Dr. Əhməd Kazemi

Türkiyə dövlət televiziyasının (TRT) farsca bölməsinin açılması ilə bağlı Türkiyə daxilində təxminən on il müzakirələrdən sonra, bu kanal da Suriyada Türkiyəyə bağlı kostyumlu terrorçuların hücumu ilə bərabər, Türkiyə rəsmilərinin və bəzi anti-İran ünsürlərin qatıldığı mərasimdə və İran etnik qruplarına həsr olunmuş tizer yayımlamaqla işə başlayıb. Təxminən iki ay əvvəl Türkiyə dövlət radio və televiziya təşkilatının baş direktoru Zahid Sobacinin nəzakətdən kənar və Osmanlı dövrünün Yeni Çeri təbliğatçılarının üslubunda olan açıqlamaları ilə bağlı Türkiyə daxilində tənqidlərin həcmindən təəccüblənən TRT səlahiyyətliləri bu dəfə Fars TRT kanalının fəaliyyətə başlamasından məqsəd regional sabitlik və mədəni əlaqələrin gücləndirilməsi kimi iddiaları səsləndiriblər!

Fars TRT-nin fəaliyyətə başlaması və Türkiyənin Suriyada əkdiyi toxumlar da daxil olmaqla Türkiyənin hərəkətləri ilə bağlı bir neçə məqamı qeyd etmək olar:

Birincisi: TRT-nin fəaliyyətə başlamasının məramı və əsl məqsədi ilə bağlı; Türkiyə, təxminən 600 illik müharibə və ərazi genişlənməsi ilə dolu tarixi olan bir ölkə olaraq, bir neçə min illik tarixə malik qocaman İrana təqdim edəcək heç bir mədəni, tarixi, civil, bədii və ədəbi məzmuna malik deyil. Beləki, bəzi türk mütəfəkkirlərinin etiraf etdiyi kimi, Osmanlılar özündən heç bir böyük ədəbi-bədii əsər xəlq edə bilməyiblər! Osmanlılar dövlətində Fars dilinin sarayda və Osmanlı ərazisində təsirinin səbəblərindən biri də məhz bu məsələ imiş. Odur ki, Fars TRT-nin məqsədi mədəniyyətdirsə, təbii ki, İran mədəniyyətinə və sivilizasiyasına hörmət bu kanalın fəaliyyətinin mərkəzində olmalıdır. Amma Türkiyənin hazırladığı tarixi seriallarda qədim İran mədəniyyətinin aşağılanması və saxtalaşdırılması Türkiyə dövlət televiziyasının konstruktiv yanaşmadan tam uzaq olduğunu göstərir. Əsasən daim İranı ləkələmək üzərində çalışan bu türk mediasının məqsədləri müsbət yanaşma ilə tam təzad təşkil edir. İranın sionist İsrail rejiminə qarşı həyata keçirdiyi raket əməliyyatı ilə eyni vaxtda türk medialarının İslam dünyasının ictimai rəyini aldatmaq üçün İran və İsrailin güyaki sövdələşmələri barədə uydurma xəbərlər yayması bu türk inversiyasının nümunəsi idi! Amma hansı ölkənin Fələstinin işinə xəyanətkar və sionist rejimin bölgədəki cinayətlərinin himayədarı olduğunu öyrənmək çox çəkmədi.

İkincisi: TRT-nin işə salınmasının əsl məqsədi Türkiyənin regional olaylarda oynadığı üçlü rol baxımından qiymətləndirilməlidir. Bu üçlü rol bunlardır: Qərbi Asiyada NATO təmsilçiliyi, Böyük Britaniya layihələrinin icraçılığı, neo-Osmanlı yanaşmasını həyata keçirmək.

