Azlıqların Hüquqları Araşdırma Mərkəzinin rəhbəri və universitetin beynəlxalq hüquq professoru doktor Əhməd Kazemi Əfraz Dərnəyinin tarix üzrə işçi qrupunun “İran və Azərbaycan Respublikası arasında tarixi və mədəni əlaqələr” mövzusunda keçirilən iclasında deyib: İran və Azərbaycan Respublikası əlaqələrdən kənar sivilizasiya və dini bütövlüyünə malikdir və bu məsələ yeddi sivilizasiya və dini komponentdə öz əksini tapıb və təzahür edir.
Bu iclas 1404-cü ilin Mehr ayının 14-də (2025-ci il oktyabrın 6-da) “İran sivilizasiya məkanını tanımaq üzrə görüşlər silsiləsi” çərçivəsində və İran Məhestan Partiyası, İran Sivilizasiya İrsi İnteqrasiya Cəmiyyəti, İran Qərbi Asiya Araşdırmaları Assosiasiyası, Qafqaz Araşdırmaları Fondu, İranşünaslar Cəmiyyəti və İranşəhr Mədəni Qrupu ilə əməkdaşlıq şəklində keçirilmişdir.
Dr. Kazemi çıxışında İran və Aran (Azərbaycan Respublikası) arasında mədəni və dini bütövlüyün aşağıdakı istiqamətlərdə özünü göstərdiyini izah edib:
Azərbaycandakı iranlı mənşə və kimlik
İranlı etnik qruplar və etnik azlıqlar
İran tarixi və memarlıq abidələri
Farsca yazılmış daş kitabələr, əlyazmalar və toponimlər (yer adları)
Aranda, Qafqazda və onun fars şairlərində dilin hökmranlığı
İranın qədim və tarixi adət-ənənələri
İran torpağına tarixi mənsubiyyət və kimlik qoruma hissi
Mühazirənin tam mətnini aşağıda oxuya bilərsiniz:
Bismillahir-Rahmanir-Rahim
İran mədəniyyəti və sivilizasiyası mövzusu, xüsusilə İran ilə Azərbaycan Respublikası arasında tarixi və sivilizasiya əlaqələri mövzusu çox önəmlidir. Bu məsələ, bu gün kimlik münaqişələrinin ən çox rast gəldiyi sahə olduğu üçün böyük əhəmiyyət kəsb edir. Əslində, İran mədəniyyəti və sivilizasiyası mövzusu müzakirə olunanda, İran və Azərbaycan arasında tarixi, mədəni və sivilizasiya əlaqələri barədə danışmaq, diqqətli baxışla, tam düzgün termin olmaya bilər, çünki əsasən bu sahədə sivilizasiyanın birliyi mövcuddur və bu, sadəcə əlaqədən daha dərindir. Biz Azərbaycan Respublikası və Aran bölgəsində mədəni, tarixi və sivilizasiya birliyi ilə qarşı-qarşıyıq. Ümumiyyətlə, bu regiondan danışanda, əsasən Qafqazdan söhbət gedir. Ona görə əvvəlcə Qafqazın bizim üçün əhəmiyyətindən danışacağam.
Qafqaz minlərlə il ərzində İran torpaqlarının bir hissəsi və İranın döyünən ürəyi olmuşdur. Həm mədəni və sivilizasiya baxımından, həm mifoloji, həm də ədəbiyyat, sufizm və digər sahələrdə bizim üçün çox önəmlidir. Dini baxımdan da Qafqaz bizim üçün müqəddəs torpaq sayılır. Məşhur Quran müfəssiri Əllamə Təbatəbayi (Allah rəhmət eləsin) qeyd etmişdir ki, Quranda adı çəkilən “Ravasiyə” və Qaf dağları Qafqaz dağlarıdır. Mifoloji baxımdan da bu bölgə bizim üçün vacibdir. Sufizm baxımından, Əttar Nişaburi’nin mistik Simurq’u məhz Qafqaz dağlarında yerləşir. Tarixi kitablarımızda Şeyx Səfiəddin Ərdəbili, Səfəvilərin banisi, vətəninin vilayət nurunun bu dağlarda ona işıq saçdığını görüb. Bu mövzunu çox geniş təqdim etmək olar.
