*Dr. Əhməd Kazemi, Avrasiya üzrə baş tədqiqatçı

2023-cü ilin sentyabrında Qarabağın süqutuna və Azərbaycan Respublikasının bölgə üzərində hökmranlığına səbəb olan Üçüncü Qarabağ Müharibəsindən sonra, xüsusilə Britaniya, Amerika və Kanada beyin mərkəzlərində Azərbaycanın NATO-ya daxil olması ilə bağlı ciddi müzakirələr başladı. Bu, Bakının gələcək perspektivdə NATO-ya üzvlüyünü vurğulayır. Bunun əsas səbəbi odur ki, Üçüncü Qarabağ Müharibəsi, rəsmiyyətə tanınmamiş Qarabağ Respublikasının devrilməsi və Bakının Azərbaycan Respublikasının bütün ərazisi üzərində süvrenliyi ilə bu ölkənin NATO-ya üzvlüyünə ən mühüm maneə aradan qaldırıldı. Çünki NATO Nizamnaməsinin 5-ci maddəsinə görə, separatçı bölgələri, mərkəzi hökumətin nəzarətindən kənar bölgələri və hərbi münaqişələri olan ölkələr NATO üzvü ola bilməz. Odur ki, Ermənistanla Azərbaycan Respublikası arasında Qarabağ muxtar regionu ilə bağlı münaqişə 2023-cü ilə qədər Azərbaycan Respublikasının NATO-ya üzvlüyünə əngəl rolunu oynadı və bu, indi aradan qaldırılıb. Belə bir şəraitdə Azərbaycan Respublikasının Qərbyönümlü yanaşmalarını nəzərə alsaq, sual yaranır: Azərbaycanın NATO-ya üzvlük perspektivi necədir? Bununla bağlı altı məqamı qeyd etmək olar:

Birincisi: Hər üç Cənubi Qafqaz ölkəsi NATO ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edir. Azərbaycan Respublikası NATO ilə əməkdaşlıqda Gürcüstandan sonra öncül ölkədir. Bakının NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramına (PFP) üzvlük formasında əməkdaşlığı (4 may 1994-cü il), NATO ilə Fərdi Əməkdaşlıq Proqramına (2004), Avro-Atlantik Əməkdaşlıq Şurası, NATO Parlament Assambleyası, enerji xətlərinin təhlükəsizliyinin təmin edilməsi proqramı, o cümlədən ekoloji əməkdaşlığı, Kosovo (1999), Əfqanıstan (2002) və İraq da daxil olmaqla NATO-nun hərbi missiyalarında iştirakı, Bakıda birgə hərbi və kiber təlim kurslarının keçirilməsi, eləcə birgə hərbi təlimlərin keçirilməsi və xüsusi hər il “NATO günləri” proqramlarının keçirilməsi, Bakının NATO ilə əməkdaşlığının nümunələridir. Beləki, 1994-cü ildən bəri Azərbaycan Respublikası ilə NATO arasında onlarla hərbi təlim, o cümlədən Qətiyyətli Əməkdaşlıq 2001, Regional Cavab 2009, Sürətli Reaksiya Məşqi, Parlaq Qılınc, Kollektiv Tərəfdaşlıq, Qqış Qalxanı, Bakı 2020 və s. Azərbaycan Respublikasında və bəzən Kaspian dənizində elan edilmədən keçirilib. İkinci Qarabağ müharibəsindən bir il sonra Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının Brüsseldə keçirilən iclasında (2021) iştirak edib və təşkilatın baş katibi Yens Stoltenberqlə görüşüb. Bu proses Azərbaycan Respublikasının NATO üzv dövlətlər, o cümlədən Türkiyə ilə geniş hərbi əməkdaşlığından əlavədir.

İkincisi: NATO baxımından Azərbaycan Respublikası Qafqazda və Kaspian dənizində geosiyasi mövqeyinə, İran və Rusiya ilə qonşuluq, ABŞ UCOM və CENTCOM-un tərəfdaşı kimi İsraillə strateji əməkdaşlıq, NATO üzvü kimi Türkiyədən struktur hərbi asılılıq, İranla uyğunsuzluq və Tehranla daimi qarşıdurma istəyi, xüsusilə Ukrayna müharibəsindən sonra Avropanın enerji təchizatında rolu, Rusiya hərbçilərinin Qafqazdan çıxarılmasında, o cümlədən Qəbələ bazası və Qarabağdakı rus sərhədçilərinin problemi ilə bağlı təsirli keçmişi, Rusiya ilə davamlı əməkdaşlıqdansa qərbləşməyə üstünlük verilməsi və nəticədə Rusiyayönlü kollektiv təhlükəsizlik sistemlərinə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaqdan imtina, Ukraynaya praktiki dəstək və əməkdaşlıq kimi amillərə görə, 2023-cü ildən sonra NATO-ya üzvlük üçün əlverişli variant hesab olunur. Xüsusilə, Azərbaycan Respublikasının NATO-ya üzvlüyü reallaşarsa, İran və Rusiyaya qarşı tədbir kimi NATO tərəfindən ballistik raketlərinə qarşı sistemlərin Azərbaycan Respublikasında yerləşdirilməsi məsələsi daha operativ aspekt alacaq. Bu, həm də NATO-nun Türkiyənin Kürcikdəki radar bazası ilə müqayisədə müşahidə və izləməyə lazım olan müddətini azaldır.