  1. NATO müqaviləsinin üzvü kimi 1952-ci ildən bəri Türkiyənin Qərbi Asiyada NATO təmsilçiliyi davam edir. Hazırda Türkiyənin bu roldakı fəaliyyəti müqavimət cəbhəsini zəiflətməyə əsaslanır. Ankara müqavimət cəbhəsinin qələbəsini Türkiyənin regiondakı NATO xidmətçisi rolunun sonu kimi görür. Bu əsasda Türkiyə sionist rejimə qida, yanacaq, neft, polad, su, taxıl və digər strateji məhsulların göndərilməsi və bu rejimin daha da vəhşiləşməsi sahəsində tam logistika və tranzit dəstəyi verməsi və bu rejimə ticarət yardımının davamında, nəhayətki, Rusiya ilə ABŞ arasında Suriya və Ukraynada böyük razılaşmaya uyğun olaraq, NATO-nun nümayəndəsi kimi sionist rejimlə müttəfiqlik etdi və beynəlxalq terror siyahısında olan silahlı qrupların Suriyaya hücumunu təşkli etməklə, rəqiblərdən boşaldılmış bir sahədə Bəşar Əsəd rejimini devirməklə, sionist rejimə Suriya xalqının hərbi və həyati infrastrukturunu məhv etmək və Suriyada stratejik əraziləri işqal etmək üçün unikal fürsət yaratdı. Ankaranın İslam düşmənlərinin Türkiyəyə bəxş etdiyi bu “fəth”lə fəxr etdiyi bir vaxtda sionist rejim Suriyanın bəzi hissələrini işğal edib. Şübhəsiz ki, Türkiyənin anti-sionist xalqı tərəfindən təbii ki qəbul edilməyən Ankaranın ikiüzlü yanaşması tarixə düşəcək və iddia edilən İxvani idarəçilik modelinə düzəlməz zərbələr vuracaq!
  2. Türkiyənin NATO nümayəndəsi rolundan əlavə Ədalət və İnkişaf Partiyası İngiltərənin regionda planlarının icraçısı kimi xüsusi rol oynayır. İngiltərə yeganə Avropa ölkəsidir ki, digər Avropa ölkələrindən fərqli olaraq son 23 il ərzində hakim Ədalət və İnkişaf Partiyası ilə sabit və daim genişlənən əlaqələr qurub. Əsasən Londonu tənqid etmək bu partiyanın qırmızı xəttidir. Sykes-Picot müqaviləsindən yüz ildən çox vaxt keçməsi ilə, Britaniya müstəmləkəçiliyi yenidən Qərbi Asiya ölkələrinin bölünməsi üçün yeni planların banisidir ki, bir hissəsi də Türkiyənin Suriya və İraqdakı rolu ilə davam etdirilir. Onun digər bir hissəsi isə ingilis panturanizminə əsaslanan “türk dünyası” adlanan qurumun yaradılması və Türkiyənin İran, Rusiya, Ermənistan və Çin kimi ölkələrə qarşı NATO-nun Turan dəhlizini həyata keçirməsi ilə Qafqazı geosiyasi dəyişikliklərin yaradılmasına yönəldilməsi formasındadır. Britaniya nöqteyi-nəzərindən “Türk dünyası”nın qurulması İran, Rusiya və Çinə üçtərəfli nəzarət və son nəticədə onların parçalanması üçün bir vasitədir.
  3. Türkiyənin bölgədə oynadığı üçüncü rol, İxvançılıq və Pantürkizm qarışığının da olduğu neo-osmanlı yanaşmasına əsaslanır. Bu türk yanaşmasını Ədalət və İnkişaf Partiyası rəsmilərinin 1923-cü il Lozanna müqaviləsindən yan keçmək və onu qüvvədən salmaq istəyində aydın görmək olar. Bu müqavilə Türkiyənin indiki sərhədlərini müəyyən edib və onu qüvvədən salmaq ərazi ekspansiyası deməkdir; Ankaranın bu gün Suriya, İraq, Kipr, Ermənistan, Qafqaz və Şərqi Aralıq dənizində etdikləri kimi. Buna baxmayaraq, Sultan Əbdül Həmidin 1876-cı ildə sionistlərin Fələstində torpaq almaq və məskunlaşmaq istəyinə qarşı çıxması ilə Ankara hökumətinin İsrailin Suriya xalqının sərvətlərini və infrastrukturunu məhv etmək üçün ideal şəraitin təmin edilməsində indiki davranışını müqayisə etsək Ədalət və İnkişaf Partiyasının bu rolunu və davranışını Osmanlı davranışı adlandırmaq, Osmanlı xilafətinə edilən zülm olardı. Bu baxımdan Ədalət və İnkişaf Partiyasının liderləri nə türk islamçılarının ilk lideri mərhum Necməddin Ərbakanın ideallarına, nə də Osmanlıların Fələstinlə bağlı qabaqcıl yanaşmalarına sadiq qaldılar.