Eyni halda, Qafqaz həqiqətən də bizim üçün hələ də tarixi qəm və kədər məkanıdır. İran mədəniyyəti və qədim İran ölkəsi olaraq biz çox torpaqlarımızı itirmişik, lakin Qafqaz bizim üçün hələ də böyük üzüntüdür. Hər hansı ağır fəlakətə “Türkmənçay kimi” deyilir. Bu, sadəcə bir metafora deyil; bu, Qafqazın bizim üçün nə qədər vacib olduğuna görədir və tarix boyu bir çox dəfə təkrarlanıb və bu bölgənin özəl xüsusiyyəti üçündür. Əslində Qafqaz İranlıq, dini və İslamçılıq və şiəlik baxımından xüsusi bir yerdir. Mədəni İran üçün Qafqaz yeganə bölgədir ki, İranlıq və İslamlıq bir arada təcəssüm edir. Milli və dini baxışımızdan asılı olmayaraq, Qafqaz və bu regionda baş verən dəyişikliklər bizim üçün önəmlidir, çünki o, bizim sivilizasiya irsimiz və keçmişimizdir. Araz çayının şimalı və cənubunda tarixən Aran, Ermənistan və Azərbaycan adlı üç coğrafiya mövcud idi. Bu, ərəb, yunan və İran tarixçilərinin əsərlərində qeyd olunub. Əbülfəda “Təqvimül-Buldan” kitabında, Yaqut Həməvi “Möcəməl-Buldan”da və İstəxri “Məsalik və Məmalik”də və Həmdullah Mustofi “Nuzhətül-Qulub”da bu adları istifadə ediblər. Azərbaycan, Təbriz, Ərdəbil və Aran deməkdir və Araz çayının şimalından başlayaraq Qafqazın Gürcüstan sərhədinə qədər olan ərazini əhatə edirdi və onun kənarında isə ərəb tarixçilərinin yazdıqlarına görə, Armaniya adlanan Ermənistan olmuşdur.
Bu sivilizasiya və dini birliyi nəzərə alanda, əlaqələr iki sahədədir: dini əlaqələr və mədəni-sivilizasiya əlaqələri.
a) Dini əlaqələr (Şiəlik və Qafqazda tarixi Şiəlik mövcudluğu):
Qısa olaraq dini əlaqələrə toxunuram:
- İran Azərbaycanı və tarixi Aran İslamı Əmirəlmöminin Əli (ə) dövründə, onun ən erkən şiələrindən biri olan Hüzeyfə bin Yəman vasitəsi ilə qəbul etmişdir. İslam və şiəlik bu torpaqlara heç vaxt zor və qılıncla daxil olmamışdır.
- Bu bölgədə şiəliyin tarixi kökləri çox qədimdir, Əmirəlmöminin Əli (ə) dövründən və onun nümayəndələrindən başlayır. Müsəlmanların tarixi hadisələrində, o cümlədən Muxtar qiyamı hadisəsində, bu bölgənin şiələri fəal iştirak ediblər. Əlavə olaraq, qısamüddətli qeybət dövründə bu ərazilərdə şiə fəaliyyətləri tarixdə qeydə alınıb.
- Deməli, İran və Azərbaycan Respublikası arasındakı şiəlik mehvəri əsasında olan dini paylaşım yalnız son yüz illər və ya Səfəvilər dövrünə aid deyil. Bu, Əmirəlmöminin Əli (ə) dövründən bəri davam edən bir tarixi reallıqdır. Bu bölgənin dini mahiyyəti tam aydın və bəllidir.
b) Tarixi, sivilizasiya və mədəni ortaqlıqlar:
Mədəni və tarixi ortaq nöqtələr barədə bir neçə mühüm məqam var. İran mədəniyyətində “yeddi” rəqəminin önəmi nəzərə alınaraq, İran və Azərbaycan Respublikası (tarixi Aran) arasındakı yeddi əsas mədəni və sivilizasiya elementi vurğulanır:
- Azərbaycan xalqının İran köklü milliyyəti və mentaliteti: Tarixdə bu bölgənin kimliyi tamamilə İran mənşəlidir. Bu, çox vacibdir, çünki bu bölgədə hökm sürən dil, çoxlu tarixçilərin, o cümlədən Həmdullah Motofi və Yaqut Həməvinin yazdığı kimi, fars və köhnə Azərbaycan dilidir (Köhnə Pəhləvi dilinin bir hissəsi). Müxtəlif səfərnamələrdə qeyd olunduğu kim, VIII əsrə qədər bu dil şəhərlərdə geniş istifadə olunub.. Hətta Şeyx Səfiəddin Ərdəbili də pəhləvi azəri dilində yazdığı qoşmaları ilə