2023-cü il sentyabrın 19-da baş vermiş  üçüncü Qarabağ müharibəsi nəticəsində  140 minə yaxın erməninin (20 min ermənistanlı və 120 minə yaxın qarabağ) Qarabağdan qaçqın düşməsindən üç aya yaxın vaxt keçməsi ilə bu məsələyə hüquqi baxımdan ciddi qiymət vermək mümkündür.

Laçın dəhlizinin 9 aylıq blokadası, Qarabağda dinc əhalini aclığa salmaq siyasəti, Üçüncü Qarabağ müharibəsi və Azərbaycan Respublikasından yanacağın daşındığı Xankəndi-Əsgəran yolunda  yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ermənilərin kütləvi olaraq Qarabağdan (Artsax) qaçması baş tutdu. Bu,  Bakı hökumətinin ölkədəki bütün azlıqlara qarşı otuz illik sistematik nifrət siyasətinin fonunda baş verən hadisələr. Odur ki, ermənilərin Qarabağdan qaçqın salınması beynəlxalq hüquq normaları baxımından cinayət nümunəsi olan hədə-qorxu, nifrət yaymaq, qətl və zorlama yolu ilə “etnik təmizləmə” məqsədi ilə “məcburi köç” nümunəsidir ki,  sülh dövründə bu faktı Beynəlxalq hüquq normalarına əsasən insanlığa qarşı cinayət və soyqırım nümunəsi sayılır  və müharibə zamanı isə  Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə (2002-ci ildə təsdiq edilmiş Roma Statutu) görə hərbi cinayət nümunəsidir.

Azərbaycan Respublikasının iddialarının əksinə olaraq, Qarabağ erməniləri qədim dövrlərdən bəri  və  məşhur yunan tarixçisi Strabone tərəfindən yazılmış “Archistina”ya görə, erkən islam dövründə “Qafqaz Erməniyyəsi”nın bir hissəsi sayılan bu bölgədə məskunlaşmışlar  və tarix boyu bəzi geniş yerdəyişmələrə baxmayaraq, Qafqazın doğma sakinləri hesab edilmişlər. Bu məsələ təxminən min il bundan əvvəl İslam dövrünün tarixi kitablarında da  sənədləşdirilmiş, qeyd olunmuşdur. Buna əsaslanaraq, beynəlxalq hüquq baxımından Qarabağ erməniləri təkcə “azlıq” deyil, Qarabağın “yerli xalqı” hesab olunur.

Hüquqi nöqteyi-nəzərdən yerli xalqlar “yaşayışın qədimlik və zaman üstünlüyü”, “tarixi quruluş və ərazi hüququ” və “konkret torpaqla davamlı bağlılıq” komponentlərinə malikdirlər. Azlıql xalqların beynəlxalq hüquqlarından fərqli olaraq,  iki konvensiya və “Birləşmiş Millətlər Təşkilatının 2007-ci ildə qəbul edilmiş Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsi”ni  özündə ehtiva edən  “yerli xalqların beynəlxalq hüquqları”nda şəffaflıqla yerli xalqların “muxtariyyət”, “özünü idarəemət” və “torpaq haqqı”  əsas hüquqlar qismində rəsmiyyətə tanınıb. Üstəlik, təəccüblü deyil ki, Qafqaz tarixinin təbii kontekstində istər tarixi Sisqan (Sunik) kimi tarixi dövrlərdə, istərsə də Səfəvilər dövründə, Qarabağda bir növ yerli muxtariyyət və özünüidarə sistemi xanlıq və ya əyalət formasında mövcud olmuşdur.

