Bakı-Ankara cəbhəsi London-Sionist oxunun dəstəyi ilə Moskvanın Ukrayna müharibəsinə cəlb edilməsindən və Rusiyanın Qafqazdakı silsilə səhvlərindən maksimum yararlanaraq, Qafqazda Rusiya və İran nizamını məhv etmək və NATO-nun Turan dəhlizi planı ətrafında mərkəzləşmiş anqlosakson nizamını həyata keçirmək üçün istifadə edib.
Aleksandr Qorçakov adına Diplomatiya Mərkəzi və Erməni Layihəsi Elmi İnstitutunun İrəvanda keçirilən iclasındakı çıxışında doktor Əhməd Kazemi bu məsələni vurğulayaraq əlavə eddib: “Bu gün Qafqazda İran və Rusiyaya qarşı ən böyük ümumi təhlükə London-Sionist cəbhəsinin bu bölgədə anqlosakson nizamını qurmaq üçün fəaliyyətidir.”
O, əlavə etdi: “Vladimir Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin ən böyük geosiyasi fəlakəti hesab etsə də, Türkiyənin eks-prezidenti Turqut Özal (1993-1989) qondarma türk dünyası məsələsinə toxunaraq demişdir ki, belə bir fürsət üç yüz ildə bir ola bilər və Ankara bu fürsəti əldən verməməlidir.”
Doktor Kazemi vurğuladı: “Birinci Qarabağ müharibəsi pan-turanizmin qaldırdığı qondarma türk dünyası ideyasının 30 il ərzində reallaşmamasını xüsusən də Azərbaycan Respublikasının qondarma türk dünyası ilə heç bir əlaqəsi olmadığı üçün 30 il ləngitdi.”
Avrasiya üzrə baş tədqiqatçı əlavə etdi: “Amerikanın tənəzzülünün güclənməsi və İran, Rusiya və Çinə qarşı hücumlar üçün bazaya çevrilməli olan Əfqanıstandakı biabırçı uğursuzluğu Londondakı NATO beyin mərkəzlərini Rusiya-Çin və İran nizamının bərqərar olmasının qarşısını almaq üçün Qafqazın və Orta Asiyanın unikal imkanlarından istifadə etməyə sövq etdi.”
O, İran İslam İnqilabının Böyük Rəhbərinin Amerikanın tənəzzülünün xüsusiyyətlərindən birinin qlobal qüdrətin Qərbdən Asiyaya keçməsi olduğuna dair bəyanatlarına istinad edərək əlavə edib: “Anqlosakson nizamının məqsədi bu tendensiyaya qarşı çıxmaqdır.”
Doktor Kazemi Atatürk, Özal, Alparslan Türkeş, Ecevit, Bağçalı, Ərdoğan və digərlərinin inandığı anqlosakson nizamının hədəflərinin mərkəzində panturanizm şüarı ilə türk dünyasının qurulmasının dayandığını vurğuladı.”
Universitet professoru əlavə etdi: “Anqlo-sakson nəzminə əsasən, Ermənistanın cənubunun qoparılması və NATO-nun Turani dəhlizinin formalaşması ilə bütün əsas tranzit və enerji marşrutları türk dünyası deyilən mərkəzin ixtiyarına verilir və Türk Hökumətləri Təşkilatı NATO-nun bölgədəki qolu rolunu oynayacaq.”
Dr. Kazemi vurğuladı: “İngilis panturanizmi təkcə Rusiya, Çin və İranda etnik qarşıdurmalar yaratmağa deyil, həm də Ermənistanı parçalayıb kiçiltməyə çalışır. Ona görə də anqlosakson nizamının yaradılmasında Bakı və Ankaranın maraqları London-sionist oxu ilə üst-üstə düşür. Bu səbəbdən də 2023-cü ilin sentyabrında Qarabağda baş verən etnik təmizləmə Qərbin ciddi reaksiyası ilə üzləşmədi, hətta London BMT-nin Təhlükəsizlik Şurasının iclasında bir növ Azərbaycan Respublikasının müdafiəçisi kimi göründü.”
O əlavə etdi: “Türk dünyasını yaratmaq üçün Ermənistanın parçalanması anqlo-sakson fitnəsinin mərkəzində olduğu səbəbindən Ermənistanın addım-addım geri çəkilmələri də Bakı və Ankaranın ambisiyalı mövqelərini dəyişməyəcək. Necə ki, Qarabağın Bakıya qaytarılması, Praqa razılaşmaları, Laçının təhvil verilməsi, 2022-ci ilin sentyabrında Ermənistan ərazisinə hərbi təcavüzə qarşı fəaliyyətsizlik, Türkiyə ilə münasibətlərin normallaşmasına dair şərtlərin geri götürülməsi, erməni soyqırımı məsələsinə göz yumulması, sülh kəsişməsi planı, Bakı və Ankaranın geri çəkilməsinə səbəb olmadı, dörd kəndin təhvil verilməsinin də bu prosesə heç bir təsiri olmayacaq və bir müddət sonra rəsmi Bakı Yer-Az məsələsini daha sərt şəkildə qaldıracaq.”
