hüquqlarının dəstəklənməsi” nümunələrindən biri də onların kimlik və mədəni hüquqlarının dəstəklənməsidir. Bu gün Britaniyanın pan-Turançı fitnəsinin təsiri altında və Bakı və Ankaranın əməkdaşlığı ilə İran azərbaycanlısının qürurlu kimliyini “qeyri-iranlı türk və turan” kimliyinə çevrilmək üçün görünməmiş hücuma məruz qalır. Bu kimliyi qorumaq pantürkizmə və onun amillərinə qarşı ciddi yanaşma tələb edir. Bu prosesdə İslami İranda əsas qərarların qəbulunda irqi-etnik amillərin təsiri olmayıb və olmayacaq da! Amma məsələyə bir an da etnik gözdən baxsaq belə, demək olar ki, bununla bağlı anti-İran etnik cərəyanlara, o cümlədən asılı pantürkizmə qarşı bir çox ideyalar, planlar və hərəkətlər məhz məğrur azərilər tərəfindən fikirlışib və həyata keçirilib. Bu milli hərəkat etnikpərəstlərin hesablamalarının əksinə olaraq, doktor Pezeşkian dövründə “İran üçün” və “İranın yüksəlişi üçün” daha güclü davam edəcək. Elə bu səbəbdən, 14-cü prezident seçkisi kampaniyaları zamanı “Osmanlı məslək Turanşəhri” ünsürlər tərəfindən “İranşəhri” adlandırılan insanlar Pezeşkiana dəstək olmaq üçün ayağa qalxdılar.
Üçüncüsü: Azərbaycan Respublikasının etibarsız KİV-lərinin gecəyarı yaydığı hay-küyün əksinə olaraq, Dr. Pezeşkianın qələbəsi İslami İranın NATO-nun Turani dəhlizi (saxta Zəngəzur dəhlizi), sərhəd və geosiyasi dəyişikliklər, qondarma “Türk ölkələri” təşkilatının tanınmaması və Tehranın Bakı və İrəvanla qonşuluq siyasətində dəyişiklik yaratmayacaq. Saxta Zəngəzur dəhlizini həyata keçirməkdən ümidsiz olan Bakı öz daxili məqsədləri üçün və pantürkist mahiyyətinə uyğun olaraq, Dr. Pezeşkianın qələbəsini etnikləşdirmək istəyir. Amma Türkiyə “Türk ölkələri” deyilən qurumun lideri qismində İran, Rusiya və Çinin yeni düniya nizamındakı rolundan xəbərdar olduğu üçün “Şanxay Əməkdaşlıq Təşkilatı”nın qapıları arxasında təşkilata üzv olmaq üçün an sayır, çətin ki İran İslam Respublikası sistemində qərarların qəbulu mexanizmindən və Dr. Pezeşkianın keçmişindən agah olan Əliyevlər ailəsi bu həqiqəti bilməsin ki, İranın Qafqazla bağlı qırmızı xətləri heç bir şəraitdə dəyişməyəcək və İslam İnqilabının rəhbərinin Nikol Paşinyanla son görüşündə dediyi kimi: “Mərhum prezidentimiz Ermənistanla bağlı sərhəd məsələlərinə və bu məsələ ətrafında cərəyan edən hadisələrə çox həssas yanaşırdı və bu həssaslıq və qayğı nəzərə alınmalıdır.”