Bakı hökumətinin təbliğat maşınının gah 1992-1994-cü illərdə qeyri-qanuni erməni separatçı hərəkətlərini xatırlatmaqla, gah da da ermənilərin məcburi köçkünlüyünü inkar etməklə rəsmi Bakını törətdiyi “məcburi köçkün salma” və “etnik təmizləmə” cinayətindən təmizə çıxarmaq cəhdlərinə baxmayaraq, fakt budur ki, Bakı hökumətinin Qarabağ ermənilərinə qarşı “xüsusi niyyət”lə həyata keçirdiyi “etnik təmizləmə” cinayətinin maddi-mənəvi ünsürləri göz qabağındadır. “Beynəlxalq insani və humanitar hüquq” nöqteyi-nəzərindən birinci Qarabağ müharibəsində erməni separatçılarının cinayətləri və zorakı hərəkətləri Bakı hökumətinin mövcud etnik təmizləmə və mədəni soyqırım siyasətini əsaslandırıb, legitimləşdirməyə haqq qazandıra bilməz. Çünki, bu yanaşmaların hər ikisi hüquqi baxımdan pislənir  və məhkəmə və cinayət prosesinə cəlb olunmalıdır.

Xankəndinin (Stepanakert) bir küncündə “ermənilərin məhdud və simvolik məskunlaşdırılması” planının iflasa uğramasından sonra rəsmi Bakı Qarabağda etnik təmizləmə reallığını inkar etməyə çalışır və Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə geri çəkilməsi və onun Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun təmin edilməsində fəaliyyət göstərməməsi də bu baxımdan rəsmi Bakıya kifayət qədər motivasiya verir. Bu belə bir haldadır ki, Qarabağda baş verən son hadisələr, xüsusən də “ermənilərin məcburi köçkün salınması” və onların mülkiyyət hüquqlarının pozulması və Qarabağdakı tarixi və dini abidələrin “mədəni soyqırıma” məruz qalması, beynəlxalq hüququn məcburi qaydalarının, eləcə də irqi ayrı-seçkiliyin bütün növlərinin ləğvi haqqında Beynəlxalq Konvensiyanın (1965) pozulmasıdır ki, həm rəsmi Bakı, həm də rəsmi İrəvan bu konvensiyanın üzvüdür. Bununla bağlı Ermənistan Bakıya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) şikayət edib ki, məhkəmənin rəsmi Bakıya qarşı qərar qəbul etməsi və ermənilərin təhlükəsiz olaraq Qarabağa  qayıtmasına dair tələbi etməsi proqnozlaşdırılandır.

Qarabağda həyata keçirilən etnik təmizləmə 500-ə yaxın zorlama faktı, işgəncələr, yoxa çıxarmalar yaxud məcburi yoxa çıxmalar və qətl hadisələri və sair cinayət əməlləri ilə müşayiət olunub ki, əgər bu hallar Paşinyan hökuməti tərəfindən sənədləşdirilərsə (və təəssüflə təbii ki, Paşinyan hökuməti siyasi səbəblərdən bunu etmək istəmir),  Azərbaycan Respublikası hökumətinin hüquqi  məsuliyyətinə əsaslanaraq Təl-Əviv rejimi ilə Ankara hökumətinin iştirakını da ehtiva edən olduğca ciddi cinayət işinin açılmasına səbəb ola bilər. Rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını qəbul etməsini nəzərə alsaq, bu məhkəmədə də bu məsələ qaldırıla bilər və bu halda Beynəlxalq Cinayət Məhkəməsi Qarabğda cinayət törətmiş rəsmi Bakı, Türkiyə və Sionist rəsmiləri və soyqırım və hərbi cinayətləri birbaşa törədən komandirlərə qarşı cinayət işi aça bilər.

Qarabağlı ermənilərin etnik təmizlənməsi İqtisadi və Sosial Hüquqlar haqqında Beynəlxalq Paktda (1966) nəzərdə tutulan mülkiyyət hüququnun açıq-aşkar pozulması olmaqla yanaşı, rəsmi İrəvanın rəsmi Bakıya qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı əvvəlki şikayətlərinə də öz təsirini göstərəcək. Çünki bütün bu şikayətlərin əsasını irqi ayrı-seçkiliyin bütün növlərinin ləğvi haqqında Beynəlxalq Konvensiyanın müddəaları  təşkil edir. Bundan başqa, BMT-nin 1948-ci il soyqırım cinayətinin qadağan edilməsi və cəzalandırılması haqqında Konvensiyasına əsaslanaraq da ikinci və üçüncü Qarabağ mühahibələrində törədilmiş əməllər haqqında cinayət işi açmaq olar.

