“İran tayfaları haqqında danışmaq həmişə xoşdur, çünki İranın tarixi sferasında Talışalar da daxil olmaqla bütün tayfaların qədim və qürurlu tarixi olub və indi də var”.
Doktor Əhməd Kazemi ““Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfransda bunu qeyd edib: “Əlbəttəki, İranda azlıqlar və etnik qruplar haqqında danışmaq bir növ “asan və çətin”-dir; asan, çünki bu obyektiv və əyani mövzudur; digər tərəfdən çətindir, çünki Will Kymlicka və Anthony Smith kimi antropoloqların fikrincə, əsasən İran kimi qədim ölkələrdə tarixi şəraitə görə bir-birindən ayrıla bilməyən vahid millət yaranıb və əslində etnik qruplar və azlıqlar birləşmiş İran xalqının bir-birinə bağlı hissələridir.”
Avrasiya üzrə baş tədqiqatçı vurğuladı ki, talışlar bütün tarixi dövrlərdə digər iranlılarla çiyin-çiyinə İranın kimliyi və coğrafi sərhədlərinin qorunmasında böyük rol oynayıblar. Kazemi əlavə edib ki, rus çarlarının işğalçı qüvvələri Miyanə şəhərinə çatanda Şimali Talışıstanın bəzi hissələri talışların nümunəvi müqavimət göstərdiklərinə görə hələ də İranın suverenliyi əhatəsində qalımışdır.
Çar Rusiyası, Sovet və postsovet dövründə Talışların eniş-yoxuşlu həyatına və Talışlara qarşı mədəni soyqırımın həyata keçirilməsinə toxunaraq baş tədqiqatçı əlavə edib: Talışların öz mədəniyyətlərini, adət-ənənələrini və dini kimliklərini qorumaqda göstərdikləri tarixi səylər nümunəvidir.
“Ayrılıqların hər zaman zərərli olduğunu” vurğulayan doktor Kazemi əlavə edib: “Bu gün Qafqazda, Cənub-Şərqi Türkiyədə, Orta Asiyada və Əfqanıstanda bir çox etnik qruplar əcnəbilərin təhrikləri ilə üz-üzədir. Keçmış zamanlarda İran suverenliyi çərçivəsində onlar birlikdə dinc və nümunəvi həyat yaşamışlar; o cümlədən, azərbaycanlıların, ermənilərin, talışların, kürdlərin tarixi vəziyyəti belə olub.
Doktor Kazemi İranda etnik qrupların tarixi dinc yanaşı yaşaması təcrübəsini bu gün “İslam-İran tərəqqi modeli”ni formalaşdıran və “yeni İslam sivilizasiyası” prosesini sürətləndirən “mənəvi irs” və “tarixi sərmayə” adlandırıb.
Universitetin beynəlxalq hüquq professoru daha sonra İranın bölgədəki iranlı azlıqlar və etnik qruplara baxışın əslində “islami, tarixi, sivilizasiya və hüquqi” baxış olduğunu vurğulayaraq əlavə edib: “Talışlar da daxil olmaqla bir çox iranlı etnik qruplar İranın indiki siyasi sərhədlərindən uzanan İranın mədəni imtidadıdır! Ona görə də təbii olaraq İran cəmiyyəti bu qardaş xalqların kimliyi və mədəni – mənəvi taleyinə biganə qala bilməz.
Kazemi iki yüz illik “ingilis pan-turanizmi” ideyası əsasında “təmiz türk dünyası” yaratmaq məqsədi daşıyan “NATO-nun Turan dəhlizi” geosiyasi intriqasını Qafqazda və Mərkəzi Asiyada mədəni və kimlik hüquqlarına, eləcə də etnik azlıqların yaşamaq hüququna ən böyük təhlükə adlandırıb.
Doktor Kazemi əlavə etdi: İngilis pan-turanizmi nöqteyi-nəzərindən qondarma “türk monoetnik dünyası”nın formalaşdırılması üçün təkcə Ermənistanın cənubu bölünməməlidir; daha doğrusu, bir tərəfdən bu fitnəyə mane olan Talışlar və digər etnik qrupların kimliyi də deformasiya edilməli, digər tərəfdən isə İran-şiə kimliyi olan Azərbaycanın kimliyi də dəyişdirilməli və “Anadolu və Turan türkləri” kimliyinə deformasiya olunmalıdır!
