(İranın şimal-qərbinə hücumların intensivliyi ilə saxta Zəngəzur dəhlizinin həyata keçirilməsi planı və İranın parçalanması üçün hazırlanmış üç mərhələli “QəZeT” planı arasında əlaqə)

Sionist terror rejiminin İrana qarşı qeyri-qanuni və hərtərəfli müharibəsi Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə artıq başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini və dörd Cenevrə Konvensiyasını (1949) və onların Əlavə Protokollarını köklü və açıq şəkildə pozan Benyamin Netanyahunun rəhbərliyi ilə həyata keçirilən bu plan müxtəlif aspektlərdən qiymətləndirilə bilər.

Əsas diqqət mərkəzində bu müharibənin mərhələli məqsədləri İranın hava hücumundan müdafiəsini və müdafiə qabiliyyətini sıradan çıxarmaq, İranın çəkindirici hücum gücünü məhv etmək, ölkənin strateji infrastrukturunu dağıtmaq və nəhayət, ölkəni etnik qruplar və muzdlular vasitəsilə parçalamaq, nəticədə Balkanlaşdırma və Suriyalaşdırma təcrübələrinin kombinasiyası ilə İranı bölüb ölkənin konstitusiya sistemini devirməkdir. Armagedonçu sionist düşmənin fikrincə, bundan sonra vahid bir İran qalmamalıdır; Donald Trampın da “İran imperiyasından əsər-əlamət qalmamalı” ifadəsi ilə xatırladığı mövzu budur. Buna görə də, sionist rejimin və onun müttəfiqlərinin məqsədinin sadəcə İran İslam Respublikasındakı dini rejimi dəyişdirmək deyil, həm də “Tarixi İranı” məhv etmək planının ortada olduğu aydın görünür və bu mövzu bütün iranlılar üçün ölkənin varlığını hərtərəfli müdafiə etmək üçün dəlil təqdim edir. Bəşəriyyət tarixində insan hüquqlarını və beynəlxalq qaydaları ən kobud şəkildə pozan sionist düşmən bu pis niyyətini həyata keçirmək üçün bir çox planlar qurmuşdur ki, bunlardan biri də Bakı hökuməti və ona bağlı etnik muzdlu şəbəkə tərəfindən yaradılmış anti-İran potensialdan istifadə etməkdir; bu barədə səkkiz əsas məqamı izah etmək olar:

Birincisi

İranın və ölkənin şimal-qərbinin qürurlu metropolisi olan Təbriz, ölkənin digər yerləri, hətta bəzi nüvə mərkəzləri ilə müqayisədə, müharibənin ilk və ikinci günlərində uşaq qatili sionist rejimin hücumlarına daha çox məruz qalmışdır. Təbrizdəki iyirmiyə yaxın nöqtəyə edilən təkrar hücumlarda yüzlərlə hərbi və mülki şəxs şəhid olmuş və yaralanmışdır. Bu hücumların bir çoxu pilotsuz təyyarələr və kvadrokopterlərdən istifadə etməklə həyata keçirilmişdir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının azad edilmiş əraziləri ilə İranın sərhəd kəndlərinin sakinlərinin dediyinə görə, bu bölgələrdən İranın ərazisinə qaçaq şəkildə daxil olmuşdur. Ərdəbil, Germi, Xoruslu, Culfa və digər yerlərdə İranın hava məkanına nəzarət və radar mərkəzlərinə, bu sərhədyanı bölgələrindəki bəzi sərhədə nəzarət hərbi məntəqələrinə (o cümlədən Biləsuvar) edilən hücumların əsas səbəbi, Bakı-Təl-Əviv birgə pilotsuz təyyarə istehsalı müəssisələrində istehsal olunan İsrail pilotsuz təyyarələrinin və kvadrokopterlərinin ölkəyə daxil olması üçün əlverişli şərait yaratmaqdır. “AZAD Systems” adlanan sionist rejimin bu müəssisəsi Azərbaycan Respublikasının paytaxtının ətrafında yerləşir və 2011-ci ildə, İsrail və Azərbaycan Respublikası arasında birgə müqavilədən iki il sonra istismara verilmişdir və hazırda üç növ hücumçu pilotsuz təyyarə istehsal edir. İran daxilindəki qaçaq-gizli İsrail pilotsuz təyyarə bazalarında da istifadə olunan “AZAD Systems” müəssisəsinin istehsalı olan bu pilotsuz təyyarələr Təbriz, Ərdəbil və Urmiyada hava hücumundan müdafiə sistemini məşğul etməyə və sionist rejimin zərbələrinə şərait yaratmağa, qadınlar və uşaqlar da daxil olmaqla onlarla azəri həmvətənimizin şəhid olmasına səbəb olmuşdur. Düşmənin pilotsuz təyyarələri və ya kvadrokopterləri və partlayıcı maddələr daşıyan avtomobillərin ən çox aşkarlandığı yerlər Təbriz və ölkənin Şimal-Qərb bölgəsi olmuşdur ki, onların daşınmasında Bakının etnik casus şəbəkəsi ən böyük rolu oynamışdır.

