Türkiyə hökumətinin illərdir üzərində işlədiyi, Lefkoşa paytaxt olmaqla Şimali Kiprin tanınması planına Orta Asiyadakı türkdilli dövlətlərin bir neçəsinin açıq şəkildə etiraz etməsi fonunda, rəsmi Ankaranın bu dəfə də ümidini Azərbaycan Respublikasına bağladığı bildirilir. Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə Şimali Kipri ölkə kimi sürətli şəkildə tanımağı xahiş edib. Lakin bu tələb Azərbaycanı çoxsaylı səbəblərlə çətin və ziddiyyətli bir situasiyanın içinə salıb.
Mövzu ilə bağlı Qafqaz məsələləri üzrə tanınmış İranlı siyasi analitik və Hüquqşünas D.r Əhməd Kaziminin təhlilini olduğu kimi sizə təqdim edirik:

Bu məsələni izah edən beş əsas məqamı diqqətə çatdırmaq olar:
1. Azərbaycan Türkiyənin yarı-provinisinə çevrilib

2020-ci ildə baş tutmuş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan faktiki olaraq Türkiyənin yarı-müstəqil bir bölgəsinə çevrilib. Ərdoğan dəfələrlə bu müharibədə əsas rolun Türkiyəyə aid olduğunu vurğulayıb, lakin nə Bakının adını çəkib, nə də onun rolundan danışıb. Bu “yardım” qarşılığında Ankara Bakıya qarşı saysız-hesabsız tələblər irəli sürüb və onların əksəriyyətini artıq həyata keçirib. İndi isə siyahıda növbəti tələb – Şimali Kiprin tanınması məsələsi gündəmdədir

2. Ərdoğan beynəlxalq müstəvidə sıxışdırılır
2025-ci ilin aprelində Səmərqənddə keçirilmiş Avropa İttifaqı – Mərkəzi Asiya liderlər sammitində türk dövlətlərinin rəhbərləri Şimali Kiprin tanınmasına qarşı olduqlarını açıq şəkildə bəyan etdilər. Onlar həmçinin BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə sadiq olduqlarını bildirərək, Türkiyənin Kiprdə işğalçı qüvvə olduğunu bir daha xatırlatdılar. Bu, Ərdoğan üçün həm beynəlxalq, həm də daxili siyasi müstəvidə ağır zərbə idi. Hazırda Türkiyədə baş qaldıran kütləvi narazılıqlar fonunda o, bu imic zədəsini aradan qaldırmağa çalışır. Səmərqənd sammitində Qazaxıstan, Türkmənistan və Özbəkistanın bu qərarı əslində Ərdoğanın xəyali “türk imperiyası” ideyasına real və sərt cavab oldu

3. Bakı üçün dördqat risk: Kipr məsələsi qırmızı xəttdir
İlham Əliyev son illərdə İsrail-Türkiyə cəbhəsinin tələblərinə qarşı heç bir məhdudiyyət qoymadan cavab verib. Dövlət suverenliyinin müəyyən hissəsini bir növ icarəyə verən Bakı rəhbərliyi, Azərbaycanın milli maraqlarını regional və beynəlxalq səviyyədə çoxdan arxa plana atıb. Lakin Kipr məsələsində vəziyyət fərqlidir və Bakı üçün dördqat çətinlik yaradır: 1. Kipr məsələsi tarixi və geosiyasi səbəblərdən Böyük Britaniya üçün “qırmızı xətt” sayılır. Bakı isə Londona “ağa babaların ağası” kimi baxır və onun iradəsi xaricində bu yöndə heç bir addım ata bilməz. 2. Şimali Kiprin istənilən formada (hətta de-fakto və ya müvəqqəti) tanınması BMT qətnamələrinin və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması deməkdir. 3. 3. Bakı Şimali Kipri tanıdığı halda, bu addım Qarabağın tanınmasına qarşı illərdir irəli sürülən iddiaların əsassızlığını ortaya qoyacaq və özünü təkzib etmiş olacaq.
4. Bakı bu məsələdə səhvə yol verərsə, Avropa İttifaqı ilə enerji əməkdaşlığı, xüsusilə də insan hüquqları ilə bağlı artan tənqidlərə qarşı yeganə müdafiə vasitəsi təhlükəyə düşəcək. Hətta Aİ-də Azərbaycanın sanksiyaya məruz qalması üçün çağırışlar arta bilər. Unutmayaq ki, Aİ 2022-ci ilin noyabrında Şimali Kiprin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsini sərt şəkildə qınamışdı.