şeir, ədəbiyyat və qəsidəçilik sahəsində tanınır və təbii ki, tarixi ədalətlə dərk etmək istəyənlər üçün bundan aydın heç bir sənəd ola bilməz. Yəni tarixi xronologiya baxımından Səlcuq türkləri və ümumiyyətlə oğuzlar ilkin mənşəyindən, yəni Orta Asiyadan, Monqolustandan və Sibirin bir hissəsindən bu bölgələrə, o cümlədən Əfqanıstan, İran və Anadoluya at sürərək gəlib məskunlaşmazdan əvvəl, tarixçilərin əsərləri göstərir ki, hicri 8-ci əsrə qədər bu dillər hələ qədim Azərbaycan şəhərlərində ortaq olmayıb və köhnə Azərbaycan dili hələ bu məntəqələrdə mövcud olmuşdur. Sonrakı 500 ildə dil dəyişikliyi baş verib (nəsil yox, dil dəyişib), türk dili gəlib və köhnə Azərbaycan pəhləvi dili tədricən dəyişib. Baxmayaraq ki, burada yenə də azəri dilinin öz təsirləri və qarşılıqlı təsirləri var və buna görə də Bugünkü Azərbaycan dili çoxlu fars təsirləri daşıyır və türk dilindən çox zəngindir və indiki azəri dili də uzun Osmanlı dövründə belə ədəbiyyat və poeziya sahəsində heç bir sanballı əsəri olmayan İstanbul türkcəsinə nisbətən şeir və ədəbiyyat kimi bir çox sahələrdə daha güclüdür. Deməli, bu beş yüz illik yerdəyişmədə dil təsirlənsə də, İran irqi dəyişmədi. Aran və Azərbaycan bölgəsində, Almaniyada tarix və dilçilik üzrə müəllim, “İranlılarla türklərin qarışma tarixi” adlı mükəmməl kitabını yazan əziz Təbrizli həmyerlimiz cənab Abbas Cavadinin dediyinə görə, belə olmayıb ki, tarix boyu birisi Azərbaycan və Arana gəlib, bütün yerli əhalini köçürərək, sonra da türk əhalisini orada məskunlaşdırıb, xeyir belə deyil. Burda yaşayan nəsili iranlı nəsil olmuşdur və İran tarixi boyunca nəinki təsir amili olmşlar həmdə İran xalqının bayraqdarı və rəhbəri olmuşdur. Bu aktivlik eramızdan əvvəl 53-cü ildəki Hərran müharibəsi dövründən bu günə qədər davam edən növbəti mühüm hadisələrə qədər davam etmişdir. Buna görə də Aran və Qafqaz Albaniyasının və indiki Azərbaycan Respublikasının kimliyi İran kimliyidir və dil dəyişikliyi irq və kimliyin dəyişməsi demək deyil. Bu gün ən böyük xəyanət odur ki, anti-İran ünsürləri də adı çəkilən və çox mübahisəli olan dil bəhanəsi ilə irqi dəyişməyə, azərbaycanlı kimliyinə ən böyük haqsızlığı törətməyə, bir neçə min illik zəngin və qürurlu Azərbaycan kimliyini inkar etməyə və ya onun yerinə qondarma və qəbul etdirilmiş bir kimlik qoymağa çalışırlar.
- Fars dilinin Aran və Qafqazda hökmranlığı: Əslində bu bölgə – istər İranın Azərbaycanı, istərsə də Aran və Qafqaz ərazisi – fars dilinin əsas və mərkəzi bölgələrindən biri olmuşdur. Bu bölgənin rəsmi dili əsrlər boyu fars dili olmuşdur. Bununla yanaşı, tati dili və İran mənşəli etnik azlıqların dilləri də işlənmişdir. Tarixi sənədlərlə maraqlanan insanlar üçün bu məsələni anlamaq çətin deyil. Cənab Əziz Dövletabadi tərəfindən yazılmış və doktor Mahhmud Əfşar-ın İranşünaslıq Fondu tərəfindən nəşr edilmiş “Qafqazda farsdilli şairlər” adlı dəyərli kitab bu sahədə mühüm mənbədir. Həmin kitabda Qafqazda, Aranda, Ermənistanda və Gürcüstanda fars dilində şeir yazmış 227 şairin adı çəkilir. Məsələn, Qarabağda 59 farsdilli şair, Şirvanda təxminən 50 şair, Gəncədə 36 şair, həmçinin Ordubad, Naxçıvan və Talış bölgələrində çoxsaylı farsdilli şairlər bu kitabda təqdim olunmuşdur. Cəmaləddin