Dördüncü: Azərbaycan Respublikası Prezidenti İlham Əliyev regionun bir çox ölkələrinin başçıları kimi Dr. Pezeşkianı qələbəsi münasibətilə təbrik və Bakıya səfərə dəvət edib. Təklif olunur ki, Əliyevlər ailəsi Dr. Pezeşkianın prezidenlik dövründə İranla münasibətlərə xoş niyyət nümayiş etdirsin və şəhid prezidentin dövründə Tehrandan böyük bir torpaq sahəsi və dəbdəbəli səfirlik binası almaq imtiyazı əldə etməsini nəzərə alıb, bu səfərdən əvvəl bir neçə addım atsınlar: 1. İranlılara və İran azərilərinə nifrətini bir kənara qoyub, gülünc bəhanələrə əsaslanan üç illik dəmir blokadadan sonra İran kimi vizanı ləğv edin ki, bütün Iranlılar, o cümlədən azərbaycanlılar ilə Azərbaycan Respublikasının xalqı arasında xalq-xalq əlaqələri qurulsun. 2. Yalan Zəngəzur dəhlizi hiləsindən rəsmən imtina edərək, “Orta Dəhliz” beynəlxalq daşıma layihəsi çərçivəsində “Ərəs keçidi”nin həyata keçirilməsi üzrə öhdəliklərini yerinə yetirsinlər. 3. Xuda-Afərin bəndinin tikintisi, hərbi satınalmalar və s. daxil olmaqla, əvvəlki borc və öhdəliklərini ödəməli və Bakıdakı İran mülklərinə və qurumlarına qarşı təxribata son qoymalı, sistemli anti-şiə prosesinə və anti-şiə fəaliyyətlərinə xitam verilməlidir, İranlı separatçı nifrət millətçilərini yaxud etnikpərəstləri dəstəkləməsinlər və bu ölkədəki o cümlədən şuşi şəhərindəki İran-İslam irsinə hücumu dayandırsınlar.
Beşincisi: 2020/1399-cu ilində ikinci Qarabağ müharibəsi layihəsinin baş verməsi ilə pantürkizmə bağlı cərəyanın İran azərbaycanlılarını öz kimliklərindən uzaqlaşdırmaq üçün dağıdıcı fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Əsasən, ikinci Qarabağ müharibəsi layihəsi Britaniya fitnəsi olan NATO-nun Turan dəhlizinin həyata keçirilməsi yolu ilə və Britaniya panturanizmi ideyası formasında qondarma türk dünyasını yaratmaq üçün ilk addımı hesab edilir ki, Qafqazda və İranın ətraf ərazilərində anqlo-sakson nizamının yaradılması məqsədini güdür. Buna görə də İranda pantürkizm ünsürlərin üzərinə bir missiya qoyulmuşdur ki, “fəxarətli və əsil İran Azərbaycanlısı kimliyi”nin “İranlı olmayan türk kimliyinə” çevrilməsi ilə bütün mədəni, siyasi, ideoloji, təhlükəsizlik, enerji və iqtisadi sahələrdə anti-İran funksiyası daşıyan ingilislərin “Türk dünyası” deyilən çərçivəsinə qoşulmaq üçün platforma qurmaq və zəmin yaratmaqdan ibarətdir. Bu səbəbdən də bu cərəyanın əvvəlki nəzəriyyəçilərinin azəri dilində əsərlərinin olmasının şahidi olsaq da, indi türkçü ünsürlər Azərbaycan kimliyini Turanlaşdırmaq üçün azəri dilini inkar edir və onların azəri və ya azərbaycanlı deyil, türk olduqlarını Iddia edir. Pantürkizmə bağlı cərəyan Dr. Pezeşkian dövrünü bu ingilis fitnəsini həyata keçirmək üçün fürsət hesab edir. Bu yanaşma sübut edir ki, pantürkizm cərəyanı təkcə cəhalət və savadsızlığın qarışığı deyil; həm də və daha doğrusu, pantürkizm azərilərin kimliyi və köklərini dəyişmək cəhdlərinə görə “vətənpsatmaq və şəxsiyyətsizliyin” birləşməsidir ki, buna xatir də həmişə əziz İran xalqının qəzəbində olacaqlar.