 

İkincisi

Təbrizə edilən hücumların intensivliyi, Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra qurulan etnik casus şəbəkəsinin muzdlu fəaliyyəti ilə birbaşa əlaqəlidir. Azərbaycan Respublikasının etnik casus şəbəkəsi, əvvəlki illərdə daha çox idrak müharibəsinin yumşaq cəbhəsində İranın siyasət quruculuğu və qərar qəbuletmə mərkəzlərinə nüfuz etmək və ictimai rəyi Azərbaycan Respublikası hökumətinin anti-İran fəaliyyətlərindən yayındırmaq üçün fəaliyyət göstərirdisə, (İsrailin keçmiş Milli İnfrastruktur Naziri Uzi Landau Azərbaycan Respublikasının “İsrailin strateji sərvəti” olduğunu qeyd etmişdir) bu gün bu sahəyə əlavə olaraq, həm də sionist düşmənin beşinci kolonu və piyada qoşunu qismində fiziki sahədə də fəaliyyət göstərir və əlləri iranlıların, o cümlədən əziz və nəcib azəri həmvətənlərimizin qanına batmışdır.

Üçüncüsü

Sionist rejimin Maşav təlim kurslarında yetişmiş və NATO Müdafiə Kollecini (NDC) bitirmiş Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, Bakının iranlı dövlət məmurlarını aldatmaq üçün ənənəvi siyasətinin davamı olan köhnəlmiş bir taktika ilə X sosial şəbəkəsində belə bir mesaj paylaşmışdır: “Bəzi media orqanları və sosial şəbəkə hesabları son vaxtlar tamamilə əsassız və saxta iddialar yaymışdır ki, Azərbaycan Respublikası İsrail adından İran vətəndaşlarını agent kimi işə götürərək İrana göndərmişdir.” Bu elə bir vəziyyətdədir ki, sionist rejimə xidmət etmək üçün Təbriz ətrafında cəmlənmiş Bakı etnik şəbəkəsinin yaradılması məsələsi İrana qarşı uzun bir prosesdir ki, Bakı tərəfindən Diaspora Komitəsi çərçivəsində dövlət büdcəsinin ayrılması, partiyaların və medianın təsis edilməsi, Bakıda və bəzi Avropa ölkələrində anti-İran etnik ədəbiyyatın sistemli şəklində istehsalı ilə həyata keçirilmişdir. 2006-cı ildə, “böcək karikaturası” ilə bağlı etirazlar zamanı, o dövrdə Bakı hökuməti tərəfindən hələ satın alınmamış olan “Yeni Müsavat” qəzeti aşkar etmişdi ki, Təbrizdə iğtişaşları təşkil etmək üçün İsrail hərbi kəşfiyyatı (Aman) Bakı tərəfindən Təbrizdə və İranın Şimal-Qərbində yaradılmış etnik şəbəkələrin imkanlarından istifadə etmişdir. Bakının bu şəbəkələşmə üçün hərəkətləri və ayrılmış büdcəsi 2006-cı ildən sonra bir neçə dəfə artmış və İkinci Qarabağ müharibəsindən sonra öz zirvəsinə çatmışdır. İndi son illərdə İranın bəzi siyasi və təhlükəsizlik qurumlarının etinasızlığı və fəaliyyətsizliyi səbəbindən əksərən sərbəst fəaliyyət göstərən bu etnik şəbəkə, İsrail rejiminin Təbrizdə və İranın Şimal-Qərbində törətdiyi qan tökmədə ən böyük əməkdaşlığı göstərir.