Xəlil Şirvaniyə məxsus “Nüzhetül-məcalis” adlı əsərdə isə Qafqaz mənşəli və yalnız rübai yazmış 300 şairin dörd min fars beyti qeyd olunmuşdur. Əgər bu bölgənin rəsmi dili fars dili olmasaydı, bu qədər farsdilli ədəbi məzmunun yaranması mümkün olmazdı. Təəssüf ki, bu gün biz yalnız Nizami Gəncəvini tanıyırıq və Məhsəti Gəncəvinin adını eşitmişik. Amma gerçək budur ki, Qafqaz fars dili, ədəbiyyatı və poeziyasının ulduzlarını yetişdirən bir mərkəz olmuşdur. Bu hadisəni İran Azərbaycanında da görürük. Təbrizin Sorxab məhəlləsində yerləşən Məqbərətüş-şüərada farsdilli 400 şairin məzarı vardır ki, onlar İranın müxtəlif bölgələrindən gəlmişlər. Burada Mani Şirazi, Ənvəri Əbiverdi, Əsədi Tusi kimi şairlərin adlarını görürük. Öz doğma şəhərindən olan Səib Təbrizi də burada uyuyur. Təbrizin Məqbərətüş-şüərasında yalnız bugünkü İranın şairləri deyil, həm də İranşəhr adlanan mədəni İran coğrafiyasının şairləri – Xaqani Şirvani, Mücirəddin Beyləqani, Qafqaz və Mərkəzi Asiyadan gəlmiş bir çox böyük şairlər də yer almışdır. Bu abidə göstərir ki, Təbriz İranşəhr ədəbiyyatının qaymağıdır; o, İran və İranşəhrin 400 şairini özündə birləşdirmişdir. Deməli, Təbriz əslində İranşəhrin simvoludur, çünki bu şəhər altı əsr boyunca – Səlcuqlular dövründən Səfəvilərə qədər – fars dili və ədəbiyyatının paytaxtı olmuşdur. Buna görə də Məqbərətüş-şüəra yaranmışdır. Beləliklə, bu İran kimliyi ilə bağlı mədəni bağ yalnız Arazın şimalına aid deyil, onun cənubunda da eyni dərəcədə mövcuddur. Nəticə etibarilə, fars dili İran və Azərbaycan Respublikası arasında mühüm mədəni və sivilizasiya bağlarından biridir.
- Azərbaycan Respublikasında İran mənşəli azlıqlar və xalqlar: İran və Azərbaycan Respublikasının kimlik baxımından birliyinin başqa bir amili, İran mənşəli azlıqların və xalqların bu ölkədə mövcudluğudur. Aran bölgəsində əksəriyyəti təşkil edən azərbaycanlılarla yanaşı – hansı ki, ən qədim və ən iranlı mənşəli xalqlardan biridir – burada başqa etnik qruplar da yaşayır. Onların başında tatlar, talışlar, kürdlər, ermənilər və eləcə də Osetinlər (Qafqazın şimalında yaşayanlar) kimi bir çox İran mənşəli xalqlar dayanır. Bu gün Azərbaycan Respublikasında təxminən iki milyon nəfərlik əhali ilə ən böyük etnik azlıq talışlardır. Həm talış dili, həm də bu bölgədə işlənən tati dili kimi qədim və tarixi dillər, İranın qədim dillərindən hesab olunur və İranla dərin mədəni ortaq yönləri vardır. Hətta kürdlər, yəni Azərbaycan Respublikasının qərb bölgələrində bir zamanlar məskunlaşmış kürdlər də bu ortaq mədəni irsin bir parçasıdır. Həmin bölgə çar Rusiyası və Sovet dövründə bir müddət “Qırmızı Kürdüstan” adlandırılmış və kürdlərin əsas məskunlaşdığı yer olmuşdur. Bütün bu xalqlar əslində bizimlə ortaq mədəni və sivilizasiya köklərinə malikdirlər. Buna görə də oradakı azlıqların və etnik qrupların mədəni vəziyyəti bizim üçün həm çox mühüm olmuş, həm də mühüm olaraq qalmaqdadır. Çünki hər cür ayrılıq – istər coğrafi, istərsə də mədəni – əslində bir növ tənəzzüldür. Təəssüf ki, bölgə ölkələrində tətbiq olunan təkdilli siyasətlər bu xalqların və azlıqların ədəbiyyatı və mədəniyyətində bu tənəzzülü dərinləşdirir və İranla olan ortaq mədəni bağların itirilməsinə səbəb olur.
