Tehranda Erməni İctimai Birliyinin qərargahında keçirilən “İran və Ermənistanın milli təhlükəsizliyi regional və qeyri-regional təhdid və münaqişələrin kölgəsində” adlı seminarda, Dr.Əhməd Kazemi “Qafqaz və Qərbi Asiya böhranı kontekstində İranın milli təhlükəsizliyi qarşısında Türkiyə, Azərbaycan Respublikası, sionist rejim və NATO oxu” başlıqlı çıxışında, Qafqazdakı son vəziyyəti və hadisələrin inkişaf perspektivlərini şərh edib.
Universitetin beynəlxalq hüquq professoru çıxışının ilk hissəsində Qafqazın İrandan qoparılması zamanı İran və Rusiya arasında birinci və ikinci döyüşlərdə 200 min iranlının şəhadətini və həmçinin Qafqaz və Qaf dağlarının İranın qəhrəmanlıq və irfan ədəbiyyatındakı mövqeyi xatırladaraq vurğuladı: İranın Qafqaza əsas baxışı tarixi, sivilizasiya və dini baxışdır.
“Xüsusilə 2020-ci ildən Əfqanıstanda, İraqda və müqavimət cəbhəsində ABŞ və İngiltərə mərkəzli NATO planlarının iflasa uğramasından sonra bəzi qərb ölkələrinin Azərbaycan Respublikası və Ermənistanın ərazi münaqişələri ilə bağlı yanaşması kəskin şəkildə “paradiqma dəyişikliyi”-nə uğrayıb” deyən Dr. Kazemi əlavə edib: “Bu yanaşma dəyişikliyinin əsas səbəbi, NATO-nun Qarabağ münaqişəsinin potensialı vasitəsilə Anqlosakson nizamı çərçivəsində Qafqazda və Mərkəzi Asiyada geosiyasi dəyişikliklər yaratmaq üçün böyük planıdır ki, bu planın əsas hədəfi də İran, Rusiya və Çin mehvərli yeni nizama keçidin pozulmasıdır.”
Doktor Kazemi İkinci Qarabağ Müharibəsindən (2020) sonra Qafqazda baş verən proseslərin mahiyyətində tarixi anti-İran impulsları yaratmağa cəhdlərin daşındığını vurğulayaraq, bu dövrün ən mühüm xüsusiyyətlərini belə təqdim etdi:
- Geosiyasi fitnənin agentləri Türkiyə, Azərbaycan Respublikası və sionist rejim, və planlaşdıranı İngiltərə məfkürəsi mərkəzçiliyi ilə NATO-dur.
- Milli, transmilli və beynəlxalq səviyyələrdə aktorların geosiyasi və təhlükəsizlik kodlarının uyğunlaşdırılması.
- Qayəsində regionda etnosentrizm və separatizmi yaymaq olan Sionist rejimin region olaylarında əsas rolu
- Rusiyanın rəsmi Bakı və rəsmi Ankaranın verdiyi imtiyazlarla aldadılması və Moskvanın davamlı səhvləri və Qafqazda rus nizamının ölümü
- Anqlosakson nizamının qorunmasında Əliyev və Paşinyanın bir-birini tamamlayan rolu və hər ikisinin İngiltərənin maraqlarına, o cümlədən İkinci və Üçüncü Qarabağ Müharibəsi zamanı Britaniya və İsrail boru kəmərlərinin qorunmasında birgə israrları.