Üçüncüsü: Buna baxmayaraq, bəzi Qərb beyin mərkəzləri və Corc Monastriakos kimi ekspertlərin etiraf etdiyi kimi, Azərbaycanın NATO-ya üzvlük layihəsi Britaniyanın “türk dünyası yaratmaq” planının tərkib hissəsi kimi “Türk NATO-su” ideyasının həyata keçirilməsi də qiymətləndirilməlidir ki, onun da əsas məqsədi İran, Çin və Rusiyanı qapatmaq, Orta Asiyada Çin və NATO arasında türk bufer zonasını yaratmaq olacaq. Bu baxımdan, Azərbaycan Respublikasının NATO-ya üzv olması ilə NATO-nun Rusiya ilə sərhədləri təxminən 300 kilometr, İranla isə 700 kilometrdən çox artacaq ki, bu da NATO-ya Çinə təzyiq etmək üçün Kaspian dənizi və Mərkəzi Asiyaya geniş çıxış imkanı verəcək və nəticədə Özbəkistan və Qazaxıstanın mehvərliyi ilə Mərkəzi Asiya ölkələrinin Türk NATO-sunun yaradılması ideyasını tamamlamaq üçün NATO-ya münbit yol açacaq.

Dördüncüsü: Türkiyənin neo-Osmanlı və pantürkist maraqlarından xəbərdar olan, mehvərliyi İngiltərədə olan NATO, Azərbaycanın NATO-ya planlaşdırılan üzvlüyünü bölgədə Türk NATO-sunun bir hissəsi kimi Bakı və Ankara üçün böyük üstünlük hesab edir. NATO baxımından bu, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasının qarşısını almaq üçün təsirli vasitə ola bilər və eyni zamanda, Türkiyənin Kiprin NATO-ya üzvlüyünə razılıq verməsi və “Türk NATO-su”nun rəhbərliyi müqabilində Türkiyənin Şimali Kiprdən çıxması tələbini irəli sürməklə Kiprdə 5 onillik böhranı bitirməklə və Ankaranın Şərqi Aralıq dənizi Qaz Forumunda iştirakını və Türkiyənin Avropa Birliyinə üzvlük prosesini asanlaşdırmasını təmin edər.

Beşinci: 2008-ci ildə rəsmi olaraq NATO-ya üzvlük üçün müraciət edən və nəticədə tezliklə Cənubi Osetiya böhranı, Rusiyanın hücumu və nəticədə NATO-Gürcüstan Komissiyasının uğursuz yaradılması ilə üzləşən Gürcüstandan fərqli olaraq, Azərbaycan Respublikası NATO ilə münasibətlərini 2023-cü ilə qədər qalmaqalsəz şəkildə genişləndirilməsi prosesini reallaşdırıb. Bununla, nəinki Azərbaycanın NATO ilə əməkdaşlığı yüksəliş tendensiyasında olub, həm də Bakının NATO-ya üzv olmaq üçün ciddi stimulları yaranıb. NATO-ya üzvlük Avropanın Bakıya qarşı insan haqları tənqidlərini azalda bilər, çünki Qərb dünyagörüşündə NATO demokratikləşmə təşkilatı kimi təmsil olunur! Bu məsələ həm də Azərbaycan kimliyinin (Azərbaycançılıq) türk kimliyinə (Türkçilik) çevrilməsi kimi də qiymətləndirilə bilər ki, bu da Heydər Əliyev prinsiplərinə və Azərbaycan Respublikasının konstitusiyasına zidd addım atmaq deməkdir, hansı ki, bu, Bakının “Türk NATO-sunda” rolu şəklində reallaşır! Eyni zamanda, Bakının NATO-ya üzvlüyü Qarabağ məsələsi və 120 min Qarabağ ermənisinin qovulması səbəbindən post-Paşinyan dövründə İrəvanın Bakıdan qisas alması ehtimalını zəiflədir. Xüsusən də ona görə ki, Ermənistan bir tərəfdən Bakının güclənən NATO yanaşmasından və onun nəticələrindən xəbərdardır, digər tərəfdən də Rusiyanın Qafqazdakı səhvlərindən istifadə edərək, NATO karvanından geri qalmamağa çalışır. Bu baxımdan Ermənistanın Avropa Birliyinə daxil olmaq və NATO ilə əməkdaşlıq etmək istəyi həm də “Türk NATO-su”nun yaradılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi qiymətləndirilir. Bu prosesin gücləndirilməsi iki əks qütbün, yəni “Yunanıstan və Türkiyənin” NATO-ya üzvlük təcrübəsini bu dəfə də “Azərbaycan Respublikası və Ermənistan”ın NATO-ya üzvlüyü ilə təkrarlaya bilər ki, bu da Moskva, Tehran və Pekinə növbəti zərbə olacaq.