- İran tarixi və memarlıq abidələri: Azərbaycan Respublikası və Qafqazla İran arasında olan mədəni və sivilizasiya ortaqlıqlarının dördüncü elementi, bu bölgədəki tarixi və memarlıq abidələridir ki, onların böyük əhəmiyyəti vardır və İranın bu ərazilərdəki qədim varlığını göstərir. Bu baxımdan, Dərbənd qalasını qeyd etmək lazımdır; o, Sasanilər dövründə İranın sərhəd mühafizələrindən biri olmuşdur. Son illərdə əsasən alman və italyan arxeoloqlarının iştirakı ilə Azərbaycan Respublikasında (Aranda) aparılan qazıntılar zamanı Əhəmənilər dövrünə aid tarixi abidələr aşkar edilmişdir. Alman arxeoloqları Azərbaycanın Şəmkir bölgəsində, Qaracamirli kəndində Pasarqad və Təxti-Cəmşid saraylarına bənzər bir saray kompleksi tapmışlar ki, orada təxminən 100 sütun Əhəməni üslubunda inşa edilmişdir. Lakin, Bakı hökuməti özünün tarixi kimliyindən uzaqlaşmaq siyasəti apardığı üçün bu kimi kəşflərin ictimaiyyətə geniş şəkildə təqdim olunmasına və tarixi kimliklə bağlı müzakirələrin yayılmasına imkan vermir. Amma bu abidələr özlüyündə kifayətdir ki, bölgənin kimliyini göstərsin. Belə abidələr Şəkidə (xan saraylarının memarlığı), Ağstafada (italyan professor Nikola Laneri tərəfindən 2024-cü ildə aşkar edilmiş 3500 illik mətbəx) və Qobustanda mövcuddur və bunlar İranla olan tarixi və mədəni bağların canlı sübutudur. Eyni bu tarixi memarlıq irsini biz Şirvanşahlar dövləti dövründə də görürük. Şirvanşahlar 8 əsr boyunca, yəni II əsrdən X əsrin əvvəllərinədək bölgədə hökm sürmüşlər. Bakının qədim hissəsi olan İçərişəhərdə yerləşən Şirvanşahlar sarayı kompleksi bu dövlətin mədəni irsini əks etdirir və Azərbaycan Respublikasına səfər edən hər kəsin görməyə dəyər bir məkanıdır. Şirvanşahların banisi Yəzid ibn Şeybani adlı ərəb idi, lakin o, İran mədəniyyətində tamamilə assimilyasiya olunmuşdu. “Şirvanşah” titulunu ilk dəfə “I Ərdəşir”, yəni 224-cü ildə taxta çıxan ilk Sasani şahı yerli hökmdarlardan birinə vermişdi. Şirvanşah hökmdarlarının adları – Mənüçöhr, Keyqubad, Şahrux, Hoşəng və bu kimi İran mənşəli adlardır. Bundan başqa, Şirvanşahlar dövründə rəsmi dil kimi ərəb dili yox, fars dili işlədilmişdir. Bu fakt və həmin dövrə aid çoxsaylı İran sivilizasiyası nümunələri göstərir ki, Qafqazın mədəni və sivil əsasını İran mədəniyyəti təşkil etmişdir. Eyni halı biz başqa yerlərdə də görürük: İran xalqı monqollar və digər işğalçılarla qarşılaşanda, onları öz mədəni kimliyi içərisində əritmiş və iranlılaşdırmışdır. Bu, son dərəcə vacib bir məqamdır. Qafqazın İran tarixi baxımından öyrənilməsi üçün Şirvanşahlar abidələri böyük əhəmiyyətə malikdir. Əgər bu gün Azərbaycan Tarix Muzeyindən İran bölməsi çıxarılsa belə, bu, tarixi dəyişmir. Çünki qədim xəritələrdə “Azərbaycan Respublikası” deyil, “Aran (İran)” adı yazılmışdır. O dövrün xəritələrində “Azərbaycan Respublikası haradadır?” sualına cavab tapmaq mümkün deyil – çünki o ad yox idi. (Bu, Prezident İlham Əliyevin tarix və xəritə mütəxəssislərinə yönəltdiyi “Niyə qədim xəritələrdə Azərbaycan Respublikasının adı yoxdur?” sualına bir cavabdır.) Çünki tarixi faktlar dəyişdirilə bilməz. Təəssüf ki, bu gün Qafqazda, xüsusən də tarixi Aran bölgəsində, İran mədəniyyətinin və fars dilinin izlərini silmək üçün çoxsaylı layihələr və qərarnamələr həyata keçirilir. Qarabağ torpaqları Azərbaycan Respublikasına qaytarıldıqdan sonra edilən ilk işlərdən biri, Şuşa Cümə məscidinin farsdilli kitabələrini, digər məscidlərdəki yazıları və qədim qəbiristanlıqları məhv etmək olmuşdur ki, bölgədə İran mədəniyyəti və sivilizasiyasının izləri görünməsin.
- İranın qədim və tarixi ayinləri və adət-ənənələri: İran və Aran arasında olan mədəni və sivilizasiya ortaqlıqlarından biri də ortaq qədim adət-ənənələrin və ayinlərin mövcudluğudur.Novruz, Yelda gecəsi, Çərşənbə Suri (od bayramı) və digər İran mənşəli bayramlar bu günkü Azərbaycan Respublikasında da qeyd olunur. Bundan əlavə, dəfn və yas mərasimləri kimi dini və ictimai ayinlər də İran mədəniyyəti ilə sıx şəkildə qarışmış və onun təsirini açıq şəkildə əks etdirir.