- Kontinental Avropanın neo-osmanizmin nəticələrindən narahatlığı ilə əlaqədar avropalıların mövqelərində ikililiyin şiddətlənməsi
- Çinin saxta Zəngəzur dəhlizinə qarşı çıxması (Bölgədəki bütün NATO planlarının Çinin Bir Kəmər – Bir Yol planını məğlub etmək ideyası ilə əlaqələndirilməsi səbəbindən, Co Bayden 2022-ci ilin iyununda G7 sammitində bildirmişdir ki, Çinin Bir Kəmər – Bir Yol planını önləmək üçün Qlobal Gateway adlı təşəbbüsün həyata keçirilməsi çərçivəsində G7 tərəfindən təsdiqlənmiş 600 milyardlıq büdcənin 5 il müddətində sərf olunması planında ABŞ-ın öhdəliyi 200 milyard dollardır. Dr. Kazemi həmçinin Avropa Komissiyasının vitse-prezidenti 1 Brüsseldə keçirilən “Qlobal Gateway” İnvestor Forumunda “Avropa banklarının və qurumlarının Mərkəzi Asiyada nəqliyyat infrastrukturuna sərmayə qoyması” barəsində son açıqlamalara istinad etdərək bildirdi ki, bu plan saxta Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi olmayan Orta Dəhlizi (Orta Asiya, Kaspiən dənizi, Azərbaycan Respublikası, Gürcüstanın , Qara dənizə və Türkiyəyə marşrutu) gücləndirmək üçün Avropanın yanaşmasıdır.
- Qafqazda 2020-ci ildən etibarən idraki və kognitiv mücadilənin meydan olaylara üstünlüyü
Dr. Kazemi çıxışının davamında bildirdi ki, Sionist-London oxunun ən mühüm fokus məqsədləri Qafqazda geosiyasi dəyişikliklərə can atmaq, NATO-nun Turan Dəhlizi və qondarma türk dünyası ilə Türkiyə arasında coğrafi əlaqə yaratmaq üçün Ermənistanın cənubunu parçalamaq və ingilis panturanizm ideyasının həyata keçirilməkdir. O əlavə edib ki, bu fitnəkar plan Türk NATO-sunu yaratmaq, regionda enerji və tranzit makro tənliklərində İran əleyhinə, Rusiya və Çin əleyhinə nizam yaratmaq, etnosentrizm və separatizm vasitəsilə regionun xəritəsini dəyişdirilməsinə zəmin yaratmaq məqsədi ilə hazırlanıb.
Universitetin beynəlxalq hüquq professoru daha sonra mövcud vəziyyəti və proseslərin perspektivlərini şərh etdi. Ən mühüm məqamlar bunlardır:
- Ermənistanın sərhədlərinin pozulması nəticəsində 2020-ci ilində imzalanmış müqavilənin çökməsi, Laçın dəhlizinin ləğv olunması və Qarabağda etnik təmizləmə aparılması və nəticədə rəsmi Bakı və rəsmi Ankaranın bu müqavilənin müddəalarına istinad etməsinin qeyri- hüquqi olması
- Əliyev rejimi tərəfindən regionda ən sistemli etnik təmizləmələrdən birinin baş verməsi və rəsmi Bakı və rəsmi Ankaranın rəsmi İrəvana qarşı ərazi ambisiyalarına son qoymaq gözləntisi ilə Paşinyanın da bu məsələdə dolayı əməkdaşlığı
- Qarabağda etnik təmizləməyə baxmayaraq rəsmi Bakının ermənilərə qarşı davam edən təcavüzkar mövqeyi nəticəsində 29.800 km-lik Ermənistan ideyasının iflasa uğraması
- İrəvan hökumətinin zəif vəziyyətinin qiymətləndirməsi səbəbindən Ermənistandan daha çox güzəşt əldə etmək niyyəti ilə rəsmi Bakının sülh müqaviləsini imzalamaqdan yayınması
- Rəsmi Moskvanın aldadılmasında rəsmi Bakının rolunun üzə çıxması və Azərbaycan Respublikasının Naxçıvana birləşdirilməsi üçün Kalininqrad modelinin təqdimatı zamanı rəsmi Moskvanın danışıqlar prosesindən kənarlaşdırılması
