Ərdəbilin Əzəm məscidində “Aşuradan Çaldırana, Çaldırandan Zühura qədər müqavimət şəhidləri” anım mərasiminin keçirilməsi, Türkiyədəki millətçi qrupların və Azərbaycan Respublikasındakı türkləşmiş dairələridə reaksiyalara səbəb olmuşdur. İlk baxışdan, bu reaksiyaların səbəbi Ərdəbildən olan bir gəncin bəyanatına aiddir, baxmayaraq ki, bu reaksiyaların kökü gənc bir Ərdəbilinin bəyanatından daha dərinlərdədir. Hətta məsələnin bir şəxsin ifadəsindən qaynaqlandığını fərz etsək belə, idraki və tarixi nüanslarla hər zaman bəzi diplomatiya iddiaçılarından irəlidə olan İran ictimai fikrincə, Türkiyə və Azərbaycan dairələrinin bu mövzuya dair etiraz haqqı yoxdur. çünki illərdir ki, bu ölkələrdə mehriban qonşuluq adətləri və diplomatik əlaqələr kənara qoyulub və İran əleyhinə rəsmi və sistematik nifrət yayma maşını rəsmi tədrisdə və dövlət strukturlarında, onlarla anti-İran etnik təşkilatlarının fəaliyyətlərində formalaşıb. Onlar İranın diplomatik orqanlarının susqunluğundan və fəaliyyətsizliklərindən istifadə edərək açıq və davamlı olaraq nəinki İslam Respublikasının ali qurumlarına təhqirlər edir, həm də İranın kimliyi verən və qürur verən şəxsiyyətlərini təhrif edir, təhqir edir və ya öz hesablarına keçirirlər. Hətta bu ərdəbilli gəncin bəyanatı olmasaydı belə, son otuz ildə İran tərəfindən Qafqaz və Anadoluda tarixi və dini sahələrdə və ya Qarabağ mövzusunda keçirilən mühüm tədbirlərin təcrübələri onu göstərir ki, belə hallarda siyasi hay-küy Ankara və Bakı dairələri tərəfindən sabit qaydaya çevrilmişdir.
Məsələ burasındadır ki, onlar Çaldaran müharibəsini, tarixi müqaviməti xatırlamaq prinsipindən narazıdırlar və qorxurlar; Ona görə də ortaya çıxan sual budur ki, Osmanlılar artilleriya gücünə arxalanaq Çaldaran döyüşündə həlledici və böyük qələbə qazandığı halda, bu savaşı xatırlamaq niyə türk dairələri üçün ağrılı olur və onların əsbəini tarıma çəkir? Məsələ burasındadır ki, onlar Çaldaran müharibəsini, tarixi müqaviməti xatırlamaq prinsipindən narazıdırlar və qorxurlar; Ona görə də ortaya çıxan sual budur ki, Osmanlılar artilleriya gücünə arxalanaq Çaldaran döyüşündə həlledici və böyük qələbə qazandığı halda, bu savaşı xatırlamaq niyə türk dairələri üçün ağrılı olur və onların əsbəini tarıma çəkir? Bu sualın cavabı Çaldaran Vətən Müharibəsinin tarixi, şəxsiyyəti, İran və dini funksiyaları toplusundadır. Çaldıran döyüşü, əziz İran kişilərinin və qadınlarının, azərbaycanlıların, kürdlərin və türkmənlərin igidliyini və müqavimətini göstərir ki, onların hamısı öz mövlaları olan Həzrət Əmir-əl Möminin Əli(əs)-a müarciət edərək, ana vətənlərini qorumaq üçün öz canlarını fəda etdilər. Çaldıran döyüşü sübut etdi ki, Azərbaycanın əsl və nəcib sayılan “köklü və doğma İran irqi” kimliyi, tarixi, dini, mədəni, dil və irq baxımından nəinki təkcə “yerli olmayan Anadolu türk kimliyi” ilə bağlı deyil, üsətlik onlar Osmanlıların ərazi ekspansionizminə qarşı böyük bir maneədirlər. Çaldıran döyüşündən sonra Təbrizin dəfələrlə işğalı və Osmanlı təcavüzkarlarının Təbrizdə yaşayan azərbaycanlıların, ermənilərin və digər İran xalqının mülkiyyət, can və namuslarına qarşı hücumları ki Osmanlı müftilərinin fətvaları ilə həyata keçirildi, göstərdi ki, İranların bu tarixi dəyərləndirməsi əsasən düzgün olmuşdur.
