Qlobal və regional güclər arasında rəqabətin kəskinləşməsi və bununla paralel olaraq beynəlxalq hüquqi-siyasi nizamın sürətli aşınması fonunda, ABŞ vitse-prezidenti J.D. Vance-in Ermənistan və Azərbaycan Respublikasına səfəri Vaşinqtonun Qafqaza “Amerika–Anqlosakson” nizamını qəbul etdirmək üçün atdığı addımların sürətləndiyini göstərir. 2005-ci ilin mayında (1384-cü il, ordibehşt ayı, günəş tarixi) George W. Bush-un Gürcüstana iki saatlıq səfərindən və 2022-ci ilin sentyabrında (1401-ci il, şəhrivər ayı günəş tarixi) Nancy Pelosi-nin Ermənistana səfərindən sonra Vens son iki onillikdə Qafqaza gələn ən yüksək rütbəli ABŞ rəsmisidir ki, bu da səfərin əhəmiyyətini göstərir.
Vensin Bakı və İrəvanla apardığı danışıqlar və əldə edilən razılaşmalar siyasi, hərbi, enerji, nüvə, tranzit, ticarət, süni intellekt və təhlükəsizlik sahələrini əhatə edir. “Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” kimi sənədlərə nəzər saldıqda, səfərin məqsədini bir cümlə ilə belə ümumiləşdirmək olar:
“Vaşinqtonun İran və Rusiyanı Qafqazdan hərtərəfli çıxarmaq və Qafqaz nizamını ABŞ orbitində yenidən qurmaq üçün yeni mərhələyə keçməsi.”
Bu baxımdan, Vensin Qafqaz səfərinin nəticələri barədə altı izahı məqam qeyd edilə bilər:
Birinci, razılaşmalar yalnız son ayların danışıqlarının nəticəsi deyil. Bu, 2020-ci ildən etibarən Anqlosakson cəbhəsinin, xüsusən İkinci Qarabağ müharibəsinin fonunda başladığı prosesin davamıdır. ABŞ və İngiltərənin bu xüsusda təhlükəsizlik sahəsində şah əsəri hər iki ölkənin liderlərini (Əliyev və Paşinyan) milli maraqlarına ziyan bahasına olsa belə, ABŞ maraqları istiqamətində hərəkət trayektoriyasına yerləşdirməkdir ki, bu da bölgədəki proseslərin mühəndisliyinə, xüsusilə Azərbaycan Respublikasında ailə və irsi hakimiyyətin təmin olunması prosesi və Ermənistanda 2018-ci il rəngli inqilabı ilə bağlıdır. Elə buna görə də 2020-ci ildən “Azərbaycan Respublikasının Naxçıvana əlaqə dəhlizi” adlandırılan layihənin rus ideyası deyil, Amerika, NATO, Turan və ivri dəhlizi olduğu məlum idi ki, bu gün Tramp marşrutu adı altında onun ölçüləri aydınlaşmışdır.
İkinci: ABŞ-ın Ermənistandakı əsas məqsədi bu ölkədə Rusiya və İranın mövcudluq infrastrukturunu zəiflətməkdir. Son illərdə bu, siyasi müstəvidə – Ermənistanın KTMT ilə əməkdaşlığı dondurması və Avropa İttifaqı ilə əlaqələrə üstünlük verməsi ilə özünü göstərib. İndi isə Amerika hərbi və enerji sahəsində Rusiya təsirini azaltmağa çalışır. ABŞ istehsalı V-BAT kəşfiyyat dronlarının Ermənistana satışı ilə yanaşı, Metsamor AES-in yaxın gələcəkdə dayandırılması fonunda Ermənistanda kiçik modul nüvə stansiyalarının tikintisi barədə razılaşmalar müzakirə olunur. Bu prosesdə əsas layihə “Tramp marşrutu” adlandırılan təşəbbüsdür ki, və bunun ardınca Ermənistanın Rusiya və İranla, xüsusilə qaz və elektrik sahəsində enerji əməkdaşlığı yumşaq enişlə tamamilə dayandırılacaqdır.
Üçüncü: ABŞ-ın Azərbaycan Respubkikasına hərbi kater satışı barədə razılaşma Vaşinqtonun Kaspiyən dənizini hərbiləşdirmək planlarının davamıdır. Son 30 ildə Bakı ilə ABŞ və İsrail arasında Kaspiyən dənizində birgə təlimlər keçirilib. ABŞ və NATO-nun Kaspiyən dənizində mövcudluğu Rusiya və İran üçün yeni təzyiq nöqtəsi yarada bilər. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin, xüsusilə Türkmənistan və Qazaxıstanın qazının Azərbaycan Respublikasına və oradan Türkiyə və Avropaya ötürülməsində Kaspiyən dənizi əsas rol oynayır; hazırda hüquqi baxımdan və Kaspiyən dənizinin hüquqi rejimi konvensiyasının İran İslam Respublikasının İslami Şura Məclisində təsdiqlənməməsi səbəbindən, bu dənizin ekoloji riskləri və İranın ədalətli payının qorunmaması ilə bağlı olaraq, Kaspiyən dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsi mümkün deyil; təbii ki, gələcək perspektivdə, enerji ixracı ciddi sanksiyalar altında olan Rusiya öz “yaxın xaric” bölgələrindən Mərkəzi Asiyada qazın Avropaya ötürülməsinə göz yuma bilməz; buna görə də ABŞ Kaspiyən dənizində hərbi iştirak vasitəsilə Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasına dəniz tankerləri çərçivəsində enerji ötürülməsinə təminat verməyə çalışır.