Universitet professoru əlavə etdi: “Anqlosakson nizamının fitnəsi ilə yanaşı, Ukrayna müharibəsi də Bakı və Ankaranın köməyinə gəlib. Bakı-Ankara oxu enerji amilini işə salmaq və şişirdilmiş vədləri ilə Avropanın əksər hissəsinin nəbzini tutub, ona görə də Ermənistanın Avropa və Amerikaya arxalanması rəsmi İrəvan üçün praktiki və müsbət nəticə verməyəcək və İran da inamla bilir ki, Amerika və Avropa müxtəlif səbəblərdən tam etibarsızdır.”
Kazimi dedi: “Anqlosakson planının həyata keçirilməsinə uyğun olaraq, Bakı – Ankara oxu Rusiyanın Qafqaz səhvlərindən və İrəvan hökumətinin siyasətindən istifadə edərəki, Ermənistanı Rusiyanın qarşısında üsyankar ölkə kimi təqdim etməyə çalışır! Halbuki, son otuz ildə Rusiyanın Qafqazdan tamamilə çıxarılması rəsmi Bakının hədəflərinin zirvəsində dayanır və Azərbaycan Respublikası Qafqazda rus əsgərlərini qovmuş ilk ölkə olması ilə həmişə fəxr edir.”
Avrasiya üzrə baş tədqiqatçı əlavə etdi: İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı illərdə Bakı-Ankara oxu Rusiyanı öz yanına gətirmək üçün bir neçə faktordan istifadə etməyə çalışdı:
1. Rusiya ilə Paşinyan hökuməti arasında soyuq münasibətlərdən bəhrələnmək
2. Rusiya enerjisinin proxy ötürülməsini təmin etmək və Moskvaya sanksiyalardan yayınmaq üçün gizli kömək
3. Rusiyanın Azərbaycandan Naxçıvana gedən dəhlizə nəzarət etməsinə maraqlı olduqlarını imitasiya etmək
Lakin İkinci Qarabağ müharibəsində öz məqsədlərinə çatdıqdan və vəziyyəti öz xeyrinə sabitləşdirdikdən sonar, rəsmi Bakı öz hərəkətləri ilə Rusiyanın Qafqazdan tamamilə çıxarılması məqsədini güddüyünü göstərdi. Bu tədbirlərdən bəziləri bunlardır:
1. 2023-cü ilin sentyabrında Qarabağa hücum edərək 2020-ci il Moskva müqaviləsini pozmaq
2. Avropa və Amerika formatları ilə güyaki sülh müzakirəsi aparmaq
3. Azərbaycan Respublikasının Naxçıvana gedəcək yola Rusiyanın nəzarət rolunun aradan qaldırılmasını nəzərdə tutan Kalininqrad modelinin təqdim edilməsi
Buna əsaslanaraq, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması əslində Rusiyanın 2012-ci ildə Qəbələ radar bazasından hörmətlə çıxarılmasının davamı kimi qiymətləndirilməlidir.
O, həmçinin Çinin Gürcüstanın infrastrukturuna sərmayə qoymasına işarə edərək əlavə edib ki, Turan Cəbhəsinin təbliğatının əksinə olaraq, Çin Uyğur probleminə görə etnik dəhliz planını dəstəkləmir və İran marşrutlarından əlavə Qafqazda da mərkəzi Gürcüstan olan Orta Dəhliz marşrutunu dəstəkləyir.
Doktor Kazemi anqlosakson fitnəsinin incəliklərinə və onun İran və Rusiyaya qarşı təhdidlərinə toxunaraq əlavə edib: “İki ölkə Qafqazda əməkdaşlıq imkanlarını əldən verməməlidir. Ruslar bilməlidir ki, Qafqazdan sonra Anqlosakson cəbhəsi Rusiyanı Qara dənizdə də təcrid etmək üçün səylərini artıracaq.” O, sonda İranın Qafqaza tarixi, mədəni, sivilizasiya, dini və qan yaddaşı olan yanaşmasını vurğulayaraq əlavə edib: “İran yeganə ölkədir ki, onun əsatirli ədəbiyyatında Qafqazın xüsusi yeri var.”
Doktor Kazemi vurğulayıb: “İran sərhəd və geosiyasi dəyişikliklərə səbəb olan, Qafqaz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü pozan istənilən siyasi planın əleyhinədir.
Bundan əlavə, bəzi ölkələrin birtərəfli hərəkətlərinə baxmayaraq, İran hərtərəfli baxışla 3+3 formatını vurğulayır. Bundan başqa, Qarabağdan qovulmuş erməni azlığının hüquqları məsələsi də aktuvaldır! Çünki, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri İkinci Qarabağ müharibəsin zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə yanaşı, erməni azlığının da hüquqlarını vurğulamışdı.”
Qeyd edək ki, Verotan Forumu kimi tanınan illik toplantı aprelin 19-dan 21-dək Erməni Layihəsi Elmi-Tədqiqat İnstitutunun və Rusiya Xarici İşlər Nazirliyi yanında Aleksandr Qorçakov adına İctimai Diplomatiya Mərkəzinin təşəbbüsü ilə bir sıra rusiyalı, iranlı və erməni ekspert və tədqiqatçıların iştiraki ilə keçirilib. Bu görüşün açılışında İranın Ermənistandakı səfiri Məhdi Sobhani rəsmi Tehranın Qafqazla bağlı siyasətini şərh edib.
Leave A Comment