*Dr. Əhməd Kazemi

Azərbaycan Respublikası və Rusiya universitetlərində siyasi elmlər üzrə fəlsəfə doktoru və Azərbaycan Respublikasının ən tanınmış siyasi tədqiqatçılarından biri Rövşən Novruzoğlunun Bakı həbsxanasında vəfat etməsi ölkədə polis rejimi mühitinin ictimai məkan üzərinə hökm sürməsinə baxmayaraq, media dairələrində çoxlu fərziyyələrə səbəb olub.

Siyasət elmləri üzrə fəlsəfə doktoru və mühüm beynəlxalq problemlərə dair bir sıra mühüm kitabların o cümlədən “XII əsr: bəşəriyyətin məhvi qiyamət qopacaqmı?”, “Peyğəmbərsiz İslam axtarışında olan Qərb” və “Dünya terror qruplarının ensiklopediyası” kimi kitabların müəllifi, mərhum Rövşən Novruzoğlu Terrorizm və Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə üzrə qeyri-hökumət Mərkəzinin rəhbəri olub.
O, 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə (Avropa insan haqları institutları tərəfindən sifariş məhkəməsi kimi tanınan qurum) dələduzluq və külli miqdarda ziyan vurmaqda ittiham eilərək 6 il müddətinə azadlıqdan məhrum edilib və hələ bir il yarım keçməmiş onun 2025-ci il martın 4-də zindanda vəfat etdiyi bildirilir.

Penitensiar idarə və aidiyyatı qurumlar bu tənqidçi politoloqun ölümünün səbəbi ilə bağlı heç bir məlumat açıqlamayıb və alimin ölümünü təbii kimi qələmə veriblər. Bu elə bir vəziyyətdədir ki, Bakının dövlət qurumlarının tənqidçilərlə və siyasi opponentlərlə münasibətdə praktikasını, eləcə də Rövşən Novruzoğlunun maarifçi və tənqidi fikir və ideyalarını nəzərə alsaq, və onun xəstəliyi haqqında təsdiqlənmiş məlumatların olmaması faktına diqqət yetirsək, Azərbaycan Respublikasının bu görkəmli siyasi xadiminin təbii ölümü iddiasını qəbul etmək çətindir.

Rövşən Novruzoğlu akademik karyerası və ölkədə müstəqillikdən sonrakı dövründə elmi və mənəvi nüfuzu baxımından Azərbaycan Respublikasında sionizm və sionist rejimin ən qabağcıl tənqidçisidir. Baxmayaraq ki, o, Azərbaycan Respublikasında “islamçı fəallar” oxu çərçivəsində müəyyən edilməmişdir, lakin onun maarifləndirici, dəqiq elmi-hüquqi mövqeləri və sionist rejimin bu ölkədəki hərəkət və məqsədlərinin ölçülərini ifşa etməkdə nüfuzlu sözləri güclü təsir bağışlamış və bu baxımdan o, Bakıda dövlət qurumlarında və sionist dairələrdə çoxlu düşmənlər qazanmışdı.

Onun sionist rejimin Azərbaycan Respublikasının enerji resursları üzərində hökmranlığı və Bakının “sionist rejimin neft quyusu”na çevrilməsi haqqında maarifləndirmə əsərləri, Azərbaycan Respublikasındakı sionist rejimə bağlı qeyri-hökumət təşkilatlarının gizli fəaliyyətləri, sionist rejimin Azərbaycan Respublikasındakı anti-İran etnik şəbəkələri ilə əlaqəsi, Xocalı qətliamında sionist silahlarından istifadə edilməsi və bununla bağlı daxili münaqişələr, sionist rejimin Azərbaycan Respublikasında Şiəliyə qarşı fəaliyyətlərdə rolu, Qafqazda sələfi-təkfirçilik fəaliyyəti, Azərbaycan Respublikasında sionist rejimin ölkə yəhudilərindən alət kimi sui- istifadə etməsi, Şimon Peresin iştirakı ilə “Xabad or Avner” adlı Bakıda Avropanın ən mühüm yəhudi “mədəni-maarif” mərkəzinin yaradılmasının səbəbləri ilə bağlı ifşaları, və sionist rejimin mahiyyəti və hərəkətləri haqqında onlarla başqa izahları Azərbaycan Respublikasında ictimai maarifləndirmə və anti-sionist sosial, elita və media cərəyanlarının yaradılmasında böyük rol oynadı.