- Fars yazılı abidələr, əlyazmalar və toponimlər: Bakı Əlyazmaları İnstitutunda minlərlə farsdilli əlyazma mövcuddur ki, onların içərisindən 600 nüsxə üç cildlik bir əsərdə toplanmışdır. Bu əlyazmalar, daş kitabələr və toponimlər (yer adları) İran və Azərbaycan Respublikası arasında mədəni və tarixi birliyin mühüm göstəricilərindəndir. Bakı adı bu toponimlərdən biridir. Tarixi mənbələrdə bu adın “Badkubə” formasında işlənməsi məlumdur; bu ad bölgədəki güclü küləklər səbəbindən “Badkubə” (küləklər şəhəri) mənasını ifadə edir. Bu bölgənin bir çox dini alimlərinin adlarında da həmin mənşə öz əksini tapmışdır; məsələn, Şeyx Əbdülğəni Badkubəi, Ayətullah Seyid Məhəmməd Badkubəi kimi tanınmış şəxsiyyətlər vardır. Eyni zamanda, Naxçıvani və Lənkərani nisbələri də dini və elmi şəxslərin adlarında geniş şəkildə müşahidə olunur. Fars mənşəli yer adları bu gün də Azərbaycan Respublikasının müxtəlif bölgələrində, xüsusilə ölkənin şimalında və talışların yaşadığı ərazilərdə qorunub saxlanılmışdır. Məsələn, Siyəzən toponimi əslində “Siyah-zən” formasından yaranmışdır. Eləcə də bir çox şəhər və kənd adları əsrlərdir fars və tati mənşəlidir. Bütün ad dəyişikliklərinə baxmayaraq, bu qədim adlar tarixi yaddaşın bir hissəsi kimi bu günədək qorunub qalmışdır.
- İrana tarixi mənsubiyyət hissi və kimliyin qorunması: Sonda qeyd etmək olar ki, İran və Azərbaycan Respublikası arasında mədəni və tarixi ortaqlıqların ən mühüm elementlərindən biri də xalqın İrana olan tarixi mənsubiyyət və kimlik bağlılığı hissidir. Bir xalqın və ya etnik qrupun kimliyini müəyyənləşdirmək üçün adətən həm maddi, həm də mənəvi (ruhi) amillər nəzərə alınır. Bu amillərin bir səviyyəsində maddi ünsürlər, digər səviyyəsində isə ruhi və mənəvi bağlar, yəni mənsubiyyət hissi dayanır. Hər hansı azlıq və ya etnik icmanı anlamaq üçün onun öz toplumuna olan aidlik və bağlılıq hissi mühüm əhəmiyyət daşıyır. Bu hiss haradan yaranır? Öz kollektiv kimliyini qorumaq, onu ifadə etmək və onunla fəxr etmək ehtiyacından. Qafqaz və Aran (indiki Azərbaycan Respublikası) bölgələrində İran mədəniyyəti və sivilizasiyasına mənsubiyyət hissi tarix boyu mövcud olmuşdur. Bu hissi biz Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra da müşahidə edirik. Xalq arasında yaranmış “həsrət ədəbiyyatı” əslində Vətənə – İrana qayıdış arzusunu ifadə edirdi. Lakin sovet dövründə bu ədəbiyyatın məzmunu təhrif edilərək “sosialist romantizmi” adı altında təqdim olunurdu. Məsələn, Süleyman Rüstəm kimi şairlərin əsərlərində bu “həsrət” duyğusu sovet ideologiyasına uyğun şəkildə dəyişdirildi ki, xalqın İran kimliyinə bağlılığı unudulsun. Bu, Qırmızı Ordunun təbliğat idarəsinin həyata keçirdiyi ideoloji manipulyasiyalardan biri idi. Həmin dövrdə “Cənubi Azərbaycan” kimi saxta terminlər yaradıldı və bu terminlər bu gün də Bakıda miras qalmış təhrif maşınının bir hissəsinə çevrilmişdir. Eyni siyasətin davamı kimi, bu gün “Zəngəzur dəhlizi” kimi süni adların uydurulması göstərir ki, tarixi reallıqları təhrif etmək prosesi hələ də davam edir. Lakin bütün bu cəhdlərə baxmayaraq, bölgə xalqlarının İrana olan tarixi və mənəvi bağlılığı heç vaxt itməmişdir. Xalq bu hissi hər fürsətdə ifadə etmişdir. 