Digər tərəfdən, Qarabağın yerli ermənilərinin mədəni, dini və tarixi irsinin dağıdılması yaxud bu mədəni irsin  mahiyyətinin dəyişdirilməsi prosesinin başlanması ilə bağlı əsaslı məlumatlar mövcuddur ki, bu da 1954-cü il Mədəni İrsin Mühafizəsi haqqında Haaqa Konvensiyasının habelə YUNESKO-nun nizamnaməsinin, münaqişələr zamanı mədəni və tarixi abidələrin qorunması ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın qətnamələrinin pozulmasıdır.

Bu səbəbdən də Avropa Parlamentinin Bakı hökumətinə qarşı qəbul etdiyi  sərt qətnaməsində Qarabağa BMT və YUNESKO nümayəndə heyətinin göndərilməsinin zəruriliyi vurğulanıb. Bu məsələ İran ictimaiyyəti və elitaları tərəfindən də tələb olunur, çünki son üç onillikdə Azərbaycan Respublikasının digər yerlərində də baş verənlər kimi, rəsmi Bakı  Qarabağda da İran sivilizasiya nümunələrini, mədəni, tarixi və dini əsərlərinin sistematik məhvinə çalışır ki, həmən bu prosesin içində Qarabağda  Şuşi məscidinin əsərlərində edilən manipulyasiyalar bunun əyani sübutu və “mədəni soyqırım” misdaqı  olduğunu faktıdır.

Rəsmi Bakı Paşinyan hakimiyyətinin passiv yanaşmasının nəbzini tutmaqla ermənilərin Qarabağdan zorla köçürülməsi faktının rəsmi İrəvanla hüquqi mübahisəyə çevrilməsinə mane  olmağa çalışır, çünki bu baxımdan Əliyevlər ailəsinin cinayət əməlləri və hüquqi məsuliyyəti isbat olunla bilər. Azərbaycan Respublikası hakimiyyəti yaxşı bilir ki, Ərdoğanın 2014-cü ilin aprelindəki çıxışında , 1915-ci ildə Osmanlı hakimiyyətində ermənilərə qarşı törədilmiş qətliamı “tarixi ağrı” adlandırması və erməni qurbanların nəvələrinə və xələflərinə  başsağlığı verməi və o hadisələrin nəticələrini qeyri insanı faktlar olduğunu dilə gətirməsi və rəsmi Ankaranın bununla bağlı üzr istəməli olduğunu etiraf eməsi, sonralar ört basdır olunsa da Türkiyənin  yüz il bundan əvvəl törətmiş cinayətlərinə görə hələ də siyasi və hüquqi başağrısına səbəb olur.

Bu səbəbdən də İlham Əliyev rəsmi Ankaranın rəsmi İrəvana qarşı digər ekstravaqant tələblərini təkrarlamaqla yanaşı, rəsmi Bakının İrəvanla gözlənilən sülh müqaviləsində “ermənilərin Qarabağa qaytarılması və onların hüquq və təhlükəsizliyi” məsələsinin yer almamasına təkid edir və hesab edir ki, əgər gələcək sülh müqaviləsində qarabağlı ermənilərin qayıtması sənədə salınsa, “YerAz” kimi tanınan azərbaycanlıların da Ermənistana qayıtması məsələsi də nəzərə alınmalıdır! Bu, elə bir vəziyyətdədir ki, hüquqi nöqteyi-nəzərdən YerAzların Ermənistana qaytarılması ermənilərin Qarabağa qayıtması qarşılığında deyil, Bakıdan, Sumqayıtdan, Gəncədən, Şamaxıdan və Naxçıvandan qovulmuş ermənilərin geri qaytarılması müqabilində irəli sürülə bilər.