4. Kimlik böhranı və “Türkçülük”ə keçid: Pan-turanist layihənin iç üzü
Azərbaycanın bu və bu kimi problemlərinin kökündə kimlik böhranı dayanır. İlham Əliyev hakimiyyətə gəldikdən sonra atası Heydər Əliyevin qurduğu və Konstitusiyaya saldığı “Azərbaycançılıq” ideyasını bir kənara qoydu və onun yerinə pan-turanist “türkçülük” siyasətini irəli sürdü. Bu, həm Britaniyanın, həm də Ankaranın bölgədəki strateji planlarına uyğun idi. 2021-ci ildən etibarən, Azərbaycanın neft gəlirləri hesabına Türk Dövlətləri Təşkilatının gücləndirilməsi də məhz bu xəttin nəticəsidir.
Amma ölkədə hökm sürən susdurulma mühiti səbəbindən heç kim soruşmur ki, “əgər biz artıq türkdürüksə, bəs İlham Əliyevin ‘Mən fəxr edirəm ki, azərbaycanlıyam’ ifadəsinin aqibəti nə oldu?” Axı Azərbaycanlı kimliyi türkdilli olsa da, etnik, dini və mədəni baxımdan İrani, şiə və yerli bir kimlikdir və Anadolu türk kimliyi ilə heç bir əlaqəsi yoxdur. Bu günün susdurulmuş və yönləndirilmiş cəmiyyəti bəlkə də bu faktı görmür, amma gələcək nəsillər bu suala cavab axtaracaq: niyə Azərbaycan hakimiyyəti əcdadlarının minillik kimliyini Anadolu kimliyinə qurban verdi? Onlar bəlkə sərvətin, təbii ehtiyatların xaricə verilməsini bağışlaya bilər, amma kimliklərinin öldürülməsini heç vaxt unutmayacaqlar.

5. Ərdoğanın Kipr nostaljisi və xalqın dəyişən baxışı
1974-cü ildə, Soyuq Müharibənin qızğın dövründə baş nazir Bülənt Ecevit (xalq arasında “Qara oğlan”) Kiprin şimalını işğal etməklə bir çox türkün qəlbini fəth etmişdi. İndi Ərdoğan da belə bir “xalq sevgisi”nin axtarışındadır. Amma AKP hökumətinin Şimali Kiprlə bağlı siyasəti ikili olub: bəzən birləşmə (ilhak), bəzən müstəqillik dəstəklənib.
Ərdoğan 2022-ci ildə Şimali Kiprə maliyyə yardımı paketləri ayırdı, eyni zamanda bu bölgənin hava limanını Türkiyə ərazisi kimi elan edib oraya uçuşları daxili reys saydı. 2021-ci ildə isə BMT Təhlükəsizlik Şurasının 1984 və 1992-ci il qətnamələrini pozaraq, “yaşıl xətt” üzərində yerləşən Varosha bölgəsində 3.5 kv.km-lik ərazini hərbi zonadan mülki zonaya çevirdi – bu da BMT tərəfindən pisləndi.
Ərdoğanın indi Şimali Kipri tanıtmaq cəhdi həmin prosesin davamıdır. Amma reallıq odur ki, bu gün Kiprdə vəziyyət və xalqın yanaşması artıq əvvəlki kimi deyil. Qalup da daxil olmaqla bir çox sorğular göstərir ki, Rauf Denktaşdan sonra Şimali Kipr türkləri getdikcə yunanlar yaşayan cənub bölgəsi ilə birləşməyə daha çox maraq göstərir. Çünki bu yolla Aİ üzvlüyündən faydalana biləcəklərinə inanırlar.
Kipr yunan tərəfi 2004-cü ildən rəsmi Aİ üzvüdür. Şimali Kiprdə iqtisadi böhran, yoxsulluq və Ankaranın siyasi təzyiqləri fonunda bu bölgənin insanları artıq özlərini pan-türkçü siyasətin girovu kimi görürlər. Ona görə nə tanınma istəyirlər, nə də hansısa ölkənin belə bir addımına sevinirlər.

*Dr. Əhməd Kazemi, Avrasiya üzrə baş tədqiqatçı