Uzun müddət Aparteiddan əzab və əziyyətdə qalmış və nəhayətdə Nelson Mandellanın rəhbərliyi ilə vəhşi aparteid sistemindən qurtulmuş Cənubi Afrikanın sionist rejiminə qarşı Qəzzada soyqırım cinayəti törətməsi ilə bağlı şikayətinə Beynəlxalq Ədalət Məhkəməsində baxılmağa başlayıb. Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin 2024-il 11 Yanvardan bu işə baxması dünyanın siyasi, hüquqi və sosial dairələrinin diqqət mərkəzində olmuşdur. Şikayətdə sionist rejim “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın (1948) pozulmasına xatir soyqırımda ittiham olunur. İllərlə davam edəcək bu proses Yəum-ul-Nəkbə (nikbət günü) günündə sionist rejimin qurulmasından sonrakı dövrdə rejimin qarşılaşdığı ən böyük məhkəmə sınağıdır ki, İsrail rejiminin hüquqi cəhətdən degradasiyasının sürətlənməsini bir çox cəhətdən təsdiqləyən bir məsələdir. Bununla bağlı on vacib məqama işarə oluna bilər:
Birincisi: Sələfi “Daimi Beynəlxalq Ədalət Məhkəməsi” də daxil olmaqla yüz ildən artıq tarixə malik “Beynəlxalq Ədalət Məhkəməsi” Birləşmiş Millətlər Təşkilatının ən mühüm məhkəmə sütunudur ki, qərarlarının icrası bütün ölkələr üçün məcburidir. Lakin orada asanlıqla iddia qaldırmaq mümkün deyil, çünki iddianın verilməsi yalnız tərəflərin razılığı ilə və “məhkəmənin məcburi yurisdiksiyasının qəbul edilməsi haqqında opsional (könüllü) bəyannamə” kimi tanınan bəyannamənin verilməsi ilə mümkündür. Əks təqdirdə, iddia yalnız ərizə verən ölkə (şikayətçi tərəf) ilə cavabdeh ölkənin (ittiham olunan tərəf) hər ikisinin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməsini nəzərdə tutan konvensiyanın üzvü olduğu halda həmən konvensiyanın təfsiri və icrası ilə bağlı mübahisə yaranması ilə bağlı verilə bilər.
İkincisi: Cənubi Afrika və sionist rejim hər ikisi “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” nın (BMT tərəfindən 1948-ci ildə təsdiqlənib) üzvləridir. Cənubi Afrika 84 səhifəlik ərizədə bu konvensiyanın 9-cu maddəsinə istinad edərək, sionist rejimin Əl-Əqsa Tufanı əməliyyatından (7 oktyabr 2023-cü il) sonra Qəzzadaki hərəkətlərini soyqırım nümunəsi və bu konvensiyanın bir çox müddəalarının pozulması adlandırıb və soyqırımın dayandırılmasını, Qəzzanın yenidən qurulması üçün təzminat ödənilməsini və fələstinli qaçqınların evlərinə qaytarılmasını tələb edib. Sionist rejim indiyədək Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq məhkəmələrin yurisdiksiyasını könüllü qəbul etməyib. Bu rejimin praktikası beynəlxalq məhkəmələrdə cavab verməkdən imtina olub, lakin indi bu rejim “hüquqi tələyə” düşüb və rejimin baş naziri və digər rəsmilərinin əsəbi reaksiyaları da onların hüquqi vəziyyətlə bağlı narahatlığının və məhkəmənin hüquqi və siyasi nəticələrindən əndişələndiklərinin nə qədər yüksək olduğunu göstərir.