- 1915-ci ildə ermənilərin qətliamına dair danışıqlarda və rəsmi İrəvan ilə rəsmi Ankara arasında tarixi ixtilaflarda Türkiyənin Ermənistana qarşı qoyduğu şərtlərin reallaşdırılması istiqamətində rəsmi Bakının proksi rolu
- Rəsmi Bakı və rəsmi Ankaranın kommunikasiya xətləri əvəzinə təhlükəsizlik planlarının arxasınca getməsi səbəbindən Paşinyanın “sülh kəsişməsi” planının uğursuzluğu
- Avropanın neo-osmanizmlə bağlı narahatlığına görə Qafqaz və Ermənistan məsələsində İranın ilə kontinental Avropanın ( İngiltərəsiz Avropa) baxışlarının yaxınlaşması
- Rəsmi Bakının anklavlar və eksklavlar bəhanəsi ilə regionda yeni müharibəyə hazırlaşması və bununla bağlı Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsi
- Rəsmi Bakı tərəfindən qaldırılmış Yer-Az adlandırılmış cəmiyyətin qayıdış məsələsi qarşısında Bakı, Sumqayıt, Şamaxı və Gəncədən deportasiya edilmiş 200 mindən çox erməninin geri qaytarılması məsələsinin önə çəkilməsi
Avrasiya məsələləri üzrə baş tədqiqatçı həmçinin sionist-London oxu planının İranın milli təhlükəsizliyi üçün ən mühüm nəticələrini belə sadaladı:
- Geosiyasi dəyişikliklər nöqteyi-nəzərindən, sionist-London oxu planını reallaşacağı təqdirdə Azərbaycan Respublikasının İran tərəfindən rəsmiyyətə tanınmasına xələl gətirə bilər! ( İran Azərbaycan Respublikasını bir müstəqil ölkə kimi rəsmiyyətə tanıdığına dair qərarını geri götürə bilər!)
- Beynəlxalq sərhədlərin qorunması və Ermənistan mövcudiyyətinin sağ qalması baxımından ( Nəzərə alsaq ki, Sionist-London-Neo-Osmanlı oxu Ermənistanın bölünməsini planlaşdırıb!)
- Enerji tənlikləri baxımından
- Tranzit tənlikləri baxımından
- Qarabağda sionizmin yerləşməsi baxımından ki, onun da prosesi Bakıda “Suxnot”un yaradılması ilə, həm də Qarabağ ətrafında ağıllı kəndlər salmaq bəhanəsi ilə başlayıb.
- Etnik təxribatlar baxımından, İranda etnik böhranlar yaratmaq üçün Tel-Əviv-London-Bakının əvvəlki razılaşmasını və hərəkətlərini nəzərə alaraq
- Türk Dünyası adlanan qurumun disfunksional təşkilatlanması baxımından (Nəzərə alaq ki, qondarma Türk Dövlətləri Təşkilatı hazırda sionist rejimin Qəzzada törətdiyi cinayətlərini və soyqırımını davam etdirmək üçün lazım olan “neft və yanacaq”in ən böyük tədarükçüsüdür. Bundan əlavə, bu təşkilatın məqsədi azərilərin əsl şiə və iranlı kimliyini yox edib süni Anadolu türk kimliyinə çevirməkdir.)
- Dini nöqteyi-nəzərdən (Azərbaycan Respublikasında sistematik de-şiəliyin güclənməsi və eskalasiyası İkinci Qarabağ Müharibəsinin və rəsmi Bakının NATO-nun Turani dəhlizinə can atmasının nəticələrindən biridir)
- Sivilizasiya nöqteyi-nəzərindən (Qafqazda iranlı cəmiyyətlərin məhvini intensivləşdirilmək və rəsmi Bakı tərəfindən Qarabağ və digər bölgələrdə İran irsinin silinməsi)
- Hidropolitik baxımından (Türkiyə tərəfindən nəhəng su bəndləri tikməklə Araz çayının suyunun azaldılması və rəsmi Bakı tərəfindən Araz çayına axan çayların istiqamətini dəyişməklə bağlı rəsmi Bakı və rəsmi Ankaranın koardinativ fəaliyyətlərinin intensivləşdirilməsi)
İranın Qafqazdakı proseslərə baxışını açıqlayan doktor Kazemi vurğulayıb: “İranın Qafqazdakı geosiyasi dəyişikliklərlə bağlı qırmızı xətt sayılan mövqeyi aydındır və bununla bağlı lazımi mesajlar və xəbərdarlıqlar verilib.”