Dördüncü: Vensin Bakıya səfərində ABŞ-ın Azərbaycanın guya NATO-nun Əfqanıstan, İraq və Bosniyadakı hərbi əməliyyatlarında iştirakı ilə bağlı təşəkkürü əsas mövzulardan biri olmuşdur, xüsusilə də Azərbaycan Respublikası ABŞ və ISAF-ın Əfqanıstana əsas logistika xətlərindən biri idi və azərbaycanlı hərbçilər amerikalı təcavüzkarlarla birlikdə Əfqanıstanı tərk edən son qrup olmuşdur. Bununla belə, görünür ki, Vensin Bakının roluna verdiyi bu qiymət qeyd olunan rollardan və ya xidmətlərdən daha artıqdır. Azərbaycan Respublikası bölgədə NATO və ABŞ-ın sülhməramlılıq, terrorla mübarizə və ya digər adlar altında həyata keçirdiyi bütün hərbi müdaxilələrdə iştirak edən yeganə ölkədir. Bu iştirakın ən yeni tərəfi ABŞ və sionist rejimin İrana qarşı 12 günlük hücumunda Azərbaycan Respublikasının tam iştirakı olmuşdur; belə ki, hətta ABŞ analitik mərkəzləri Vaşinqton–Təl-Əviv–Bakı üçbucağının formalaşmasından danışmışdırlar. Buna görə də Vensin təşəkkürünün bir hissəsi dolayısı ilə Bakının anti-İran roluna və Əliyevin gələcəkdə bu rolu davam etdirmək zəmanətinə yönəlmişdir.
Beşinci: Vensin Azərbaycan Respublikasına və Ermənistana səfəri zamanı beynəlxalq sülh və rifah üçün Tramp marşrutu ilə bağlı bir sıra razılaşmalar və danışıqlar gündəmə gətirilmişdir; aydındır ki, 2025-ci ilin avqustunda Vaşinqtonda üçtərəfli razılaşmalarda Azərbaycan Respublikasının maneəsiz keçidi məsələsi gündəmə gəldikdən sonra, Tramp marşrutu əslində saxta Zəngəzur dəhlizi və ya NATO-nun Turan dəhlizidir ki, ilkin mərhələdə siyasi, təhlükəsizlik, geosiyasi və etnik funksiyaya malikdir, daha sonra isə tranzit, enerji və ticarət funksiyası daşıyır; bununla belə, əldə olunan gəlir Azərbaycan Respublikası və Ermənistanın ixtiyarında olmayacaq, halbuki marşrutun erməni hissəsinin konsorsiumunun cəmi 24 faizi Ermənistana məxsus olacaqdır. İndiyədək İngiltərənin BP şirkəti Azərbaycanın enerji yataqlarının ən böyük faydalananı idi və bundan sonra Exxon Mobil və Trampa yaxın ABŞ şirkətləri əsas faydalananlar olacaqlar; bu, Trampın bu məsələyə birbaşa daxil olmasının ən böyük səbəbidir. Trampın baxışına görə, Ukrayna müharibəsinin başlanması və Rusiyanın Avropanın enerji təminatındakı rolunun aradan qaldırılması prosesindən sonra Avropanın qazı ABŞ-ın LNG şirkəti vasitəsilə təmin olunmalıdır və əgər belə deyilsə, ABŞ bu gəlirdə pay sahibi olmalıdır; buna görə də BP və Exxon Mobil Bakının 16 Avropa ölkəsini enerji ilə təmin etməsinin ən böyük faydalananlarıdır.
Altıncı: Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Rusiyanın Ukraynada Bakının enerji və diplomatik mərkəzlərini məqsədli şəkildə hədəfə aldığı barədə bəyanatı Vensin səfərindən qısa müddət sonra səsləndirilməsi təsadüfi deyil. Əliyev bununla Bakının ABŞ və NATO istiqamətində sürətli hərəkətini əsaslandırmağa və Tramp dövründə 907 saylı qərarın (1992-ci ildən Bakıya qarşı maliyyə və silah sanksiyaları barədə Konqres qərarı) ləğvi və gələcək silah müqavilələri ilə özünü göstərəcək Vaşinqtonun dəstəyinə arxayınlığını nümayiş etdirməyə çalışır; lakin beynəlxalq münasibətlər və siyasi coğrafiya tarixi göstərir ki, geosiyasi bölgədə üç qlobal və regional güclə qonşu olan iki kiçik ölkə onların düşmənlərinin orbitində sərbəst hərəkət edə bilməz; tarix sübut edir ki, belə siyasi körpülər gec-tez dağılır və onların dağılma forması beynəlxalq münasibətlər tarixində fərqli olmuşdur.
Dr. Əhməd Kazemi, Avrasiya üzrə baş tədqiqatçı
Leave A Comment