Üçüncüsü: Cənubi Afrikanın şikayəti hüquqi aspektlərdən əlavə, normativ funksiyanın üç ölçüsünə malikdir: Birinci: Şikayətin mövzusu beynəlxalq cinayət hüquq elmində “cinayətlərin anası” adlandırılan, bəşəriyyətin ictimai vicdanını ağır şəkildə zədələyən soyqırım məsələsidir. 2. İkincisi: Şikayət uzun illər aparteid və irqi ayrı-seçkiliyin qurbanı olmuş bir ölkə tərəfindən verilmişdir. Üçüncüsü: Təqsirləndirilən tərəf 70 ildən artıqdır ki, Holokost planı ilə Almaniya kimi bəzi Qərb ölkələrindən təzminat alarkən qondarma “soyqırım qurbanı” qiyafəsinə girib Fələstində hərbi təcavüz və müxtəlif beynəlxalq cinayətlərlə məşğul olan rejimdir.
Dördüncüsü: Sionist rejim prosesin “ilkin iradlar” deyilən mərhələsində bu şikayətin araşdırılmasında Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını şübhə altına almaqda nakam qalıb və ilk hüquqi məğlubiyyətini yaşayır. 1948-ci il Konvensiyasına əsasən, Beynəlxalq Ədalət Məhkəməsi isə özünü bu işə baxmağa tam səlahiyyətli hesab edir.
Beşinci: Məhkəmə prosesinin uzunluğunu nəzərə alaraq, Cənubi Afrika öz ərizəsində, 9 məsələdə “müvəqqəti qərar” verilməsini, o cümlədən hərbi əməliyyatların dayandırılması, əməliyyatların bərpa olunmamasının təmin edilməsini, sionist rejimin soyqırıma aparan hər hansı əməliyyatın qarşısını almaq üçün iltizam verməsini, Təl-Əviv rejiminin dəlillərin məhv edilməsinin qarşısını almaq üçün səmərəli səyini və faktaraşdırıcı qruplarla əməkdaşlıq etməsini, sionist rejimin gördüyü işlər barədə məhkəməyə hesabat təqdim etməsini, və rejimin mübahisəni uzadan yaxud məhkəmədə həllini çətinləşdirən hər hansı bir hərəkətdən çəkinməsini tələb edib. Məhkəmə tərəfindən müvəqqəti qərarın verilməsi olduqca mümkündür. Bu məsələ Amerika və İngiltərə başda olmaqla rejim və onun müttəfiqləri üçün Qəzzaya hücumları davam etdirməkdə ciddi problemlər yaradacaq. Çünki Məhkəmənin “Laqrand qardaşları” işi kimi bəzi işlərdə vurğulamasına görə və həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 94-cü maddəsinin şərhinə əsasən, “müvəqqəti qərarlar” da “məhkəmə qərarları” kimi tərəflər üçün məcburidir. Bu məsələ dünya ictimai rəyinin bu rejim tərəfdarlarına qarşı anti-sionist təzyiq əmsalını gücləndirəcək.
Altıncı: Əvvəllər Beynəlxalq Ədalət Məhkəməsi “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” çərçivəsində “Bosniya və Herseqovinanın Serbiya və Monteneqroya qarşı” şikayətinə (2007), Ukraynanın Rusiyaya qarşı iddiasına (fevral 2022) və Qambiyanın Rohingia müsəlmanlarının soyqırımı ilə bağlı Myanmaya qarşı iddiasına (2019) baxıb. Rohingia müsəlmanlarının soyqırımı məsələsində, məhkəmə müvəqqəti qərar (yanvar 2020) verməklə yanaşı, 2022-ci ilin iyulunda Rohingia müsəlmanlarının soyqırımı ilə bağlı Myanmanın etirazlarını rədd etdi. Sözügedən işlərin icraatı hələ də davam edir, yalnız “Srebrenitsa Soyqırımı” işi bağlanıb. Bosniya və Herseqovinanın Serbiya və Monteneqroya qarşı şikayətində (2007) məhkəmə, Serb hökumətinin beynəlxalq məsuliyyətini təsbit edilməməsinə baxmayaraq qatillərin hökumətə bağlılığını aşkarlaya bilməsə də, Srebrenitsada müsəlmanların soyqırımı faktını təsdiqləyib və həmçinin Serbiyanın Srebrenitsa soyqırımının qarşısının alınması ilə bağlı 1948-ci il Konvensiyasından irəli gələn öhdəliklərini pozduğunu bəyan edib. Bundan əlavə, “Keçmiş Yuqoslaviya üzrə Xüsusi Beynəlxalq Cinayət Tribunalı” da 2017-ci ildə Yuqoslaviya müharibəsində (1992-1995) serblərin komandiri, “Balkanların qəssabı” kimi tanınan Radko Miladiçi Bosniya müsəlmanlarının “soyqırımı”nda iştirakına görə ömürlük həbs cəzasına məhkum edib. Sionist rejimin səlahiyyətliləri Qəzzanı məhv etmək niyyətində olduqlarını etiraf ediblər və Qəzzada törədilən soyqırımın miqyası Srebrenitsadakı soyqırımdan qat-qat böyükdür və gələcək perspektivdə məhkəmənin müstəqilliyi davam edərsə, bu rejimin cəzalandırılmasını proqnozlaşdırmaq olar. Təl-Əviv rejimi və ABŞ-ın Qəzzanın bəzi hissələrindən geri çəkilməyə dair gedişləri isə qlobal ictimai rəyin təzyiqi ilə yanaşı, bu məsələdən də təsirlənir. Amerikanın Yəmənə hücumunun ilk məhkəmə iclası ilə eyni vaxta planlaşdırılması da ictimai rəyin sionist rejimə qarşı olan bu xəbər şokundan təsirlənməsinin qarşısını almaq üçün atılmış məkirli və cinayətkar addım idi.
Yeddinci: Sionist rejim Qərb mediasının propaqandasından istifadə etməklə yanaşı, səylər göstərir ki, siyasi hay-küy yaratmaqla və “qanuni müdafiə prinsipindən” suistifadə etməklə, və paralel olaraq məhkəmədə hüquqi imkanından maksimum istifadə etməklə, məsələn “xüsusi hakim” təinatı hüququndan istifadə etməklə (Ad Hoc) və İngiltərəli “Malcolm Shaw” kimi tanınmış hüquqşünasları işə götürməklə məhkəməyə təsir etin. Bu elə bir vəziyyətdədir ki, əsasən, Məhkəmənin tarixində ehtiyatlı yanaşma olsa da, onun siyasiləşməsi ən azı bu günə qədər özünü büruzə verməyib. Digər tərəfdən, Qəzzada Fələstinin milli, irqi və etnik qruplarının əhəmiyyətli bir hissəsinin məhv edilməsinə yönəlmiş sionist rejimin soyqırım cinayətinin törədilməsinin maddi və mənəvi ünsürləri o qədər aşkardır ki, yüzlərlə hüquqşünas və nüfuzlu Hüquq qurumları bunu Qəzza müharibəsi zamanı vurğulayıblar.
Səkkizinci: “Beynəlxalq Ədalət Məhkəməsi”ndə qaldırılmış sionist rejimin soyqırım işini başqa nöqteyi-nəzərdən də qiymətləndirmək olar. Bu iş sionist rejim rəhbərlərinin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalarına da təsir edəcək. Baxmayaraq ki, “Beynəlxalq Ədalət Məhkəməsi” hökumətlərin iddialarına baxır və onlara qarşı hökmlər çıxarır, “Beynəlxalq Cinayət Məhkəməsi” ayrı-ayrı şəxslərə, o cümlədən dövlət rəsmilərinə qarşı cinayət cəzaları verir. . Soyqırım dörd beynəlxalq cinayətdən (hərbi təcavüz cinayəti, insanlığa qarşı cinayət və müharibə cinayəti ilə birlikdə) biridir ki, Beynəlxalq Cinayət Məhkəməsi onların yurisdiksiyasında səlahiyyətə malikdir. Soyqırım dörd beynəlxalq cinayətdən (hərbi təcavüz cinayəti, insanlığa qarşı cinayət və müharibə cinayəti ilə birlikdə) biridir ki, Beynəlxalq Cinayət Məhkəməsi onların yurisdiksiyasında səlahiyyətə malikdir. Tunis Hüquqşünaslar Milli Birliyinin və mindən çox vəkilin şikayətindən və Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna qarşı ictimai rəyin təzyiqindən sonra, Benyamin Netanyahu və sionist rejimin digər rəhbərlərinə qarşı şikayət işi sözügedən məhkəmədə 2023-cü ilin noyabrından baxılmağa başlayıb. Fələstin 2015-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olub və bu məhkəmə isə 2021-ci ildə onun cinayət yurisdiksiyasına Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsü aid etdiyi haqqında qərar qəbul edib. Buna görə də yuxarıda adı çəkilən məhkəmə sionist rejimin başçılarını, xüsusilə Netanyahu, Qalant və Benni Qantsı Fələstin xalqına qarşı hərbi cinayətlər və soyqırım törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb etmək səlahiyyətinə malikdir. Odur ki, gələcəkdə Tel-Əviv rejimi beynəlxalq cinayətlərin törədilməsi sahəsində iki mühüm hüquqi və cinayət işi ilə üzləşəcək ki, bu da bu rejim üçün ağır nəticələrə səbəb olacaq.