1918–1920-ci illərdə, Birinci Dünya Müharibəsi dövründə, Osmanlı ordusunun işğalı və ingilis–amerikan təzyiqləri altında belə, Naxçıvanda yaradılan saxta “Araz Respublikası” dövründə yerli əhali İran konsulluğunun qarşısında toplanaraq bir həftə boyunca etiraz aksiyası keçirmiş və İran şahına, İran səfirliklərinə və Millətlər Cəmiyyətinə teleqram göndərərək “Bizi İrana qaytarın” tələbi ilə çıxış etmişdir. Bu hadisə çox da uzaq keçmişdə baş verməyib – cəmi yüz il əvvəl. Bu fakt göstərir ki, İrana mənsubiyyət hissi sadəcə tarixi bir xatirə deyil, xalqın kimlik yaddaşının canlı bir hissəsidir. Bu gün bölgədə müşahidə etdiyimiz bir çox qəribə davranışların kökündə də bu kimlikdən qorxu dayanır – yəni “özünə qayıdışdan qorxu”. Çünki “özünə qayıdış” dedikdə, İrana qayıdış nəzərdə tutulur. Mən bu mövzuda Ermənistan Dövlət Universitetinin İranşünaslıq kafedrasında çıxış edərkən demişdim ki: Qafqaz ölkələri üçün İranşünaslıq sadəcə elmi bir sahə deyil, “özünü tanıma elmi”dir. İranşünaslıq Almaniya və Avropa ölkələri üçün xarici tədqiqat sahəsidirsə, Qafqaz xalqları üçün bu, öz köklərini tanımaq və kimliyini dərk etmək vasitəsidir. Bu kimlik bu gün də təsir gücünü qorumaqdadır. Niyə? Çünki İranın Qafqazdakı ən böyük sərvəti onun sivilizasiya, mədəniyyət və dini irsidir.
Bu yeddi mədəni və mənəvi ünsür bu gün İran üçün sivilizasiya və mənəviyyat baxımından mühüm bir irs rolunu oynayır. Tarixi, mədəni və sivilizasiya mövcudluğu – hər cür siyasi və iqtisadi təsir vasitəsindən daha güclü və daha dərin bir nüfuz amilidir. Bunu həm rəqiblərimiz, həm də düşmənlərimiz çox yaxşı bilirlər. Məhz buna görə də bu gün Qafqazda həyata keçirilən bütün layihələrin əsas hədəflərindən biri kimlik zəiflətməsi, mədəni assimilyasiya və tarixi yaddaşın dəyişdirilməsidir. Elə bu məqsədlə də İran–Azərbaycan sərhədləri bir neçə il ərzində, guya “koronavirus bəhanəsi” ilə bağlı, qapalı saxlanılmışdır. Halbuki, eyni dövrdə Azərbaycan Respublikası ərəb ölkələri, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyə ilə təhsil, viza və qarşılıqlı əlaqələr sahəsində geniş güzəştlər etmiş, İsrailə səfər edənlərə maliyyə yardımı belə göstərmişdir. Amma İranla quru sərhədini “dəmir divara” çevirmişdir- halbuki Sovet İttifaqı belə 70 il ərzində bu səviyyədə sərhəd bağlamamışdı. Axı bu sərhədin hər iki tərəfində eyni xalq -azərilər- yaşayır. Axı dünənə qədər Azərbaycan rəsmiləri, İsrailin İrana qarşı 12 günlük təxribat müharibəsində biabırçılıqdan əvvəl, özlərini “İran azərilərinin müdafiəçiləri” adlandırırdılar. Bəs niyə bu gün xalqın sərbəst gediş-gəlişinə icazə vermirsiniz? Axı iyirmi il ərzində siz deyirdiniz ki, “əgər sərhədlər açılsa, bu və ya digər hadisə baş verəcək”. İndi niyə buna imkan vermirsiniz? Niyə xalq əlaqələrindən qorxursunuz? Həqiqi səbəb budur ki, onlar İranla ortaq dəyərlərin güclənməsindən qorxurlar. Çünki bu ortaq dəyərlər bölgəyə böyük tarixi güc və mədəni dirçəliş ruhu qaytarır. Sərhədlərin bu cür bağlı saxlanması o deməkdir ki, İranın sivilizasiya və mədəni irsi hələ də təsir gücünə malikdir. Buna görə də bu gücdən qorxaraq sərhədi bağlı saxlamağı, eyni zamanda isə İsrail və anqlosakson cəbhəsinin dəstəyi ilə Azərbaycan Respublikasında ən böyük mədəni, dini və sivilizasiya assimilyasiya layihəsini həyata keçirməyi üstün tuturlar. Bu layihənin əsas məqsədi şiəliyi, İran mədəniyyətinə aid bütün simvolları və mənəvi irsi silməkdir. Çünki çox yaxşı bilirlər ki, tarixi, dini və sivilizasiya kimliyi yaşadıqca, İranın bölgədəki varlığı da yaşayacaq. Bütün bu ortaq mədəni və tarixi elementlər İran üçün Qafqazda tarixi hüquqlar yaradır. Axı Avropa və ya Qərbdə 100–200 illik keçmişi olan dövlətlər belə, bölgədə “tarixi hüquqlardan” danışa bilir. Bəs biz, minilliklər boyu bu coğrafiyada yaşamış bir sivilizasiya olaraq, öz tarixi hüquqlarımızdan danışmamalıyıqmı?