O, İran və Ermənistan arasında Fars körfəzi-Qara dəniz dəhlizi çərçivəsində tranzit yolların yenidən qurulması sahəsində əməkdaşlığın inkişafına işarə edib və rəsmi Tehranla rəsmi Bakı arasında “Ərəs keçidi” planına dair razılaşmanı Qafqazda geosiyasi intriqalara son qoymaq üçün təməl ideya adlandırıb və əlavə edib ki, bu plan İran və Azərbaycan Respublikası arasında əməkdaşlığı gücləndirməklə yanaşı, həm də NATO-nun Turan dəhlizi məkirli planını məğlub edərək Ermənistanın sağ qalması üçün strateji əhəmiyyət kəsb edir.
Doktor Kazemi vurğulayıb ki, Kaspiən dənizində (Xəzər) ekoloji problemlər və neftlə çirklənmə və bu dənizin hüquqi konvensiyasının İranın İslam Şurası Məclisində təsdiq edilməməsi nəticəsində enerji kəmərlərinin Kaspiən dənizindən (Xəzər dənizindən) keçməsi hüquqi cəhətdən mümkün deyil və nəticədə İran yolu ilə Swap qazın Mərkəzi Asiyadan Avropaya, Türkiyəyə və Azərbaycan Respublikasına nəqli ən sərfəli və təhlükəsiz yoludur.
Avrasiya məsələləri üzrə baş tədqiqatçı İranda qeyrətli azərbaycanlılar üzərində cəmlənmiş xalq hərəkatlarının formalaşmasını 2020-ci ildən başlayaraq düşmənlərin Qafqazdakı anti-İran hərəkatlarınə qarşı təbii reaksiya adlandırıb və deyib ki, Əliyevlər ailəsinin korona pandemiyası bəhanəsi ilə İranla Azərbaycan Respublikası arasında quru sərhədlərin bağlanmasını davam etdirilməsində israr etməsi Əliyevlər ailəsinin İran azərilərinə qarşı nifrətinin təzahürü və Qafqazdakı iranlıların tələblərindən qorxmasının əlamətidir. Çünki Aliməqam Rəhbərin təbirincə desək, Azərbaycan həmişə “tarix yaradan” olub və Azərbaycan İranın coğrafi, sivilizasiya, kimlik və dini sərhədlərinin qorunmasının tarixi bayraqdarıdır və bu gün də Azərbaycan olduğca aydın və net bildirir ki, eyni tarixi missiyaya uyğun olaraq sionist-London-Yeni-Osmanlı planı əsasında Azərbaycan Respublikasında cərəyan edən Anti-şiə və anti-İrançılıq siyasətinə biganə qala bilməz!
O, həmçinin Əl-Əqsa tufanı əməliyyatı və sionist rejimin cinayətlərinə qarşı Fələstin müqavimətinin möhkəmliyinə işarə edərək, sionist rejimin Qafqazda İrana qarşı təhdid balansı ideyasının iflasa uğramasını bu hadisələrin nəticələrindən biri olduğunu deyib.
Doktor Kazemi sonda Qafqazda yeni müharibə yaratmaq üçün sionist-London cəbhəsinin təxribatları və onların Bakı və Ankaradakı agentlərinin pıçıltılarına işarə edərək əlavə etdi: “İran bu regionda istənilən geosiyasi avantüra ilə qarşılaşmağa tam hazırdır və hesab edir ki, düşmənlərin səhvləri Tehrana Qafqazdakı bəzi çatışmazlıqları və əvvəlki prosesləri kompensasiya etmək və sionizmi bu bölgədən təmizləmək üçün fürsət yarada bilər.”
Son
Leave A Comment