*Dr. Əhməd Kazemi
Azərbaycan Respublikasında mədəniyyət tədqiqatçısı, kinorejissoru və pedaqoq, Ayaz Salayevin türk dilinin “Azərbaycan (Azəri) dili” üçün təhlükəli olması barədə xəbərdarlığı, azəri dilinə qarşı davam edən təhdidləri bir daha diqqət mərkəzinə gətirib. Ayaz Salayev Baku TV ilə müsahibəsində Azərbaycan dili ilə türk dili arasındakı fərqləri, bu dilin kimlik elementlərinin qorunmasının və xalqın dil hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb və əlavə edib: “İndi rus dili Azərbaycan dili üçün təhlükəli deyil, türk dili Azərbaycan dili üçün təhlükəlidir, çünki dilimizi dəyişir. Bir çoxları “qəsbə” sözünün əvəzinə “kasaba” sözünü işlədirlər. ”
Azərbaycan Respublikasında mədəniyyət və incəsənət xadiminin xəbərdarlığı, xüsusən də bu ölkədə həqiqi milli kimlik axtarışı qarşısında ciddi repressiyasının olduğu bir şəraitdə Azərbaycan dilinin sistematik şəkildə zəiflədilməsi və türkləşməsinin şahidi olanların dərin narahatlığından xəbər verir. Çünki xüsusilə ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının kimliyinin əsas elementi şiəliklə yanaşı, “Azərbaycan dili”dir.
Azərbaycan dilinin türk dilinə çevrilməsi ilə bağlı xəbərdarlıqlar ona görə vacibdir ki, hazırda Azərbaycan dili və Azərbaycan kimliyinin zəiflədilməsi və ona qarşı düşmənçiliyin dördüncü dalğası gedir.
Ümumiyyətlə, son iki əsrdə Azərbaycan dilinə, hansı ki, İranda müsamihətən və səhvən türki (türkcə) adlanan azəri dilinə qarşı dörd zəiflədilmə, çevrilmə və düşmənçilik dalğası baş verib :
Birinci dalğa 1813-cü və 1828-ci illərdəki bədnam Türkmənçay və Gülüstan müqavilələrindən sonrakı dövrə, İrana qarşı ərazi təcavüzü başa çatdıqdan sonra bütün Qafqaz, Aran və Şirvanda çarların İranın mədəni və ədəbi irsinə qarşı hücumu başladığı dövrə təsadüf edir. Bu, böyük İran irsinin bir hissəsi olan Azərbaycan dili və ədəbiyyatı sahəsi ilə bağlı idi. Bu dövrdə hətta azəri kimliyi də inkar edilmiş və çar sənədlərində və mənbələrində azərilər tatar kimi qeyd edilmişdir. 1918-1920-ci illərdə Aranda Məhəmməd Əmin Rəsulzadənin Osmanlıya və Gənc Türklərə bağlılığı ilə Müsavat hökumətinin qurulması nəinki Azərbaycan kimliyinin və dilinin dirçəlməsinə heç bir təsir göstərmədi, hətta belə davam etsəydi, Azərbaycan dilinin və kimliyinin türkləşməsi istiqamətində növbəti addımlar atılacaqdı.
İkinci dalğa Sovet İttifaqının yaranmasından süqutuna qədər (1922-ci ildən 1991-ci ilə qədər) dövrü əhatə edir ki, bu dövrə isə “Əlifba Dəyişməsi Fitnəsi” dövrü də demək olar. 1929-cu ildə o vaxta qədər azəri dilinin yazılması üçün istifadə edilən ərəb və fars əlifbalarından latın əlifbasına və daha sonra 1939-cu ildə kiril əlifbasına keçd, azəridillilərin fars və azəri ədəbiyyatının zəngin xəzinəsindən məhrum qalmasına səbəb oldu. Bu dövrdə rus dili azəri dilinin üzərinə güclü şəkildə tətbiq edilərək, azəri dilinin lüğət tərkibinə və quruluşuna ciddi ziyan vurdu.