Dördüncüsü

Təbriz şəhərinə və İranın Şimal-Qərbindəki sərhəd və mərkəzi bölgələrə hücumların bir hissəsinin cəmləşdirilməsi və Bakıya bağlı etnik şəbəkəsinin beşinci kolon qismində rolu bir plan çərçivəsində həyata keçirilir və bir idraki və iki fiziki məqsədi güdür:

  1. Təbriz və İranın qəhrəman Azərbaycanı, tarix boyu, Əşkanilər dövründəki Harran döyüşündən tutmuş Səfəvilər dövründəki Çaldıran döyüşünə qədər və bu günə kimi İranın ərazi, dini, kimlik və sivil sərhədlərini qorumaqda öncül olmuşdur və olmaqdadır. Bu səbəbdən də Təbriz və Azərbaycan İranın incisi və müəzzəm Rəhbərin ifadəsi ilə desək “İranın başı”dır. İsrail rejimi və Əliyev ailəsində azərbaycanlılara qarşı qəribə bir nifrət var; çünki yüz milyonlarla dollar xərc çəkilməsinə baxmayaraq, azərbaycanlılar Təl-Əviv və Londonun Bakı və Ankaranın icraçılığı ilə qondarma “Türk və Turan dünyasının yaradılması” fətninə düşməmişlər. Son 5 ildə Təbrizlilər və digər azərbaycanlılar, eləcə də Sepah və İran Ordusu bu bölgələrdə saxta Zəngəzur dəhlizinə (NATO-nun Turan dəhlizi) qarşı Bakı və Ankaraya İranın media, siyasi və hərbi mesajlarını və xəbərdarlıqlarını çatdırmaqda ən böyük rolu oynamışlar. Buna görə də, Təbriz, Ərdəbil və Urmiyanın infrastrukturunun dağıdılması və azərbaycanlıların qanının tökülməsi, bu günə qədər özlərini dünyada azərbaycanlıların müdafiəçisi adlandıran, lakin bu gün biabırçı şəkildə susan və gizlincə İsrail rejimi ilə Təbrizə və Azərbaycan ostanına hücumda əməkdaşlıq edən Bakıdakı “İsrailpərəst” ünsürlərin psixoloji ağrılarını sanki azaldır.
  2. Təbrizdə və ölkənin Şimal-Qərbində hərbi mərkəzlərin və infrastrukturun dağıdılması, düşmənin nəzərdə tutduğu vaxtda Kürdüstandan, Azərbaycan Respublikasından və Türkiyədən etnik separatçıların və təkfirçilərin İrana göndərilməsi üçün şərait yaratmağa zəruridir. İran və Azərbaycan Respublikası arasında 130 kilometr sərhədi ikinci Qarabağ müharibəsi zamanı və İrandakı “İslam torpaqlarının iddiaçılarının” hay-küyü ilə eyni vaxtda azad edilmiş torpaqları və Şərqi Azərbaycan və Ərdəbil əyaləti ilə həmsərhəd olan yerləri sionist rejim ələ keçirib və buranı hazırda elektron müharibə və raket izləmə sistemlərinin yerləşdirilməsi, casus avadanlıqlarının və pilotsuz təyyarələrin göndərilməsi və nəhayət, separatçıların və terrorçuların İrana daxil olması üçün ən vacib bölgələrdən və yollardan biri hesab edir. Çoxsaylı sübutlara əsasən, İkinci Qarabağ müharibəsindən sonra bu bölgələrin əksər hissəsi Bakı hökuməti tərəfindən ağıllı kəndlər yaradılması adı altında sionist rejimin ixtiyarına verilmişdir və hazırda sionist rejim bu ərazidən sirrli planlar və hərbi məqsədlər üçün istifadə edir.
  3. İranın əziz Azərbaycanı tarix boyu rusların və osmanlıların təcavüzünə qarşı ön cəbhə müdafiəçisi və İraqın Bəəs rejimi ilə müharibədə ölkənin təsirli dəstəkçisi olmuşdur və bu gün də NATO bazaları, xüsusilə Türkiyədəki bazalarla mümkün qarşıdurmada ön cəbhədədir və strateji olaraq işğal altındakı Fələstinə coğrafi yaxınlıq üstünlüyünə malikdir. İsrail nöqteyi-nəzərindən, Təbriz və İran Azərbaycanının strateji mərkəzlərinin məhv edilməsi, müharibənin uzanacağı təqdirdə ABŞ və NATO-nun İrana qarşı müharibəyə birbaşa və açıq şəkildə daxil olmaq istəyini artıra bilər.

