Azərbaycan Respublikası Seçki Komissiyasının daimi sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin 93 faiz səslə beşinci dəfə ardıcıl olaraq bu neftlə zəngin ölkənin prezidenti kimi seçildiyini bildirib. Bu seçkinin gedişi, onun nəticələri və perspektivləri ilə bağlı yeddi məqamı qeyd etmək olar:
Birincisi: Dörd hadisə, o cümlədən “2003-cü ildə İlham Əliyevin baş nazir postuna təin edillməsi zamanı Heydər Əliyevin xəstəxanaya yerləşdirildiyi vaxtda onun imzasının saxtalaşdırılması qalmaqalı”, “2009-cu ildə prezident seçkilərində iki turdan artıq iştiraka qoyulan konstitusiya məhdudiyyətinin ləğvi”, “2016-cı ildə prezidentlik müddətinin beş ildən yeddi ilə artırılması” və “son seçkilərdə namizədlərin reklam vasitəsi kimi İlham Əliyevin xeyrinə istifadə olunmaları”, bütünlüklə iqtidarda olan “Yeni Azərbaycan” partiyasının Əliyevlər ailəsinin hakimiyyətini daimiləşdirmək strategiyasıdır.
İkincisi: Onlarla şiə fəalın həbsi, seçki öncəsi 10-dan çox jurnalistin yaxalanması, Azərbaycan Respublikasının müsəlman çoxluq cəmiyyətinə qarşı vəhşicəsinə repressiya mühitinin güclənməsi, tənqidi və müxalif, o cümlədən islamçı, qərbyönümlü və ANS kimi nüfuzlu medianın bağlanması, Transparency İnternational-ın 2022-ci il hesabatına əsasən Azərbaycan Respublikasının maliyyə korrupsiyasına görə 180 ölkə arasında 128-ci pillədən 157-ci pilləyə enməsi və həmən enişin davamı, Musavat və Xalq Cəbhəsi partiyalarının seçkini boykot etməsi və bunu şou adlandırması, formal rəqib namizədlərin seçki prosesində proqram təqdim etmək əvəzinə Əliyevi tərifləməkdə koordinasiyalı hərəkətləri, bütövlükdə, dünyada və tarixdə analogu olmayan bir növ prezident seçkisini təqdim etdi.
Üçüncüsü: Bu seçki təxminən il yarım vaxtından əvvəl keçirildi. Əliyev 2018-ci il seçkilərində, hökumətin açıqlamasına görə, səslərin təxminən 85%-ni qazanıb və Azərbaycan Respublikasının hakim Partiyasının fikrincə, son bir ildə də populyarlıq zirvəsindədir. Belə olan halda sual olunur ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə nə ehtiyac var idi? Bu məsələyə daxili və xarici amillər təsir edir ki, onlardan bəziləri bundan ibarətdir: Üçüncü Qarabağ müharibəsindən yaranan ictimai dalğanın maksimum istismarı, Əliyev və Paşayev ailələri arasında hakimiyyətdaxili ixtilafların davam etməsi, 2023-cü ilin sentyabrında Qarabağın yerli ermənilərdən etnik təmizlənməsindən sonra Avropanın insan haqları zəminində rəsmi Bakıya təzyiqlərinin güclənməsinə dair hakim partiyanın hesablamaları, və bununla yanaşı, gələcək perspektivdə Avropanın enerji təchizatında Bakının rolunun azaldılmasına dair qiymətləndirmələr ki, seçkinin formal namizədi və Əliyevin təbliğatçısı olan Zahid Oruc da bunu ciddi xarici təhdid kimi qeyd edib, və nəhayətdə, sionist və London cəbhəsinin regionda geosiyasi fitnənin yeni mərhələsi üçün əmri və “Yeni Azərbaycan” partiyasının seçki məsələsindən qurtulmasına ehtiyacı!
Dördüncüsü: Mərkəzi Seçki Komissiyasının bildirdiyinə əsasən, səs vermə hüququ olan vətəndaşların təxminən 67 faizi seçkilərdə iştirak edib. Baxmayaraq ki, təşviqat və seçki prosesinin birtərəfli olması və digər namizədlərin Əliyevi dəstəkləməsi ilə bu “hadisə”də Əliyevin qələbəsi şübhəsizdir!, lakin elə bu halda da seçici fəallığını artırmaq üçün seçkilərin saxtalaşdırılması ilə bağlı çoxsaylı məlumatlar var. Ümumiyyətlə, dörd mühüm təbəqə bu seçkilərdə iştirak etməyib və ya zəif iştirak edib ki, o təbəqələr bunlardır: 1- Hökumətin anti-şiə yanaşmalarına etiraz edən islami populyar qruplar ki, hazırda bu təbəqəyə aid yüzlərlə vətəndaş Əliyev həbsxanalarındadır. 2- Azərbaycan Respublikasında panturanizmin güclənməsinin növbəti qurbanları kimi özlərini görən Talışlar, Ləzgilər, Avarlar, Tatlar, Udinlər kimi etnik azlıqlar ki, həm öz keçmiş təcrübələrinə və həmdə Qarabağda son etnik təmizləməyə əsaslanaraq, özlərinə də öxşar tale görürlər. 3- Musavat və Xalq Cəbhəsi kimi müxalif qərbyönümlü partiyalar. 4- Korrupsiya və neft sərvətlərinin ədalətsiz bölüşdürülməsinə etiraz edən müxtəlif qruplar və Əliyevlər ailəsinin Qarabağ məsələsində sionist-London-yeni Osmanlı cəbhəsinin geosiyasi intriqalarına uyaraq Azərbaycan Respublikasını ermənilərin çalasından sionistlərin quyusuna atdığını düşünən elita təbəqəsi.