Avrasiya üzrə baş tədqiqatçı əlavə edib: Perspektiv baxımından ingilis panturanizminin yayılması Qafqaz və Mərkəzi Asiya regionunda yeni “azlıq ovu” dövrünü başladacaq; Qarabağda yerli ermənilərin etnik təmizləmə prosesinə məruz qalması ilə bu yeni dövr 2023-cü ilin sentyabrından başlayıb, növbəti mərhələdə Azərbaycan Respublikasında talışlara, ləzgilərə, avarlara, kürdlərə, udinlərə, tatlara və gürcülərə qarşı demoqrafik dəyişikliklər, kimlik və mədəni soyqırım hədəfdədir.
Universitetin beynəlxalq hüquq professoru daha sonra əlavə etdi: “Bakı və Ankaranın icraçılığı və sionist rejimin iştirakı ilə ingilis panturanizmi ideyasının yayılması nəticəsində Talışlar Azərbaycan Respublikasının etnik azlığı deyilən ən böyük əhali bölümi olduğu halda, Talışların vəziyyəti beynəlxalq hüquq və İslami insan haqlar qaydaları baxımından Azərbaycan Respublikasında olduğca acınacaqlıdır.”
Ekspert əlavə etdi: “Azlıqların beynəlxalq hüququ” çərçivəsində “Mövcud olmaq və yaşamaq hüququ, kollektiv şəxsiyyət hüququ, mədəni hüquqlar, dil hüquqları, dini hüquqlar, effektiv iştirak hüququ, təmas hüququ, iqtisadi hüquqlar və bərabərlik hüququ” kimi haqlar bütün azlıqlar üçün rəsmiyyətə tanınıb.”
Dr. Kazemi vurğuladı: “Hüquqi baxımdan azlıqlar və etnik qruplar ölkələrin ərazi bütövlüyünə, ictimai asayişinə və milli qanunlarına hörmət etməlidir; amma onların “insan hüquqlarının kobud şəkildə pozulması” halında, Antonio Casse kimi hüquqşünaslar “ayrılma çarəsi doktrinası” təklifi ilə çixiş ediblər.”
Azərbaycan Respublikası həbsxanalarında bəzi talış mədəni fəallarının şəhid olması, talış əhalisinin statistik şəkildə azaldılması, talış dilinin məhv edilməsinə cəhdlər, mədəni və şiə fəalı olan talışların həbsi və digər məsələlərə toxunan universitetin beynəlxalq hüquq kafedrasının professoru bildirib ki, Talış bölgələrində vəhhabiliyin məqsədyönlü şəkildə təbliği, Korona pandemiyası bəhanəsi ilə sərhədləri bağlayaraq talışların və azərilərin İrana getməsinin qarşısını almaqda davam etmək, Talışlara qarşı nifrət yaymaq, Talış bölgəsinin tarixi adının deyilməsi və dirçəlməsinə mane olmaq, media çatışmazlığı, iqtisadi zorakılıq tətbiq etmək, Talış bölgəsindən immiqrasiya və torpaq satmaq üçün yoxsulluq yaratmq siyasəti, və onlarla başqa hüquqi dəlalət, Azərbaycan Respublikasında Talış xalqının hüquqlarının kobud şəkildə pozulduğunu təsdiqləyən faktlardır.
Martın 20-si bazar günü Rəşt şəhəri İslami Azad Universitetinin konfrans zalında yüzlərlə Talış ziyalısı, tədqiqatçı və sənət adamının iştirakı ilə “Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib.
Bu konfrans Talış dilində gözəl Novruzxani nəğmələri ilə başlayıb və beynəlxalq hüquq professoru Əhməd Kazemi, Avropa İttifaqı Xalq Evinin direktorlar şurasının üzvü Əbülfəzl Beheşti, Gilan Universitetinin və Gilan Tədqiqat İnstitutunun elmi heyətinin üzvü Məhəmməd Rezayəti və Talış diasporunun görkəmli simalarından biri olan Boris Talışınskinin çıxışıları ilə davam edib. Eləcə də konfransda Talış dilində musiqi ifaları və şeirləin oxunması Gilan camaatından olan iştirakçılar və Talış ziyalılar, həmçinin dünyanın hər yerində olan Talış xalqı tərəfindən də böyük rəğbətlə qarşılanıb.
Leave A Comment