Altıncı: Azərbaycan və Türkiyə kimi ölkələrin mətbuatı İran prezident seçkilərinə etnik diskurs daxil etməyə çalışıb, ancaq İrandan fərqli olaraq Türkiyə və Azərbaycan Respublikası reallıqda və meydanda dərin etnik çatlarla üzləşirlər və davranışlarını dəyişməsələr, gec-tez bunun bədəlini ödəyəcəklər! Bu ölkələr etnik illüziyaların arxasınca getmək əvəzinə, seçki keçirməyin sağlamlığını, insanların səslərinin etibarlılığını, azad və şəffaf iştirak və rəqabətin növünü, seçki mühəndisliyinin olmamasını İran seçkilərindən örnək götürüb modelləşdirməlidirlər. Etnik təmizləmə tarixi olan bu cür anti-azlıq ölkələrin təbliğatının əksinə olaraq, İslami təlimlərə və insan haqlarının təməl prinsiplərinə əsaslanan İslami İran azlıqların və etnik qrupların hüquqlarına hörmətlə yanaşan ölkələrdən biridir və “vahid tarixi İran xalqı”nı formalaşdıran azlıqlar və etnik qrupların hüquqları İranda tam qorunur. İran Konstitusiyasının 13-cü maddəsində dini azlıqların hüquqları vurğulanır və 19-cu maddədə deyilir: “İran xalqı etnik mənsubiyyətindən və qəbiləsindən asılı olmayaraq bərabər hüquqlara malikdir və dərisinin rəngi, irqi, dili və s. imtiyazlara səbəb olmayacaq.” Müqayisə nöqteyi-nəzərindən İran Konstitusiyasının müddəaları təkcə beynəlxalq insan hüquqları sənədlərində azlıqların hüququ barəsində vurğulanılan ayrı-seçkiliyə yol verməmək prinsipinə ciddi diqqət yetirməyi deyil, həmçinin və daha doğrusu, orada vurğulanan “azlıqların mövcudluğu”, “təcrid olunmaması” və “məcburi işə götürülməməsi”nin dəstəklənməsinə dair üç prinsipi diqqətə alıb. Seçkiləri boykot etmək ideyasının məğlubiyyəti və İran xalqının bütün təbəqələrinin 14-cü prezident seçkilərində iştirakı “İran İslam tərəqqi modeli” naminə nailiyyəti və həmən prinsiplərin təcəssümüdür. Əslində, iranlı azlıqlar və etnik qruplar tarixi prosesə və keçmiş təcrübələrə görə həmişə İran üçün fürsət olub və düşmənlərin bu sahədəki fitnə-fəsadları düşmənlərin özlərinə qarşı istifadə olunacaq.
Yeddinci: Ali Məqamlı Rəhbər İran xalqının seçkilərdə hərarətli və şövqlə iştirakı münasibəti ilə müraciətində dediyi kimi: İran xalqının düşmənlərinin xalqı ümidsizliyə və çıxılmaz vəziyyətə salmaq üçün işə saldıqları seçkiləri boykot etmək kimi süni hay-küy yaratmaq cəhdləri ilə qarşılaşmaqda millətin parlaq və unudulmaz hərəkətindən sonra, indi ölkənin tərəqqisi və artan izzəti və seçilmiş prezidentin ölkənin çoxsaylı imkanlarından, xüsusən də gənc, inqilabçı insan resurslarından və siyasi potensialından istifadə edərək yüksək və parlaq üfüqlərə çatmaq səyi üçün “hamının əməkdaşlığı və yaxşı düşünməsi” vaxtıdır.” Doktor Məsud Pezeşkian “İran xalqı üçün” fraksiyaçılıqdan və tərəfkeşlikdən uzaq durmağı söz verib və bunun həyata keçirilməsi “güclü İran”ın tələblərindən biridir. 14-cü seçkinin ətrafında cərəyan edən olaylar göstərdi ki, “güclü İran”ın pantürkizm və İran əvəzinə “İranistan” istəyən fitnəkar güyaki etnik cərəyanlarla mübarizə və və ölkənin şərəfini, nüfuzunu və milli maraqlarını NATO piyadalarının bölgədəki ifratçılıq və intriqalarına qarşı qorumaq üçün yeni plana ehtiyacı var və təbii ki, bu yeni planın İran Azərbaycanının oğlunun prezidentliyi dövründə baş tutması İran tarixi üçün şərəf olacaq. Bu, uzun illər İran İslam Şura Məclisində şərəfli və tarix yazan Təbriz əhalisini təmsil edən bir şəxsin prezidentliyi dövründə baş tutacaq!
Son
Leave A Comment