Çünki Qarabağ tarix boyu az-çox xüsusi hüquqi mövqeyə malik olmuşdur və 26 illik Qarabağ sülh danışıqlarında da  (1994-2020-ci illər) Azərbaycan Respublikasının hakimiyyət təmsilçiləri (Heydər Əliyev və İlham Əliyev) bu məsələ ilə bağlı açıq şəkildə və yazılı olaraq yüksək səviyyədə Qarabağa öz təhlükəsizliyini və hüquqlarını təmin etmək hüqunun tanımasına dair dəfələrlə öhdəlik götürüblər  ki, bu da Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1996-cı ildə Lissabonda keçirilmiş sammitinin bəyanatında və eləcə də Madrid, Astana, Praqa və Key West danışıqlarının rəsmi sənədlərində qeyd olunub!

Gərçi qərbpərəst Paşinyan hökumətinin səhv hesablamaları və Əliyevlə yola getmək forması sayılan  laqeydliyi səbəbindən rəsmi Bakı və rəsmi Ankara rəsmi İrəvandan daha çox güzəşt əldə etmək və ermənilərin Qarabağa qayıtmasını istisna etmək üçün havalanıblar,  lakin fakt odur ki, bu cür əsaslı dəyişikliklər zaman amilinə yaxud zamanın ötüb keçməsinə tabelik etmir və Qarabağ ermənilərinin didərgin salınması əslində gələcək üçün bir növ  “böhran əkini” hesab olunur.

Təbii ki, məsələnin bu şəkildə həll olunmamış qalması gələcəkdə Qafqaz regionunda qeyri-müəyyənlik və böhran, böyük dövlətlərin sui-istifadəsi üçün ocaqlar və digər bəhanələr yarada bilər. Buna əsaslanaraq, məsələnin daimi həlli Qarabağın yerli ermənilərinin təhlükəsiz və qeyd-şərtsiz öz evlərinə qayıtmasıdır. Bu, bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin, eləcə də İranın ortaq mövqeidir.

Qafqazdakı vəziyyəti tarixi mənada dərk edən İran hər bir ölkədən daha çox Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsini zəruri hesab edir ki, bunun təzahürü da qarabağlıların öz evlərinə və şəhər və kəndlərinə qayıtmasıdır. İran bu zərurətin təmin olunmasını davamlı sülhün əsaslarından biri bilir. Bu səbəbdən 2019-cu ildə aliməqamlı Rəhbər, Həzrət Ayətullah Xameneinin uzaqgörən tövsiyələrinin icrasında rəsmi Tehran Azərbaycan Respublikasının ərazi bütövlüyünü  dəstəkləməklə yanaşı, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi zərurətini israrla vurğulayır. Aydındır ki, “yerli xalqların təhlükəsizliyi” hüquqi baza olmadan həyata keçirilə bilməz. Hüquqi nöqteyi-nəzərdən Qarabağın yerli ermənilərinin Azərbaycan Respublikasının tabeliyində muxtariyyəti bu ölkənin ərazi bütövlüyü ilə heç bir ziddiyyət təşkil etmir.

Qarabağın və onun yerli xalqının muxtariyyət statusunu digər azlıqların hüquqları ilə müqayisə edib inkar etmək üç əsaslı səbəbə görə absurddur: “Qarabağın SSRİ dövründən əvvəl və SSRİ dövründəki xüsusi tarixi şəraiti”, “Bakı hökumətinin 26 illik sülh danışıqlarında Qarabağ ermənilərinin hüquqlqrı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri” və “azlıqların hüquqları ilə yerli xalqların hüquqları arasındakı fərq” sübut edir ki, Qarabağ muxtariyyətinin inkar edilməsinə dair irəli sürülən dəlillərin heç biri məntiqi, elmi və hüquqi arqumentlər sayılmır. Qeyri-hüquqi və daha çox siyasi yanaşma ilə belə bir absurd müqayisə rəsmi  Bakının bu regionda etnik təmizləməni leqallaşdırmaq  və son üç onillikdə həyata keçirilmiş Əliyevlər ailəsinin irqi yanaşmalarını ört-basdır etmək cəhdlərini gücləndirmək məqsədi ilə edilir.