Altıncı: Əvvəlki bəndi nəzərə alaraq demək olar ki, Azərbaycan Respublikası tərəfindən Rusiya və İranı aldatmaq strategiyası ciddi və məharətlə aparılır. Bakı, İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin İrana səfəri zamanı da göründüyü kimi, “Azərbaycan Respublikası İran üçün təhlükə yaratmayacaq” tezisini Tehrana yeritməyə çalışır. Digər tərəfdən, Bakı indi Rusiya qazının bir hissəsini Avropaya ötürməklə, Moskva ilə İrəvan arasındakı münasibətlərdəki qaranlıq atmosferdən istifadə etməklə Rusiyanın Qafqaz regionunda müttəfiqi kimi görünməyə çalışır. Bu elə bir vəziyyətdədir ki, Azərbaycan Respublikası 2023-cü ildə Qarabağa hücum zamanı 2020-ci il Moskva sazişini faktiki olaraq pozmuş və nəticədə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına səbəb olmuşdur və Moskvanı Qarabağda uzunmüddətli mövcudluqdan məhrum etdi, həm də Rusiyanın öz iştirakı ilə Azərbaycan Respublikasının NATO-ya üzvlüyünün qarşısında duran ən mühüm maneəni aradan qaldırdı. Bu aldatma strategiyasının dərinliyini o zaman başa düşmək olar ki, bir tərəfdən Moskva NATO-nun Şərqi Avropada genişlənməsinə qarşı çıxmaq üçün Ukrayna ilə baha başa gələn müharibəyə getdi, digər tərəfdən isə Qafqazda Bakı-Ankara-London tələsinə düşərək, Bakının NATO-ya üzvlüyünə maneələrin aradan qaldırılmasına kömək etməklə bu regionda NATO-nun genişlənməsi perspektivini xeyli gücləndirdi. Məhz buna görə də mərkəzliyi Böyük Britaniya olan NATO-nun 2023-cü ildə Qarabağın yerli ermənilərindən təmizləmə əməliyyatına qarşı heç bir addım atmadı və hətta Böyük Britaniya Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasını müdafiə etdi. Çünki onlar üçün Qərbə üç onillik sadiqliyi ilə seçilən Bakının NATO-ya üzvlüyünün qarşısındakı ən mühüm maneənin aradan qaldırılması Qarabağdakı erməni azlığının hüquqlarından və ya xristian dünyasının həmrəyliyindən daha önəmlidir. Bakı, 1992 və 2001-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olması və 1997-ci ildə GUAM Müqaviləsinin imzalanması ilə, Avrasiya Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi rusiyayönlü qurumlara qoşulmaqdan imtina etməsi ilə göstərdi ki, bəzi taktiki və müvəqqəti tədbirlərə baxmayaraq, onun əsas prioriteti Qərbə və NATO-ya yönəlib. Belə ki, rəsmi məlumatlara görə, Azərbaycan Respublikası NATO ilə hər il iki yüzdən çox müştərək tədbirdə, o cümlədən Sülh Naminə Tərəfdaşlıq proqramı və fərdi əməkdaşlıq çərçivəsində əməkdaşlıq edir. Ona görə də belə görünür ki, gələcək perspektivdə “Türk NATO-su” ideyasını həyata keçirmək üçün Azərbaycan Respublikasının NATO-ya üzv olması Qafqazda Anqlosakson cəbhəsinin yeni anti-İran, anti-Rusiya və anti-Çin nizamının yaradılması istiqamətində atılan ən mühüm addım olacaq və Gürcüstan, Ukrayna, İsveç və Finlandiya təcrübələrindən fərqli olaraq, Azərbaycan Respublikasının NATO-ya üzv olması sürət və sürpriz elementi ilə baş tutacaq.

.