Beşincisi

Qanunsuz İsrail rejimi tərəfindən İranın şimal-qərbindəki hərbi mərkəzlərə, infrastruktura, eləcə də mülki ərazilərə edilən hücumların intensivliyi ilə Anglo-Sakson cəbhəsinin saxta Zəngəzur dəhlizini (NATO-nun Turan dəhlizi) yaratmaq planı arasında birbaşa və sıx əlaqə mövcuddur. Bakı və Ankara rejiminin muzdlu “etnik şpiyonları”nın təbliğatının əksinə olaraq, saxta Zəngəzur dəhlizi sırf tranzit dəhlizi deyil, İran əleyhinə geosiyasi, geokulturoloji və geoiqtisadi funksiyaların məcmusu ilə birlikdə; İranın geosiyasi boğulması, İranın Qafqazla dini və sivilizasiya əlaqələrinin kəsilməsi (Azərbaycan Respublikasında şiəliyin boğulması zəncirini tamamlamaq və Qafqazda İranın mədəni və sivilizasiya irsini məhv etmək məqsədilə) və nəhayət, “QəZeT planı” (Qarabağ – Zəngəzur – Təbriz) çərçivəsində İranın parçalanmasının kod adıdır. “Sionist-Bakı” “QəZeT” planına əsasən, İranın parçalanması sürpriz prinsipinə əsaslanaraq, Qarabağın azad edilməsi, Zəngəzurun (Ermənistanın cənubu) ələ keçirilməsi və nəhayət Təbrizin ayrılması ilə üç mərhələdə həyata keçirilməlidir. Netanyahu ötən ay Bakını İslam ölkələri arasında Təl-Əvivin ən vacib strateji müttəfiqi adlandırmışdı və Bakı sionist rejimin anti-İran fəaliyyətlərini dəstəkləyən ilk ölkələr sırasındadır və İsrailin İrana hücumlarını zahiri olsa belə qınamaqdan imtina etmişdir. İsrail, Əliyev ailəsinin Bakıdakı 2003-cü ildən 2020-ci ilə qədərki sionizmə xidmətləri və anti-İran fəaliyyətlərinə (o cümlədən nüvə alimlərinə qarşı sui-qəsdlərdə iştirak, nüvə sənədlərinin oğurlanması, pilotsuz təyyarələri İrana ötürmələri, dinləmələr və onlarla digər böyük xidmətlərə) görə, 2020-ci il müharibəsini Bakı və London ilə birlikdə planlaşdırmış və Qarabağın yerli ermənilərdən etnik təmizlənməsi ilə “İkinci İsrail” yaratmış, Əliyevin kövrək hökumətini guya sabitləşdirmişdir. İndi də, Əliyevin son 5 ildəki (2020-2025) anti-İran xidmətlərinin ikinci mərhələsinə, o cümlədən məlum helikopter qəzası, F-35-lərin yerləşdirilməsi və son illərdə Azərbaycan Respublikası ərazisində israilli hərbçilərin təlimləri, kiber və izləmə bazalarının yerləşdirilməsi; sərhəd blokadası və Qəzzada soyqırım zamanı Bakı-Ceyhan boru kəməri vasitəsilə rejimin yanacaq və enerji təminatının artırılması; siyasi və hərbi fazada hərəkət etmək üçün etnik separatçı qrupların yönləndirilməsi xidmətlərinə görə, əlbəttə ki, Təbrizdə və İranın şimal-qərbində hərbi infrastrukturun geniş şəkildə dağıdılmasının məqsədlərindən biri Bakı və Ankaranın saxta Zəngəzur dəhlizinin açılması üçün Ermənistana hərbi təcavüz etməsində rahatlıq yaratmaqdır. Buna görə də, son aylarda İsrailin Azərbaycan Respublikasına hərtərəfli nüfuzunu inkar edən və ya az göstərən, eyni zamanda İbrani və saxta Zəngəzur dəhlizini normallaşdırmasına fokuslanan muzdlu etnik siyasi və media şəbəkəsinin niyə belə davrandığı təəccüblü deyil. Buna baxmayaraq, saxta Zəngəzur dəhlizini planlaşdıran Anglo-Saksonların və onların Bakı və Ankaradakı piyada qoşunlarının əsas səhvi, İranın İsraillə müharibəsi zamanı İranın Qafqazla sərhədlərində geosiyasi dəyişikliklər yarada  biləcəkləri düşüncəsidir; ancaq uzun müddətdir ki, əziz İranın varlığına və İran xalqına nifrət edən və hətta dərsliklərdə və təhsil materiallarında bunu gizlətməyən tulaboy sionistpərəstləri effektiv şəkildə cəzalandırmaq üçün İran bir fürsət axtarır; buna görə də, saxta Zəngəzur dəhlizi (NATO-nun Turan dəhlizi) ilə bağlı hər hansı bir səhv və hərbi addım Tehran üçün tarixi bir fürsət yaradacaqdır ki, öz suverenliyini bu İbrani dəhlizinə bağlanmaqda israr edən illüziyalı şəxslərə İranın zəiflədiyini, yoxsa təsəvvür edə bilməyəcəkləri həddə son 5 ildə Qafqazda yaranmış balansı dəyişə biləcəyini göstərsin!