Bundan əlavə, Rövşən Novruzoğlu Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun professoru və qeyri-hökumət Beynəlxalq Terror və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru kimi öz kitablarında sionist rejimin qurulmasının əsaslarını və Amerikanın Qərbi Asiyada (Yaxın Şərqdə) planlarını tənqid edib. Onun bu mövzuda nüfuzlu yerli, regional və beynəlxalq mediada onlarla müsahibəsi dərc olunub. Bir haldaki, Sionist rejimin Azərbaycan Respublikasının suverenliyi üzərində nəzarətinin təsiri altında olduğu nəticəsində, müqavimət qrupları, o cümlədən Livanın Hizbullahı və Həmas bu ölkədə terrorçu qruplar kimi tanınır, Rövşən Novruzoğlu son dəyərli kitabında, dünyada beynəlxalq terrora qarşı amansız mübarizə aparan və özünün məğlubedilməz strategiyası ilə tanınan Şərqin dahi generalı Hacı Qasım Süleymani haqqında yazılmış “Şəhadətini gözləyən şəhid” bədii-sənədli kitabinda Fələstin və Livan müqavimətinin mübarizələrini qeyd edərkən, şəhid Qasım Süleymaninin təkfirçi terrorizmlə mübarizədəki rolunu dəfələrlə yüksək qiymətləndirdi və müqavimət cəbhəsini haqq və ədalət tərəfdarları adlandıraraq, Amerikanın sionist tağut rejimini dəstəklənməsinə əsaslanan Yaxın Şərq siyasətlərini tənqid etdi.

Bakı hökumətinin Qarabağ münaqişəsi ilə bağlı nahaqq anti-İran kampaniyasının qızğın vaxtında Rövşən Novruzoğlu İranın Azərbaycan Respublikasına siyasi, hərbi və humanitar müstəvidə davamlı yardımını dəfələrlə xatırladıb və aşkar edib ki, Qarabağ cəbhəsində, o cümlədən 1992-ci ilin fevralında Xocalı faciəsində iranlılar da erməni separatçılarına qarşı azərbaycanlılarla yanaşı olublar və iranlılar da şəhid olublar ki, onlardan 11 nəfərinin məzarı Xocalıda, Laçında, Kəlbəcərdə, Qabadlıda, Şuşidə yerləşir.

Röşən Novruzoğlu strateji və hüquqi biliklərə malik politoloq olmaqla yanaşı, həm də təhlükəsizlik məsələləri üzrə analitik idi. Onun tutduğu mövqelər: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəisi Hacı Məhəmmədovun cinayətkar dəstəsinin aşkarlanması, bəzi yüksək vəzifəli şəxslərin təhlükəsizlik qalmaqalları, 2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ləğvi və onun iki yerə bölünüb DTX və XKX-yə çevrilməsini tənqid etməsi, və bu qərarın Heydər Əliyevin yanaşması ilə ziddiyyət təşkil etdiyini vurğulaması, Azərbaycan Respublikasında türk kəşfiyyatının təsirinin ifşası, və Türkiyənin azərbaycanlı kimliyini məhv etmək və türk kimliyini təbliğ etmək səyləri ilə bağlı açıqlamaları – hansıki bu gün bu açıqlamaların dəqiqliyi hər zamankindən daha aydın görünür – təhlükəsizlik orqanları çevrələrində Rövşən Novruzoğluna qarşı çoxlu düşmənlər yaratmışdı.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, xüsusən 1993-cü ildən sonra Bakı hökumətinin opponentlər və tənqidçilərlə davranış modelinin tədqiqi göstərir ki, anti-sionist yanaşmaya malik olan müxalif siyasi fəalların hədəfə alınması hallarında, birinci varyant olaraq Bakının sionist rejimə ayı xidmətini göstərmək üçün anti-sionist yanaşması olan müxalif siyasi fəallar İrana casusluq etməkdə ittiham olunaraq həbs edilirlər və bu variantın tətbiği mümkün olmayan hallarda isə sovet rejimindən miras qalmış DTK yaxud KGB ənənəsinə uyğun olaraq, anti-sionist yanaşması olan müxalif siyasi fəallar silah saxlamaq, narkotik maddə saxlamaq və yaxud maliyyə fırıldaqları adı altında həbsə məhkum edilirlər. Rövşən Novruzoğlu ilə bağlı Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının onu İranın xeyrinə casusluqda ittiham etmək üçün bəhanə yaratmaq üçün çox səy göstərdiyi bildirilir.

Bu cəhdlərdən biri də Rövşən Novruzoğlunun İran mediasına verdiyi müsahibələrin orginal fayllarına daxil olmaq və onu bu müsahibələrə görə hədələmək cəhdi olub. Lakin bununla bağlı heç bir dəlil tapılmadığından, digər tərəfdən, Rövşən Novruzoğlunun Azərbaycan sevgisi və bir universitet professoru və siyasi fəal kimi Azərbaycan Respublikasında partiyalar, ictimai təşkilatlar, KİV-lər arasında onun ictimai nüfuzu o qədər aşkar və yuksık olduğundan, ona qarşı casusluq ittihamı irəli sürmək xalq arasında əks effekt verə bilərdi. Ona görə də sovet DTK-si ənənəsinə uyğun olaraq ikinci variant seçildi və Beynəlxalq Terror və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinə rəhbərlik edən, maliyyə korrupsiyasına qarşı mübarizədə öncül olan bu şəxsiyyət istehza olaraq dələduzluq ittihamı ilə həbs cəzasına məhkum edildi. Həbsxanada, o müsahibə etmək və ya məlumat almaq imkanından da məhrum edildi. Çünki onun həbsinin əsas səbəbi dələduzluq deyil, sionist rejimin Azərbaycan Respublikasındakı xərçəngvarı təsirinə dair elmi, hüquqi və siyasi maarifləndirməsindən hökumətin qorxusı idi, xüsusən də Qərbi Asiyanın sionist rejimin fitnəsi səbəbindən yeni böhranlara hazır olduğu bir vaxtda.