Üçüncüsü: Fars TRT kanalının yaradılmasına dair hədəflər, Türkiyənin bölgədəki üçlü rolunun birləşməsi şəklində qiymətləndirilməlidir, ancaq Ankaranın dövlət adamlarının səhv hesablaması ondan ibarətdir ki, Türkiyənin özünün də parçalanmasını planlaşdıran “böyük sui-qəsd”də piyada rolunu oynayırlar. Böyük Yaxın Şərq, Yeni Orta Şərq və Böyük İsrail də daxil olmaqla İngiltərə və Amerika mərkəzli bütün NATO planlarında Türkiyə də bölünməlidir. Amerika və İngiltərənin Ankaranın yalvarışına baxmayaraq, kürd məsələsində Türkiyə ilə əməkdaşlıq etməməsinin səbəbi də məhz budur. Ona görə də Ankaranın dövlət adamlarının müdrik olması ilə bağlı fərziyyəni bir kənara qoyaraq deyə bilərik: İngiltərə və NATO Ankaraya “Türkiye” ilə deyil, “Turkey” mənası ilə baxır! Suriyadakı mürəkkəb hadisələrin gələcəyi bu məsələnin ölçülərini daha aydın göstərəcək! Tarixi keçmişdə olduğu kimi İngiltərə və Avropa Osmanlı dövründə də Osmanlı səfirlərinə “türk” deyə müraciət edərək onları aşağılamağa çalışıblar. Necəki ingilis şərqşünas “Bernard Lewis”ə görə Osmanlılar bu sözün işlədilməsini bezdirici hesab edirdilər.

Dördüncüsü: Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra və xüsusən də 2016 çevrilişindən sonra beynəlxalq hesabatlara görə Türkiyə “media həbsxanası”na çevrilib və hökuməti tənqid edən və ona qarşı çıxan yüzlərlə media orqanı bağlanaraq AKP hakimiyyətinin xeyrinə müsadirə olunub. Belə bir şəraitdə fars dilli TRT-nin yaradılmasını media fəaliyyətinin beynəlxalq prinsipləri və dəyərləri şəklində göstərilməsi yalnız məzhəkədir. Dəlillər göstərir ki, Ankara və Bakının uzun sürən siyasətinin davamı olaraq fars TRT-nin məqsədlərindən biri də İranda etnik və məzhəb ayrı-seçkiliyi yaratmaqdır. Bildirilir ki, farsdilli televiziyanın yaradılmasında iki acı uğursuzluq yaşayan Azərbaycan Respublikası höküməti bu dəfə İranda etnik məsələləri qızışdırmaq üçün “Fars TRT” Televiziyasına maliyyə sponsoru kimi çıxış edib. Bu baxımdan iki məqamı qeyd etmək olar: 1.Türkiyə dünyada azlıqlara qarşı öz tarixində dörd soyqırım törədən yeganə ölkədir: Ermənilərin və yunanların, kürdlərin, ələvilərin, asurilərin soyqırımı. Bu qara tarix, Türkiyə konstitusiyasında azlıqların hüquqlarının inkar edilməsi ilə birlikdə bu ölkəni etnik qruplar və azlıqlar məsələsində hər hansı digər ölkədən daha kövrək edib. 2. Uzun tarixi ənənələri olmayan ölkələrdən fərqli olaraq, min illərlə dinc yanaşı yaşama tarixi olan İranda etnik qruplar və dinlər bir-birindən ayrılmaz “Tarixi və Birləşmiş İran Millətini” yaradıblar ki, tam ayrılmaz millətdir. Bu səbəbdən İranda etnik qrupların və dinlərin müxtəlifliyi ən kritik vəziyyətlərdə həmişə İranın yüksəlişi üçün bir fürsət olub, təhlükə yox.

Beşincisi: Beynəlxalq və sərhədaşırı medianın yaradılması İranın lider olduğu və böyük təcrübəyə malik olduğu, 30-dan çox düniya dildə onlarla televiziya və radio kanalına malik olduğu bir sahəsidir. Təxminən otuz il bundan əvvəl Türkiyə daxilində TRT-nin yerli media kimi tanındığı bir vaxtda İran Səhər kanalı çərçivəsində “İstanbul Türkcəsi” telekanalını yaratdı (1997). Bu İran televiziyası ciddi təsirinə görə tez bir zamanda Ankaranın bir sıra reaksiyalarına səbəb oldu. Nəhayət, bu televiziyanın bir neçə illik fəaliyyətindən və Tehranla Ankara arasında mesaj mübadiləsindən sonra İran televiziyasının o zamankı məsul şəxsləri müsbət münasibətlə bu türkdilli televiziyanı Ankaranın xahişləri səbəbindən bağladılar. İndi Ankara fars dilli mənfi baxışlı TV açmaqla iki tərəfli razılaşmanı pozub! Odur ki, Fars TRT “Türkiyənin rəngarəng illüziyaları”nın arxasınca gedirsə, keçmiş təcrübələrə əsaslanaraq İranda yenidən “İstanbul Türkcəsi” telekanalının yaradılması İran üçün çox ehtimal olunan və fürsət yaradan variant olacaq!