Altıncısı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri doktor Ərəqçi ilə telefon danışığında bildirmişdir ki, Azərbaycan Respublikası heç bir halda öz hava sahəsinin və ya ərazisinin İrana və ya digər ölkələrə hücum üçün istifadəsinə icazə verməyəcəkdir. 2014-cü ildə Naxçıvandan İrana pilotsuz təyyarənin uçması və Nətənz yaxınlığında vurulması zamanı Azərbaycan Prezidenti İlham Əliyev İran nümayəndə heyətinin gizli xəbərdarlığına cavab olaraq, öz müdafiə nazirinin da iştirakı olan görqşdə  bildirmişdir ki, bu hücum “qonaqlar” (israillilər) tərəfindən və Bakı hökumətinin icazəsi olmadan Naxçıvan bölgəsindən həyata keçirilmişdir. Əliyevin qeyd etdiyi həmin “qonaqlar”, İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycan Respublikasının suverenliyinin böyük bir hissəsini ələ keçirmiş və icarəyə götürmüş, sərbəst şəkildə kiber və elektron müharibə mərkəzləri, casus bazaları, raket izləmə və nəzarət bazaları yaratmaq, eləcə də Sitalçay, Xızı və Qəbələ hava bazalarından pilotsuz təyyarələrin uçuşu üçün istifadə etmək kimi anti-İran fəaliyyətləri ilə məşğul olurlar. Buna görə də, Ceyhun Bayramovun bu mövqeyi praktikada etibarlı deyil və daha çox “Təl-Əvivin strateji sərvəti” olduğunu söyləyən İsrailin Milli İnfrastruktur Naziri “Uzi Landau”ya görə, Azərbaycan Respublikasında sionistlərin fəaliyyət azadlığını ört-basdır etmək üçündür. Bakının son beş ildə Koronavirus bəhanəsi ilə İranla quru sərhədinin bağlanmasında israr etməsinin səbəblərindən biri də budur ki, (hətta İran prezidenti Dr. Pezeşkianın 25 aprel 2025-ci il Bakıya səfərinin də açılışa təsir etməmişdir) Əliyev ailəsi Bakı-Təl-Əviv “buz dağı” münasibətləri vasitəsilə sionist rejimin İrana hücumlarının olacağından xəbərdar imiş. Bu kontekstdə Bakı Təl-Əvivə zəmanət vermişdir ki, sionist rejimin İranla müharibəsi uzanacağı təqdirdə Bakı-Ceyhan boru kəməri vasitəsilə sionist rejimə neft tədarükünü təmin edəcəkdir; necə ki, Qəzzada soyqırım zamanı bunu təmin etmişdir və əlavə olaraq, Bakıdan və digər şəhərlərdən bir çox azəri gəncin beyinini yuyaraq, İsrail ordusuna xidmət etmək üçün muzdlu əsgər kimi işğal altındakı Fələstinə göndərmişdir.