Belə bir şəraitdə Rövşən Novruzoğlunun həbsxanada şübhəli ölümü və “yaşamaq hüququndan” məhrum edilməsi Azərbaycan həbsxanalarındakı digər qətl hadisələrindən müəyyən mənada fərqlənir. İkinci Qarabağ Müharibəsindən (2020) sonra Azərbaycan Respublikasında boğucu atmosferinin güclənməsi və Bakıda sionist və pan-Turan siyasətinin güclənməsi ilə, hətta kökündən islamçı olmayan fəallar, o cümlədən iqtisadçı, Azərbaycan Demokratiya və Rifah hərəkatının rəhbəri və LSE-nin professoru, Qubad Ebadoğlu kimi bir çox mötədil tənqidçilər də tutularaq həbsxanaya göndərilib. Bu son dövrdə həm islamçı, həm də Qərb yönümlü siyasi opponentlər, o cümlədən jurnalistlər, bloqqerlər və bəzi dissident keçmiş məmurlara qarşə, adam oğurluğu, zorla yoxa çıxması, işgəncə və qətlə yetirilmə kimi çoxsaylı aktlar barədə hesabatlar dərc olunub. Həmçinin xaricdə Bakı hakimiyyətinə qarşı olan dissidentlərin öldürülməsi və döyülməsi, islamçı məhbusların və ya Talış və Tat olan etnik fəalların Bakı həbsxanalarında şəhid olması ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Bakı hökuməti isə neft, kürü, dollar diplomatiyasından istifadə edərək bu hesabatların insan haqları ilə bağlı nəticələrinin qarşısını almağa çalışıb.

Rövşən Novruzoğlunun həbsxanada şübhəli ölümü elə bir vaxta təsadüf edir ki, son həftələrdə Bakıdan yaşıl işığın yanması və onun ardınca Amerikada Sionist Simon Vizental Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının sionistlərin Abraham Planına (2020) və və bəzi ərəb hökumətləri ilə sionist rejim arasında münasibətlərin normallaşdırılması üçün başqa razılaşmalara da qoşulması təklif olunub. Təbii ki, sionist rejimin Azərbaycan Respublikasının idarəedici qurumlarındakı struktur təsirini və Azərbaycan Respublikasını “sionizmin regional yuvası”na və “sionist rejimin neft quyusuna” çevrilməsini nəzərə alsaq, Bakının bu normallaşma prosesinə qoşulması planı gülüncdür və əsasən, Bakının Təl-Əvivlə aysberq münasibətləri Bəhreyn və Mərakeş kimi ölkələrin Abraham sazişində iştirakı ilə müqayisə oluna bilməz. Görünən odur ki, bu məsələni gündəmə gətirməkdə məqsəd Suriya rejiminin süqutunda Türkiyə ilə sionist rejim arasında əməkdaşlıq məsələsinin təsirinə düşməkdən əlavə, ABŞ-a yaltaqlıq etməklə Trampın diqqətini cəlb etmək məqsədini daşıyır və Qəzzada misli görünməmiş soyqırımına görə dünyanın nifrətini qazanmış sionist rejimin hazırkı vəziyyəti də Sionistlərin Bakının Abraham sazişinə qoşulması təklifinin irəli sürülməsinə səbəb olub. Abraham Planındakı öhdəliklərdən biri də üzv ölkələrdə sionizmə qarşı olan bütün amilləri zəiflətmək və ya aradan qaldırmaqdır. Bu baxımdan Rövşən Novruzoğlunun həbsxanada şübhəli ölümü müqəddəs hərəmin müdafiəçisi Hacı Tale Yusufovun 2024-cü ilin mayında D.T.X. təcridxanasında şəhid olması faktı kimi Bakının Abraham planına qoşulmasına dair təbliğatın getdiyi ilə eyni vaxtda, Azərbaycan Respublikası hakimiyyətində sionistpərəst dairələrin sionist rejimə verdiyi hədiyyə hesab olunur və bu prizmadan Azərbaycan Respublikasının digər davranışlarını, o cümlədən sionist rejimin qatil ordusuna neft və yanacaq tədarükünü artırmaq və davam etdirmək, İslam dünyası və Fələstin məsələsinə xəyanət rolunu oynamaq da daxil olmaqla, Qəzza xalqının qətliamında rolunun tamamlayıcısıdır.

تاملی در مرگ مشکوک دانشمند سیاسی منتقد صهیونیسم در جمهوری آذربایجان