Ulu tanrının adı ilə
İran İslam Respublikasının Qafqaz və Avrasiya hövzəsində fəal tədqiqat mərkəzlərinin kollektiv bəyanatı
kinci Qarabağ Müharibəsindən sonra Türkiyənin Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişəyə girməsi və bunun ardınca sionist rejimin açıq şəkildə Bakının köməyinə keçməsi və nəhayət, Azərbaycan Respublikasının Ermənistan üzərində qələbəsi ilə Türkiyə, zahirdə Zəngəzur kimi tanınan Turani dəhlizi planı və əslində NATO-nu təmsilçisi kimi Bakını İran İslam Respublikası ilə qarşı-qarşıya gəlmək üçün çətin yola saldı və Bakının iddialı və qürurlu rejimi də bir çox şou və nümayişlərlə Ermənistanın Sivnik vilayətini zəngəzur elan edərək, hesab edirdi ki, zahiri olaraq Türkiyənin, və sözün əsil mənasında isə İngiltərənin dəstəyi ilə Naxçıvanı (əslində Türkiyəni) əsas torpaq sayılan Bakı ilə birləşdirmək bəhanəsi ilə, ölkənin şimal-qərbində İran İslam Respublikası ilə Avropa arasında əlaqə yolunu bağlaya bilər. Ancaq hər kəs bilir ki, müqavimət cəbhəsi ölkələrinin inteqrasiyası və İranın dünya ilə kommunikasiya yollarından biri kimi Aralıq dənizinə çıxışı ilə, İranın Türkiyə üzərindən Avropaya tranzit yollarının monopoliyası qırılacaq. Və Türkiyə hökmdarlarının Suriya və İraqın təhlükəsizliyinin pozulmasında İŞİD-ə dəstək verməsi də eyni istiqamətdə təhlil edilib və bu gün də Türkiyə bu marşruta nəzarət etməklə İranın Avropaya monopoliyasını öz əlinə keçirməyə çalışır. Belə bir situasiyada görünən odur ki, Rusiyanın son planı “Zəngəzur” deyilən məsələnin həm Moskva hökmdarları tərəfindən Türkiyəyə nəzarət etmək və kritik anlarda Ərdoğandan xal toplamaq, həm də Rusiyanın Qafqazdan geri çəkilməsinin nəticələrini kompensasiya etməkdir.
Xoşbəxtlikdən, ölkəmizin ekspert və rəsmiləri, rus rəsmilərinin qeyri-adi şərhləri qarşısında dəqiq və vaxtında həssaslıq göstərməsi bu ölkənin hökmdarlarının deklarativ yanaşmada bu məsələdə öz siyasətlərindən geri çəkilməsinə səbəb oldu. Amma bu məsələ məlumatlı cəmiyyətin və rəsmilərin həssaslığının aradan qaldırılması anlamına gəlməməlidir. Həmin səbəbdənİslam Respublikasının Qafqaz və Avrasiya mələləri üzrə bir qrup fəal tədqiqat mərkəzləri region ölkələrinin açıqladığı və həyata keçirdikləri hadisələri və siyasətləri izləyərkən, inqilabının müdrik və Aliməqamlı Rəhbərinin vurğuladıqları dörd ox yənı: Qarabağ torpağının Azərbaycan müsəlmanlarına aid olması, təkfirçi qruplarınİslami İranın sərhədlərinin yaxınlığından üzaqlaşdırılması,tarixi sərhədlərinin dəyişməzliyi və Qarabağ azad edildikdən sonra Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunmasının zəruriliyi ilə bağlı bunları bildiririk:
- 1- Biz istənilən sərhəd və geosiyasi dəyişikliyin qəti əleyhinəyik və bu sahədə Aliməqamlı rəhbərin rəhbərliyi altında ölkənin güclü şəkildə mövqeyinin davam etdirilməsini istəyirik.
- 2- Biz İranın, ev sahibi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edərək Qafqaz regionunda bütün nəqliyyat xətlərinin və marşrutlarının eyni vaxtda açılmasına dəstəyini vurğulayırıq.
- 3- Bir məqamı vurğulayırıq ki, 2020-ci il Moskva atəşkəs razılaşmasının 9-cu bəndində Bakı və Ankara üçün dəhliz yaratmaq hüququ nəzərdə tutulmayıb. Biz isə bəyan edirik ki, Ermənistanın dəhliz yaratmaqla bağlı hüquqi öhdəliyi yoxdur. İranın analitik mərkəzləri Ermənistanın bir sıra tədqiqat mərkəzlərinin İrəvan hökumətinin hətta tarixi hadisələri və tərəflərin hədəflərini nəzərə alaraq normal nəqliyyat marşrutlarının təmin edilməsi qərarı ilə bağlı ağıllı qərar qəbul etməli olduğu fikri ilə razılaşır. Moskvanın 2020-ci il atəşkəs sazişi Laçın dəhlizinin dağıdılmasından və yerli ermənilərin Qarabağdan qovulmasından və etnik təmizləmədən sonra hüquqi qüvvəsini itirib.
- 4- İranın Aras keçidi Azərbaycan Respublikasının qərb bölgələrindən Naxçıvana ən iqtisadi və məntiqli rabitə və tranzit marşrutudur. Çünki bu dəhliz yalnız tranzit məqsədləri üçün nəzərdə tutulub və orada heç bir təhlükəsizlik, etnik, tarixi və ərazi məqsədləri yoxdur. Biz İran hökumətindən bu planın icra prosesini çox tez bitirməsini istəyirik.
- 5- Azərbaycan Respublikası 30 ildən artıqdır ki, Naxçıvana qoşulmaq üçün İranın tranzit imkanlarından və onun torpaqlarından istifadə edir. Gözlənilir ki, Bakı hökuməti İranın bu qardaşcasına yanaşmasını təqdir edərək, praktiki olaraq İranın Aras keçidinin həyata keçirilməsini dəstəkləyəcək və bu planın instrumental və təşviqat məqsədi ilə istifadəsinə son qoyacaq.
- 6- İranın tədqiqat mərkəzləri Rusiyanın 3+3 formatı çərçivəsində NATO-nun Qafqaz regionunda geosiyasi intriqalarına qapılmamaqla, Zəngəzur dəhlizinin yaradılmasına gətirib çıxaran hər hansı hərəkət və mövqedən çəkinəcəyini gözləyirlər (Turani NATO dəhlizi nəzərdə tutulur) və bütün region ölkələrinin maraqında olan İranın Aras keçidinə ciddi dəstək verməsini tələb edirik.
- 7- NATO müxtəlif sahələrdə, xüsusilə enerji, tranzit, etnosentrizm və NATO-nun genişlənməsi sahələrində, NATO-nun Turani dəhlizi və ya guya Zəngəzur dəhlizi geosiyasi intriqa yaratmaqla yeni dünya düzəninə keçid kontekstində bu alətdən İran, Rusiya və Çinə qarşı təzyiq rıçaqı kimi istifadə etmək niyyətində olduğu artıq hamıya aydındır. Bu fitnə ilə mübarizənin həlli, İran və Rusiya arasında uzunmüddətli maraqlar çərçivəsində əməkdaşlıq və son nəticədə NATO-nun Qafqaz və Mərkəzi Asiyada güclənməsinə gətirib çıxaracaq planlara diqqəti yönəltməməkdir.
Leave A Comment