Əslində dillərinin kökləri Anadolu cəbhəsi tərəfindən təhrif edilən İran azərbaycanlıları hətta dil baxım üzdəniraq türk ailəsi ilə nəinki heç bir əlaqəsi yoxdur daha doğrusu bu işğalçı millətdən ən çox tarixi zərbələr almış və Osmanizm ideyasının ilk qurbanlarından olmuşlar. hazırda region və beynəlxalq əlaqələrdə baş verən dəyişikliklərlə eyni zamanda Çaldıran döyüşünü və onun təsirlərini xatırlatmaq və Ərdəbilin Şəhidgah türbəsinəki şəhidləri anmaq, Ankara və Azərbaycanın millətçi dairələri üçün daha ağrılıdır. Çünki onlar Panturanizmin və İngilis masonluğunun geosiyasi intriqaları forması çərçivəsində, Suriya, İraq, Ermənistan, İran, Rusiyanın türk bölgələri və Çinin Sincanını bölməklə dırnaqarası “Türk dünyası” yaratmağa, “NATO-nun Turani dəhlizini” reallaşdırmağa çalışırlar və yerli regional nizamın Anglo-Sakson nizami ilə qarşılaşdığı savaş meydanında yerləşirlər. İngiltərənin bu vəkil rolunun Türkiyə üçün şirinliyi o qədər böyükdür ki, bu ölkənin hazırkı rəsmi sərhədləri ilə bağlı 1923-cü il Lozanna müqaviləsini pozmaqla yanaşı, özünün terrorçu hesab etdiyi Suriya Təhrir əş-Şamını təchiz edib təşkil etməklə, bu ölkə üçün bir vəziyyət yaratdı ki, bu gün İslam dünyasının ictimai rəyi və bəşəriyyətin vicdanı qarşısında Suriya xalqının bütün həyati müdafiə, sənaye və iqtisadi infrastrukturları Sionist rejim tərəfindən bombalanır və bir hissəsi isə işğal edilir, terror bankı Suriya elitasına qarşı aktivləşir və Osmanlı varislərinin iddiaçıları isə Suriyada zəfər və uğurdan danışır və onu eyni Osmanlı modeli ilə İraq və Misirə yaymağa çalışırlar.
“Türk dünyası” adlanan bir quruluşun yaradılmasına yönəlmiş bu geosiyasi ambisiyaların qarşısında duran ən mühüm maneələrdən biri də “əsil İran azərbaycanlı kimliyi”dir; Ona görə də azərilərin müqaviməti və epik yaradıcılığının parladığı Çaldaran müharibəsini xatırlamaq, İngilis panturanizminin icraçıları üçün narahatedici və ağrılıdır. Onlar illər əvvəldən bu böyük səddi gah Səfəviləri rədd etməklə, gah da təhrif etməklə keçməyə çalışırdılar. Bu istiqamətdə, Azərbaycan Respublikası dövlət neft şirkətinin (SOCAR) pulu ilə Şah İsmayıl Səfəvinin yanaşmalarını və Çaldaran müharibəsinin köklərini təhrif etmək üçün serialın Türkiyədə çəkilməsi gündəmə gəlib; Amma Ərdəbildə baş verənlər kimi insanların könüllü hərəkətləri göstərdi ki, neçə min illik sivilizasiyaya malik olan İran xalqı tarixi bəsirəti ilə bu ölkənin düşmənlərinin fitnələri ilə mübarizədə öz missiyasını yaxşı dərk edir.
Avrasiya məsələləri üzrə Ali tədqiqatçı və profesor: Dr. Əhməd Kazemi