Yeddincisi

Reallıq budur ki, Əliyev rejimi on milyon şərəfli vətəndaşı, o cümlədən şiələri, azəriləri və etnik azlıqları əzib, ailə hökuməti qurub, bu ölkənin tarixi dini və milli kimliyi ilə mübarizə apararaq, o cümlədən Anglo-Sakson türkçülüyü qarşısında Azərbaycançılığı zəiflədərək, sionizmə saysız-hesabsız xidmətlər göstərərək sionizmin regional bazasına çevrilmişdir. İsrailin keçmiş xarici işlər naziri Liberman demişdir: “Azərbaycan İsrail üçün, Livanın İran üçün olduğu kimidir və biz Azərbaycanla münasibətləri genişləndirərək ən böyük düşmənimizin təhdidlərini öz sərhədlərində cilovlaya bilərik.” Təəssüflə, Libermanın bu sözü bu gün reallaşmışdır və Bakının əllərinin  Təbriz, Ərdəbil və Urmiyadakı əziz iranlıların qanına bulaşması elə bir qırmızı xəttdir ki, buna qarşı susmaq və fəaliyyətsizlik, istər bu gün, istərsə də gələcək nəsillərdə heç bir iranlı tərəfindən bağışlanmaz və nəinki yalnız  sadəlövhlük, hətta xəyanət kimi qiymətləndiriləcəkdir; Bunu nəzərə alaraq bu gün Livanda müqavimətin səsi ehtiyatlı olduğu və Bakı sionist rejiminin strateji və geosiyasi arxa cəbhəsinə çevrildiyi bir vaxtda, İran xalqının maraqlarına daha çox zərbə vurulmadan əvvəl, Bakı və onun muzdluları ilə müharibə şəraitinə uyğun davranılmalıdır.