Beşinci: 24 yanvar 2024-cü il və seçkilərə təxminən iki həftə qalmış, Avropa Şurası Parlament Assambleyası rəsmi Bakının azad və ədalətli seçkilər keçirmək imkanından “çox ciddi narahatlığa” görə Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsini təsdiq etməkdən imtina edib ki, bu da Bakının 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra görünməmiş bir hadisə idi. Bəzi Avropa mərkəzlərinin bu seçkinin nəticələrini açıq və ya üstüörtülü şəkildə qəbul etməsi də enerji məsələsində axtarmaq lazımdır. Necə ki, Avropa Komissiyasının sədri Ursula Fon Derlein 2022-ci ildə Bakı səfərində Azərbaycan Respublikasını “enerji təchizatı sahəsində Avropanın mühüm tərəfdaşı” adlandırmışdır. Amma Bakını narahat edən məsələ Avropanın enerji təchizatında Bakının rolunun azaldılması perspektividir ki, bu da öz növbəsində Ukrayna böhranı prosesi, Avropanın enerji tənzimləmələri və NATO-nun Turan dəhlizi planının dalana dirənməsi və xüsusi ilə bu planın enerji sektorunun uğursuzluğu və paralel olaraq insan haqları zəminində təzyiqlərin artması kimi amillərdən təsirlənir.
Altıncı: 2024-cü il fevralın 7-də keçirilən prezident seçkiləri ilə Əliyevlər ailəsinin 1993-cü ildən başlayan hakimiyyəti otuz illiyini başa vurdu. Bütün əlamətlər bunu göstərir ki, Əliyevlər və Paşayevlər ailəsi İlham Əliyevin beşinci prezidentliyi dövründə hakimiyyətin İlham Əliyevin oğlu Heydərə verilməsi ilə bağlı razılığa gələcəklər. Necə ki, o, Bakı mətbuatında “ikinci Heydər Əliyev” kimi xatırlanır. Bu da müxalifətin fikrincə, şou seçkilərdən irsi hakimiyyətin ötürülməsinin sabitləşməsinə keçidi nəzərdə tutan məsələdir. Bununla belə, bu məsələnin ətraflı təhlili hələ tezdir. Çünki bu prosesdə ciddi daxili və xarici maneələr və çağırışlar var. Bu baxımdan, Əliyevlər ailəsinin 1993-cü ildən bəri avropaçılıqdan amerikanizmə və nəhayətdə israilçiliyə yönüm dəyişməsi, Əliyevlər ailəsi üçün nə qədər şəxsi nəticələri olsa da, həmən mizanda sosial kontekstdə hakim ailənin mövqeyini sarsıdıb. Həmçinin, böyük dövlətlərin planlarının icraçısı rolunda oynayanbu kimi kiçik dövlətlər üçün beynəlxalq münasibətlər təcrübəsi xas məna kəsb edir!
Yeddinci: Sionistlərin bütün ölkəyə nəzarəti bahasına Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının geri alınmasına səbəb olan sionist-London-yeni-Osmanlı planının yad mahiyyəti hər kəsə məlum olsa da, Azərbaycan Respublikasının hakim partiyası öz təbliğatı nəticəsində günü-gündən daha da artıq sərxoş və narsisist görünür. Bundan əvvəl, bəzi Amerika beyin mərkəzləri Azərbaycan Respublikasında bu tip şəxsiyyətə pərəstişin yaradılmasının nəticələrindən narahat olduqlarını bildiriblər. 16 aprel 2021-ci ildə “Michael Rubin” tərəfindən yazılmış məqalədə American Enterprise beyin mərkəzi İlham Əliyevi regionun “yeni Səddam Hüseyni” adlandırıb. Maraqlıdır ki, bu nöqteyi-nəzərdən Bakının 7 fevral seçkiləri, həqiqi rəqibin olmaması, seşkinin keçirilmə tərzi və xalqın iştirakı ilə bağlı saxta statistikalar baxımından İraqın Bə’s Partiyasının hakimiyyətinin son on illiyində, o cümlədən 1995-ci ildə keçirdiyi seçkilərə bənzəyirdi. Görünən odur ki, ölkə daxilində “millətçilik, anti-şiəlik və və azlıqların məhv edilməsi”-nın güclənməsi, və regionda geosiyasi avantüra bu seçkinin nəticəsidir ki, müxaliflərin fikrincə, ailə rejiminin uzadılmasına xatir keçirildi. Halbuki, hətta Azərbaycan Respublikasının hakim partiyası daxilində azlıq fraksiyasının da belə real baxışı var ki, birtərəfli sərxoş nağara çalmağın vaxtı bitib və 7 fevral seçkiləri iqtidarın narsisistləşməsinə səbəb olmamalıdır. Çünki bu, İlham Əliyevin yaxud bütünlükdə Bakı iqtidarının baha başa gələn və ya düzəlməz daxili və xarici davranışlarına səbəb ola bilər.
* Dr. Əhməd Kazemi; Avrasiya üzrə tədqiqatçı və universitet professoru
keçid: https://www.Javann.ir/0056bs
Leave A Comment