Üçüncü dalğa Azərbaycan Respublikasının 1991-ci ildən 2003-cü ilə qədər müstəqilliyinin ilk dövrlərinə təsadüf edir. Müstəqilliyin başlanğıcında Əbülfəzl Elçibəyin başçılığı ilə türklərə asılı AXC klanının hakimiyyətə gəlməsi Ankaranın Azərbaycan Respublikasında apardığı dil siyasətini davam etdirməsinə səbəb oldu. Bu siyasət kiril əlifbasının latın əlifbası ilə əvəz edilməsində və azəri dili üçün ilkin fars əlifbasının qaytarılmamasında özünü göstərir. Bakı hökmdarlarının İran mədəniyyətinə düşmən münasibəti və fars əlifbasına qayıtmaması, Şəhriyarın “Şeytan əlifbası” adlı tarixi bir şeir bəsləməsinə səbəb oldu. ( Ayırıb şeytan əlifbası sizi Allahdan, Öz əlifbamızı yazsaz, tapasız Quranı)
Bu şeir ilə Şəhriyar Azərbaycan Respublikasının ziyalılarını və xalqını öz əsil mədəni və dini kimliyinə qayıtmağa çağırıb. Təbii ki, bu məqamda Xalq Cəbhəsinin azəri dilinə qarşı kimlik çevrilişi etmək planı, onu türkləşdirmək cəhdi o dövrdə İranla yaxşı münasibətdə olan Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bir müddət uğursuzluğa düçar oldu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra və Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən Türkiyə və İngiltərəyə bağlı olan bir sıra türkçü ünsürlər türk dilinin Azərbaycan Respublikasının rəsmi dili olmasını vurğulamışlar, lakin bu ölkənin o zamankı prezidenti Heydər Əliyev azərbaycançılıq şüarını vurğulayaraq, Azərbaycan dilini, mədəniyyətini və kimliyini türklçülükdən fərqləndirirdi. Bu məsələ 1995-ci ildə Azərbaycan Respublikası Parlamentinin qərarında və ölkə Konstitusiyasında öz əksini tapmışdır.
Bunun ardınca Türkiyənin Heydər Əliyevə qarşı uğursuz dövlət çevriliş və eləcədə terror cəhdlərinin aşkarlanması baş verdi. Lakin zaman keçdikcə Heydər Əliyevin bu yanaşması zəiflədi və bu dövrdə Azərbaycan Respublikasında türk təsirinin artması, Türk məktəblərinin yaradılması, xüsusən də neft müqavilələri bağlandıqdan və məktəblərdə türk dili təhsilinin təbliği üçün Bakı hökumətinin Türkiyəyə xüsusi imtiyazlar verməsi, türk dilinin təbliği üçün radio, televiziya və yazılı mətbuat vasitələrinin ayrılması, televiziya kanallarında türk seriallarının dublyajsız yayımlanması ilə azərbaycançılıq ideysı və Azərbaycan dili tədricən zəifləmişdir.
Azəri dilinin zəifləməsinin dördüncü dalğası 2003-cü ildə İlham Əliyevin prezidentliyi ilə başlayıb və İkinci Qarabağ Müharibəsi (2020), Türkiyə və Sionist rejiminin Bakıya nəzarəti və Türk Dövlətləri Təşkilatının yaradılmasından (2021) sonra daha da güclənib. Bu dövrdə azəri dilinin zəiflədilməsi üçün bir sıra tədbirlər görülmüş, onlardan biri də müxtəlif planlarda öz əksini tapmış azəri dili ilə İran kimliyi və fars dili arasındakı əlaqələrin aradan qaldırılması, o cümlədən soyadlarından “zadə” şəkilçəsinin çıxarılması idi. Türk Dövlətləri Təşkilatının yaradılması və qondarma türk dünyası ölkələrinin coğrafiyasına ortaq dil və əlifba ideyasının tətbiqi ilə Azərbaycan dilinin Anadolu türk dilinə inteqrasiyası və assimilyasiyası səyləri daha da gücləndi. Bu dövrün ən mühüm xüsusiyyəti azərbaycançılıqdan neo-osmanlı türklüyünə (türkçülüyünə) sürətli keçiddir.