Doqquzuncu: BMT nizamnaməsinin 94-cü maddəsinə əsasən, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları icra olunmazsa, şikayətçi tərəf BMT-nin Təhlükəsizlik Şurasına şikayət edə bilər və Təhlükəsizlik Şurası da bunula bağlı qərar qəbul edə bilər. Baxmayaraq ki, keçmişdə olduğu kimi, ABŞ-ın Təhlükəsizlik Şurasında sionist rejimə xalis dəstəyi proqnozlaşdırılandır, rejimin beynəlxalq məhkəmələrdə qanuni şəkildə məhkum olunması bir tərəfdən anti-sionist cəbhənin legitimliyini və onların gələcəkdəki fəaliyyətlərini gücləndirir, digər tərəfdən isə Təl-Əviv müttəfiqlərinin ictimai rəydə ona dəstək verməkdə çətinliklərini ağırlaşdırır. Bundan əlavə, istər ABŞ və İngiltərə kimi Təl-Əviv rejiminin cinayətlərinə hərbi, siyasi və maliyyə cəhətdən birbaşa dəstək verənlərin, istərsə də sionist rejimin neft və ərzaq və ordusunun yanacaqla təmin edilməsində təsirli rol oynayan Bakı hökuməti kimilərin beynəlxalq cinayətlərdə iştirakda ittiham olunub, hüquqi və cinayət təqiblərinə məruz qalmaları üçün əsaslar yaranacaq.
Onuncu: Yekun məqam isə ondan ibarətdir ki, gələcək perspektivdə “Beynəlxalq Ədalət Məhkəməsi” və “Beynəlxalq Cinayət Məhkəməsi”ndə fələstinlilərin sionist rejim tərəfindən soyqırıma məruz qalmasının təsdiqinin hər mərhələsində dünya xalqları bu rejimin mahiyyətindən daha artıq məlumata sahib olacaqlar. Necəki, Əl-Əqsa tufanı və sionist rejimin cinayətlərindən sonra dünya ictimai rəyinin sionist rejimin mahiyyəti haqqında məlumatlanmasının ilk dalğasının ardınca rejimin ikiüzlülüyü ilə bağlı dünya ictimai rəyində oyanma və məlumatlanmanın ikinci dalğası da məhkəmə prosesində başlayacaq və dünya xalqları biləcək ki, sionist rejim bir tərəfdən son 75 il ərzində “soyqırım qurbanı” adı altında öz varlığının qeyri-qanuniliyini və işqalçı mahiyyətini gizlədib, digər tərəfdən isə 21-ci əsrin ən böyük soyqırımını fələstinlilərə qarşı həyata keçirib. Bu, sionist rejimin hüquqi tənəzzülü deməkdir ki, bu da hərbi uğursuzluqlarla yanaşı, onun tam iflasının və deqradasiyasının və nəhayətdə süqutunun sürətləndirilməsi üçün müqəddimədir.
Əhməd Kazemi, universitetin beynəlxalq hüquq professoru Dr
Leave A Comment