Beləliklə, bu bölgə əslində İran sivilizasiyasının ən möhtəşəm mərkəzlərindən biridir və demək olar ki, bir çox digər bölgələrlə müqayisə edilə bilməz. Bunun əsas səbəbi budur ki, İran üçün ən çox mədəni və sivilizasiya fəaliyyəti məhz bu torpaqlardan başlanmışdır. Bu bölgənin xalqları – həm tarix boyu adı çəkilən Aran, həm də əziz Azərbaycanımız- həmişə İranın coğrafi və mədəni sərhədlərinin qorunmasında öncül olmuşlar. Bu, olduqca mühüm bir məsələdir.
Elə “Hərran döyüşü”də İran xalqının şərəfli səhifələrindən biridir. İran ilə Roma arasında 700 il davam edən müharibələr dövründə, eramızdan əvvəl 53-cü ildə, Parfiya sərkərdəsi Surenanın on minlik ordusu, Roma sərkərdəsi Krasusun qırx minlik ordusu üzərində möhtəşəm bir qələbə qazanmışdır. Bu hadisə indiki Türkiyənin Ərzrum bölgəsində, yəni o dövrdə İranın sərhədlərində baş vermişdir. Həmin dövrdə İran ordusuna qoşulanların böyük bir hissəsi Atropatena və Aran bölgələrindən idi. Bu missiya əsrlər boyu davam etmişdir. Çünki xarici işğalçılara qarşı müqavimət və milli qürur hissi bu torpaqlarda, xüsusilə şanlı azəri bölgələrimizdə, hər zaman xalqın xarakterinə hopmuşdur. Mən inanıram ki, azərilərin İransevərliyi və İran mədəniyyətinin qorunmasında oynadıqları tarixi rolu inkar edənlər, italyan səyyah və rəssam Pietro della Valle-nin məşhur səyahətnaməsinə diqqətlə baxmalıdırlar. O, öz əsərində Təbriz xalqının Osmanlı işğalına qarşı qiyamını təsvir etmiş və orada təbərizlilərin düşmənın kəsilmiş başlarını qaldırdığı səhnəni təsvir etmişdir. Təbrizin bir neçə illik Osmanlı işğalına qarşı qiyamı zamanı, hətta Təbrizli qadınlar da Osmanlı əsgərlərindən doğulan uşaqları məhv etmişdilər. Bu hadisə, hərçənd acı və dramatikdir, lakin Təbrizlilərin və ümumiyyətlə azərilərin yadelli işğalçılara qarşı nə qədər müqavimətli və mərd olduqlarını göstərir. Məhz buna görə də, baxmayaraq ki, bu bölgələr dəfələrlə monqollar, osmanlılar və çar rusları tərəfindən işğal olunmuşdur, onlardan heç bir mədəni iz qalmamışdır. Çünki bu torpaqlar İran mədəniyyətinin beşiyi, İran sivilizasiyasının parlayan aynasıdır. Bu gün də həmin ənənə davam edir. Əgər bu gün biz Qafqazda baş verən geosiyasi fitnələrə qarşı azəri bölgələrimizdə yüksək həssaslıq müşahidə ediriksə, bu, əslində azərilərin tarix boyu oynadığı milli rolu bu gün də davam etdirdiklərinin göstəricisidir. Düşmən də bunu çox yaxşı bilir. Elə buna görə də, Azərbaycan Respublikası ilə İran arasındakı sərhədi bəhanələrlə bağlayır, kibermüharibə ordusunu və mədəni layihələrini işə salır ki, İrana və tarixi Aran bölgəsinin xalqına qarşı mədəni və dini hücum həyata keçirsin. Məqsəd – bu xalqların əsil mədəni, dini və sivilizasiya kimliyini zəiflətməkdir. Ancaq İran tarixinin və Sovet dövrünün şahidlik etdiyi kimi, Azərbaycan xalqı, İran xalqı və əziz Azərbaycanımız – Ali Rəhbərin ifadəsiylə “İranın başı” – həmişə başıuca və qürurlu qalacaq.
Mən “Əfraz” Mədəniyyət Cəmiyyətinə və bu tədbiri təşkil edən bütün digər qurumlara təşəkkürümü bildirirəm. Bu fürsətdən çox məmnun oldum ki, Qafqaz və Aran bölgəsinin kimlik baxımından əhəmiyyətini bir daha elmi və tarixi əsaslarla izah etmək mümkün oldu.
son
Leave A Comment