. Beləki, bu dövrdə azəri dili üçün əsas təhlükə rus dili olduğu ikinci dövrdən fərqli olaraq türk dilidir. İngilis pan-turanizmi üzərində mərkəzləşmiş Azərbaycan dili və kimliyinə qarşı düşmən cəbhəsinin səylərinin ən mühüm oxu azəri və ya Azərbaycan dilinin türk dilinin alt qolu kimi induksiyası və təmsil olunmasıdır ki, bu yanaşma linqvistik və tarixi baxımdan müxtəlif dəlillərə və araşdırmalara görə qəbuledilməzdir. İranlı və qeyri-iranlı dilçilərin tarixi araşdırmaları təsdiq edir ki, Aturpatgan (azəri) iranlıların tarixi dili olan qədim azəri dili, Altay və Orta Asiya çöllərindən İrana qarşı olan hücumlar və xüsusən də Səlcuqlar dövründə ərazi işğallarının təsiri altında müəyyən dəyişikliklərə məruz qalsa da, bu dil heç vaxt türk dilinin qolu hesab edilməmişdir.
Ayaz Salayevin açıqlamaları da Azərbaycan Respublikasında mövcud repressiyalara baxmayaraq, bu prizmadan irəli sürülüb. Lakin ingilis panturanizminin qondarma türk dünyasını qurmaq və Azərbaycan kimliyini məhv etmək kimi inadkarlığını nəzərə alsaq, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tarixçi sədr-müavini mərhum Ziya Bünyadevin aqibətinin Ayaz Salayev kimi tarixi reallıqları yüksəldən insanlar üçün Bakının məxfi qurumları tərəfindən təkrarlanması heç də istisna deyil. Azərbaycan dilinin türk dili ilə eyniləşdirilməsinə yönələn bu təkid Azərbaycan dilinin hüquqlarını pozmaqla yanaşı, qalmaqallı hadisələrə də səbəb olub ki, bunun ən son nümunəsi məşhur azərbaycanlı musiqiçi Alim Qasımovun və onun qızının Yavuz və başqa bir türk telekanal aparıcısı ilə müsahibəsi zamanı müşahidə olundu ki, bütün nəcib və əsl İran azərilərini və Azərbaycan Respublikası xalqını incitdi.
Əslində Azərbaycan dilini və kimliyini təhdid edən ən mühüm təhlükə müəyyən dövlətlər və dairələr tərəfindən Azərbaycan dilinin instrumental şəkildə istifadə olunmasıdır:
Bir tərəfdən Azərbaycan Respublikasında azəri dilini “müdafiə edənlər” var ki, onlar rus və ya ingilis məktəblərində böyüyüblər, bəziləri isə əslən azəri deyil, qədim azəri dilinə inanmırlar, azəri dilini müdafiə etmək adı altında bu dilin iranlı və tarixi kimliyini məhv etmək məqsədini güdürlər.
Digər tərəfdən, azəri dilinin İranda Türkiyə və Azərbaycan Respublikasındakı pantürkism dairələrinə asılı olan dollarçı və əlbəttə nüfuzlu lobbiləri üçün alətə çevrilməsi riski var. Bu ünsürlər azəri dilini və onun Heydər Babayə Salam, Səhəndiyyə kimi şanlı əsərlərini qoruyub saxlamaqla bağlı deyil, daha çox Azərbaycan dilini türkləşdirmək, onu Orxun və Dədə Qorqud yazıları ilə əvəz etmək məqsədini daşıyırlar. Bu “azərbaycançı” qrup xəyanətkar bir paradoksikal yanaşma ilə bir tərəfdən azərbaycanlı kimliyini müdafiə etmək iddiasında olsa da, digər tərəfdən Azərbaycan dilini istifadə etməkdən yayınır və hətta azəri və azərbaycan sözlərini səhv yazmaqla belə bu dilin kökünə zərbə vurur və azəri dilinə düşmən olduğunu nümayiş etdirir.
Bu “türk inadkarlığı”, yəqin ki, Osmanlı Yeniçərilərindən qalan bir mirasdır. Həm də bu yeni ingilis türkçüləri Azərbaycan Respublikasında azəri dilinin zəiflədilməsi və türk dilinə çevrilməsinin ən böyük fitnəsinə susur və göz yumurlar.
İngilis panturanizmi fitnəsinin tərkib hissəsi olaraq Azərbaycan kimliyi və dili ilə qarşıdurmanın dördüncü dalğası və bu gün Fələstində və Suriyada baş verən proseslərdə sionist dünyanın müttəfiqi olan türk dünyasının yaradılması; Əvvəlki dalğalarla müqayisədə bir çox cəhətdən daha mürəkkəbdir. Bunun əsas səbəbi bu sui-qəsdin xarici icraçılarının İran daxilindəki etnik şəbəkələrində Azərbaycan dilinin müdafiəsi maskası altında gizlənmiş hiylə və riyakarlıqlarıdır.