Məsələ burasındadır ki, rəsmi Bakı Türkiyənin protektoratı və London-Sionist cəbhəsinin agenti olaraq öz lobbiləri tərəfindən hadisələrin gedişatını proqnozlaşdırmaqla, proyeksiya etməklə, həm də reallıqlqrı əksinə göstərməklə “ermənilərin Qarabağdan zorla köçürülməsi” cinayətinin məsuliyyətindən boyun qaçırmağa və eləcə də neo-osmanlı və sionist planı olan Qarabağda demoqrafik dəyişikliklərə nail olmağa can atır.

2020-ci ildən sonrakı dövrdə bir sıra amillər və proseslərin üzə çıxması və sionizmin regional və qlobal hərəkatlarını nəzərə alaraq, sionistlərin Qarabağda yerləşdirilməsi məsələsi Əliyevlər ailəsi tərəfindən ciddi şəkildə tətbiq olunur.   Ola bilsin ki, bu məsələ 2020-ci il müharibəsi zamanı Heydər Əliyevin 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə İsrail rejiminə neft tədarük etmək öhdəliyinə bənzər Tel-Əviv rejiminin Bakı hakimiyyətini  dəstəkləməsinə xatir İlham Əliyev üçün bir növ öhdəliyə çevrilib.

Əslində, Qarabağa bitişik geri alınmış ərazilərdə  təkfirçi ixvani məskunlaşdırma planı və Qarabağda isə (ermənilərin əvəzinə) sionizmin yerləşməsinə əsaslanmış  bir növ neoosmanlı-sionist strategiya tətbiq olunur. “Argentina Pataqoniyasında” “İkinci İsrail” layihəsinin iflasa uğraması və Qafqazın və Azərbaycan Respublikasının İranın  yaxınlığında sahib olduğu məziyyətləri,  Qarabağda “İkinci İsrail” planın həyata keçirilməsi ideyasını xüsusilə Suxnot  (Dünya Yəhudi Agentliyi) ofisinin Bakıda yaradılmasından sonra ortaya qoyub və  Bakıdakı İvrit – Qərb – Neo-Osmanlı cəbhəsinin gündəminə çıxarılıb.

Bütün bunlara baxmayaraq, Qarabağın yerli ermənilərinin bu bölgəyə təhlükəsiz qayıtması məsələsi rəsmi Bakının öz düşündüyünün əksinə olaraq asanlıqla altından qaçması mümkün olan məsələ deyil!  Necəki, Qafqazdakı proseslərin qlobal hadisələrin, o cümlədən sionist rejiminin Qəzzədəki uşaq qətliamının kölgəsində qalmasına baxmayaraq, Paşinyan hökumətinin də  Qarabağa qayıdış məsələsini ciddi şəkildə tələb etməsə də qarabağlı quruplar israrla yerli ermənilərin Qarabağa qayıdıb azad şəraitdə yaşamaq hüquqlarının təmin edilməsini tələb edirlər. Bir haldaki, Paşinin hakimiyyəti qarabağlı erməni qaçqınların geri qayıtması üçün nəinki şərait yaratmır və əksinə onların didərgin qalmasına meylli görünür, Ermənistan ictimai rəyi  Azərbaycan Respublikasında dövlət quruluşunun və süni identifikasiyanın kökünün irqi nifrət üzərində qurulduğunu bilir və yaxşı anlayır ki, Qarabağ ermənilərinin hüquqlarına məhəl qoymamaq və onların hüquqlarını qurban vermək Bakı və Ankaranın irqçi  hökumətlərini Ermənistanı parçalama planını həyata keçirməyə daha da həvəsləndirəcək. Ona görə də onların nöqteyi-nəzərindən İrəvanda heç bir hökumətin bu hüquqdan imtina etməyə legitimliyi və səlahiyyəti yoxdur.