Səkkizincisi

Bakı-Ankara və Təl-Əvivin etnik muzdlu piyada qüvvələri ümumilikdə İranın ərazi bütövlüyünə qarşı iki cür fəaliyyət göstərir; Birinci qrup açıq şəkildə separatçılıq bayrağını qaldırır və İran daxilindəki şəbəkədən əlavə, bəzi Avropa ölkələrində, ABŞ-ın Çikaqosunda, Türkiyədə (2024-cü ilin mayın 20-də şəhid prezidentin helikopterini axtarmaq bəhanəsi ilə Təbriz və İranın şimal-qərbi üzərində pilotsuz təyyarə ilə çəkilişlər aparırdı və hazırda İranın raketlərini izləməkdə, xüsusilə İncirlik və Kürəcik bazaları vasitəsilə rol oynayır) və Kiprdə (sionist rejimin F-35 qırıcıları Kiprdəki İngilis bazasında yerləşir) mövcuddurlar. İkinci qrup əsasən “kimlik axtarışı” adı altında fəaliyyət göstərir və özlərini azərilərin nümayəndəsi kimi təqdim etməyə çalışırlar. Bu qrup, Azərbaycanlıların tarixi, dini və irqi kimliyini məhv etməyə və onu Anglo-Saksonların “Turan dünyası” adlanan planları çərçivəsində idxal edilmiş türk kimliyinə çevirməyə çalışdıqları üçün, Azərbaycanlıların nəcib kimliyinə ən böyük zərbələri vurmuşlar. Bu riyakar qrup müxtəlif simalarla ölkənin siyasi, diplomatik, ticarət, təhlükəsizlik, mədəniyyət, media və akademik sahələrində və strukturlarında nüfuz etmişdir və onların məqsədi Əliyev rejiminin simasını təmizləmək, Bakının anti-İran fəaliyyətlərini, o cümlədən sionist rejim ilə tərəfdaşlığını gizlətmək, qərar qəbuletmə orqanlarına səhv məlumat və ipucları vermək (məsələn, Bakının sərhəd və geosiyasi dəyişikliklər təhdidlərini davam etdirməsi ilə eyni vaxtda Azərbaycan Respublikası ilə birgə hərbi təlim keçirmək), İranpərəstləri təhqir etmək, Ermənistan hökumətindən anti-İran obrazı yaratmaq, siyasi quruluşu aldatmaq və nəhayət, sionist rejimin İrana zərbələr vuracağı gün üçün vaxt qazanmaq idi. Bu türkçü qruplaşmanın İsrail rejimi üçün rolu anti-İran Bəluc, Ərəb və ya Kürd adından suistifadə edən separatçı qruplaşmalarından daha vacibdir; çünki onların hərəkatlarının məqsədi ölkəni İsrail tərəfindən strateji tələyə salmaq və siyasi sistemi aldatmaqdır. Təl-Əviv bilir ki, İnqilabdan əvvəlki və sonrakı tarixi proseslər və təcrübələr nəzərə alındığında, İran hakimiyyəti və xalqı Kürd, Bəluc və Ərəb bölgələrindəki separatçı hərəkətlərə qarşı öncədən həssas və ayıqdır, lakin Azəri bölgəsi sahəsində fəal olan Bakıya və onun muzdlu şəbəkəsinin hərəkətlərinə qarşı lazımınca həssaslığı yoxdur. İndi böyük və vahid İran xalqının qarşısında bu məsələ aydınlaşıb ki, son illərdə Bakı və onun etnik-dollar əsaslı muzdlularının sionist rejimə bağlı olduqları barədə təhlillər tam düzgündür və indi bu iki etnik muzdlu qrupun İrana hücumda qaniçən sionist rejiminə yardımçı rolunun üzə çıxması ilə, həm də Təbrizdə, şimal-qərbdə və digər bölgələrdə geniş yayılmış hücumlarda həmvətənlərimizin qanının axıdılması səbəbindən, ölkənin müharibə vəziyyətinə olduğunu nəzərə alaraq, məsul təhlükəsizlik və məhkəmə qurumlarının ölkə daxilində və xaricdə bu iki anti-İran qruplaşmasına qarşısında daim təkrarlanan bəhanələrə əsaslanan hər hansı laqeydliyi, “müharibə şəraitində vəzifəni tərk etmək” cinayət əməli sayılır və bunu törədənlərə qarşı ən sərt qanuni üsullarla mübarizə aparılmalıdır.

Dr. Əhməd Kazemi, beynəlxalq hüquq professoru və Avrasiya məsələləri üzrə baş tədqiqatçı