Reallıq ondan ibarətdir ki, hazırda Azərbaycan Respublikasında azəri dilinə qarşı cərəyan edən türkcəyə transformasiya prossesi məşhur dilçi və sosioloq Din Açsonun “dil intiharı” fenomenindən fərqli olaraq irəli sürdüyü “dil qətli” fenomeninə bir nümunədir. Azərbaycan Respublikasında linqvistik qətl hadisəsi təkcə etnik azlıqların dillərini deyil, həm də həmin ölkənin milli dili olan Azərbaycan dilini əhatə etməsi dövrümüzün acı möcüzələrindən biridir. Dil qətli fenomeni, ifratcıl milli dil siyasətinin təsiri altında yerli və azlıqlar dillərinin tədricən yoxa çıxdığı bir hadisədir. İndi Azərbaycan Respublikasında Ankaradan asılılıq siyasəti və İkinci Qarabağ müharibəsindən sonra ölkəni faktiki olaraq Türkiyənin əyalətinə çevrilməsi siyasəti Azərbaycan dilinin geniş şəkildə türk dilinin müdaxiləsinə məruz qalmasına səbəb olmuşdur.
Belə ki, Azərbaycan Respublikasında türkləşmə prossesi davam etdikcə, gələcəkdə Azərbaycan dilinin, xüsusən də media və təhsil sahələrində zəifləməsi, türk dövlətlərinin qondarma təşkilatının qərarlarının icrası ilə əsil Azərbaycan dilindən, kimliyindən əsər-əlamət qalmayacaq. Tarixi, qan kökü və dini baxımdan İran kimliyinin ayrılmaz hissəsi olan Azərbaycan dilinin və kimliyinin məhv edilməsi anqlo-sakson nizamının podratçısı olan cəbhənin güddüyü məqsəddir. İran daxilində yerli dillərin tədrisi və Konstitusiyanın 15-ci maddəsinin təhrif edilməsi ilə bağlı son mübahisələrin başlamasının məqsədlərindən biri də İranda, xüsusən də azərilər arasında ictimai rəyi Azərbaycan Respublikasında və Türkiyənin azərbaycanlılar yaşadığı bölgələrində azəri dilinin türkləşmə layihəsindən yayındırmaqdır.
Belə bir şəraitdə İranın azərilərin məskunlaşdığı ərazilər və bunun önündə gedən kimlik pasibanı olan Təbriz, Şəhriyar və digər 400 iranlı şairin Sərxabda (məqbərətüşşüəra məzarlığında) uyumasına öyünən həmən Təbriz, həmişə İranın mədəni, sivilizasiya və dini irsi və şəxsiyyətinin daşıyıcısı olan Təbriz, tarixi bir missiyasıda milli dili (fars dilini) qorumaqla yanaşı, İran mədəniyyətinin bir parçası kimi azəri dilini də Azərbaycan Respublikasında və Türkiyədə ingilis pan-turanizmini həyata keçirənlərin təcavüzündən qorumağı öz üzərinə götürməlidir. Şəhriyar poeziası hər bir iranlı azərbaycanlı üçün milli fars dilini qorumaq və onunla yanaşı, əsil Azərbaycan dilini gücləndirmək üçün nümunədir. Şəhriyarın azəri şeirləri, Saeb Təbrizi və Seyid Emadəddin Nəsiminin əsərləri və mərsiyə sahəsində zəngin Azərbaycan ədəbiyyatı, Azərbaycan dili və onun əlifbası üçün meyardır. Azərbaycan dilinin hüquqlarını qorumaq üçün bu tarixi missiyanın yerinə yetirilməsi bütün İransevərlərin, o cümlədən həqiqi Azərbaycan kimliyini və dilini müdafiə edənlərin elmi cihadıdır. Paralel olaraq, Azərbaycan kimliyini və dilini müdafiə etmək adı altında anqlo-sakson sifarişli podratçıların İran hökumət strukturunda olan əl-qolunun kəsilməsi üçün müvafiq qurumlar qarşısında tələb irəli sürülməlidir.
Leave A Comment