Bundan əlavə, Macarıstan kimi bəzi Avropa ölkələrin Əliyevlər ailəsinin aşkar və gizli neft bonuslarından bəhrələnməsinə görə cığallıq etmələrinə baxmayaraq, Avropa Parlamenti açıq şəkildə xatırladır ki, rəsmi Bakı Qarabağ ermənilərinin hüquqları, təhlükəsizliyi və rifahı üçün tam məsuliyyət daşıyır və cavabdeh olmalıdır.  Avropa Parlamentinin Qarabağ haqqında qərarının 5-ci bəndində rəsmi Bakıdan tələb olunur: “Azərbaycan Respublikası Qarabağ xalqının hüquqları üçün cavabdehdir və cavabdeh olmalıdır və onların  “vətənə qayıtmaq hüququnu”, mülkiyyət hüququnu, ləyaqətlə yaşamaq hüququnu tanımalı və  Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və beynəlxalq insan və humanitar hüququn bütün qaydalarına uyğun olaraq onların fərqli kimliyə malik olmaq və  mülki, mədəni, sosial və dini hüquqlardan tam istifadə etmələrinə  zəmanət verirməlidir.”

Avropa Birliyini tərk etmiş İngiltərənin  hələ də 1918-ci ildəki hərəkətləri kimi  NATO-nun Turani dəhlizi (Saxta Zəngəzur dəhlizi) üzərində qurulmuş siyasətinin əksinə olaraq Avropanın Qarabağ erməniləri haqqında sərgilədiyi mövqeyinin səbəbi bundadır ki, Avropalılar Qarabağdakı etnik təmizləmənin Türkiyənin neo-Osmanlı strategiyalarının güclənməsinə və avropalıların tarixi təfəkkürdə mənfi iz buraxmış qondarma türk dünyası ideyasının formalaşmasına təsirindən yaxşı xəbərdardırlar. Avropalılar yaxşı bilirlər ki, pantürkizm və neo-Osmanlı strategiyalarının güclənməsi Avropanın bəzi regionlarına  qarşı yeni təhlükəsizlik, siyasi və geosiyasi çağırışlar və problemlər yaradacaq.

Rəsmi Tehranın davamlı olaraq vurğuladığı və 2023-ci ilin noyabrında Tehranda 3+3 formatı bəyanatında da qeyd olunan Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasının əsas tələbi ondan ibarətdir ki, rəsmi Bakı London-Sionist oxunun neo-Osmanlı planlarına “kor-koranə itaət” siyasətini davam etdirməsin və Azərbaycan Respublikasının suverenliyini, gələcəyini və  taleyini əcnəbilərin planlarına bağlamasın. Bu nöqteyi-nəzərdən məsələnin həll yolları aydındır:

  1. Araz dəhlizinin yaradılmasına ciddi və qeyri-instrumental yanaşma lazımdir, anlamaq lazımdir ki, bu layihənin həyata keçirilməsi Bakıya, Tehrana, eləcə də İrəvana və bütün regiona xeyir verəcək.
  2. Bakının Etnosentrizm və irqi nifrətə əsaslanan siyasəti dayandırılmalı və ermənilərin Qarabağa qaytarılması və onların hüquq və təhlükəsizliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində təmin edilməsi vacibdir.
  3. Suverenliyin sionizmə icarəyə verilməsi nümunəsi olan Bakı-Təl-Əviv münasibətlərində mövcud vəziyyətə son qoyulmalıdır.

*Dr. Əhməd Kazemi (Beynəlxalq hüquq professoru)

*”Azlıqlar” və “yerli xalq” anlayışları haqqında daha çox öyrənmək üçün “Beynəlxalq İnsan Hüquqları Sənədlərində Azlıqlar Konsepsiyası” kitabına müraciət edin (müəllifi Dr. Əhməd Kazemi)