Doktor Əhməd Kazımi

Azərbaycan R-nın Ermənistandan Minsk qrupunun buraxılmasını tələb etməsindən bir neçə ay sonra Ermənistanın baş nazirinin offisi bildirib: İrəvan Dağlıq Qarabağ məsələsi ilə bağlı ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciət etmək imkanını nəzərdən keçirir. Bir neçə dəfə, o cümlədən 2024-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev Minsk Qrupunun ləğvini Bakının Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq üçün şərtlərindən biri adlandırıb. Hüquqi baxımdan Minsk Qrupunun ləğvi Bakı və İrəvanın ATƏT-dən birgə müraciətindən asılıdır.

Minsk Qrupu 1992-ci ildə, birinci Qarabağ müharibəsi ilə eyni vaxtda, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü, və məsuliyyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına həvalə etməklə və BMT Nizamnaməsinin 33-cü maddəsinə əsaslanaraq yaradılıb. BMT, Bu maddəyə əsasən, mübahisələrin sülh yolu ilə həlli üçün regional təşkilatlardan və tədbirlərdən istifadə edir. ATƏT-ə üzv olan 11 ölkə Minsk Qrupunun üzvüdür, lakin qərar qəbuletmə strukturu Minsk Qrupunun liderlərinin, yəni Rusiya, Fransa və ABŞ-ın əlindədir.

1994-cü ildən 2020-ci ilə qədər atəşkəsin əldə olunduğu 26 il ərzində Minsk Qrupunun rəhbərləri onlarla dəfə Azərbaycan Respublikasına, Ermənistana, oradan isə Qarabağ Muxtar Vilayətinə səfər etmişlər, həmçinin müxtəlif ölkələrdə iki tərəf arasında danışıqlara ev sahibliyi etmişlər. Həmin illərdə Azərbaycan Respublikası Minsk Qrupunun fəaliyyətinə Ermənistandan daha artıq həvəsli idi və vxalqın və bəzi ölkələrin xristian klubu hesab etdiyi bu qrupdan çıxmaq təbləbatına məhəl qoymayaraq, istər Heydər Əliyev dövründə, istərsə də İlham Əliyevin dövründə Minsk Qrupundan çıxmaqdan imtina etdi. Bununla belə, İkinci Qarabağ Müharibəsindən (2019-2020) və həmçinin üçüncü Qarabağ Müharibəsi və Bakının Qarabağ üzərində hökmranlığından (sentyabr 2023- Şəhrivər 1402) sonra Bakı Minsk Qrupunun buraxılmasının zəruriliyini vurğulayır və bunun əhəmiyyətini o dərəcədə bilir ki, bu məsələni Ermənistanla sülh üçün öz şərtlərindən biri hesab edir. Ona görə də belə bir sual yaranır ki, Bakının Minsk Qrupunun buraxılmasında israrlı olması və Ermənistanın bu məsələdən çəkinməsinin və Minsk Qrupunun bəzi rəhbərlərinin bu məsələdən çəkinməsinin səbəbləri nədir?

Məsələ burasındadır ki üçüncü Qarabağ müharibəsindən sonra, Azərbaycan Respublikası Minsk Qrupunun missiyasını, yəni Azərbaycan R-nın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ bölgəsinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə sülhə nail olmaq missiyasını bitmiş hesab edir. Bununla yanaşı, Ermənistan və Minsk Qrupunun bəzi həmsədrlərinin Bakının bu istəyinə qarşı çıxmaq üçün bir neçə əsas səbəbi var, bunlar aşağıdakılardır:

Birinci: Minsk Qrupu, xüsusilə Fransa və ABŞ, Qarabağ bölgəsində 120 mindən çox yerli erməninin məcburi köçürülməsi və etnik təmizləmə qurbanına çevrilməsi kimi qəbul edilən vəziyyətdən ibarət olan indiki vəziyyəti, Qarabağ münaqişəsinin həlli kimi qəbul etmirlər. Əksinə, indiki vəziyyət region dəyişikliklərinin prosesində və gələcək illərdə böhranın yenidən başlanması üçün bir qığılcım ola bilər. Bakı istəyir ki, Minsk qrupunun ləğvi ilə Qarabağ məsələsini region və beynəlxalq səviyyədə bitmiş kimi göstərsin və Avropa Parlamentinin 2023-cü il oktyabr qətnaməsində ciddi şəkildə irəli sürülən Qarabağa ermənilərin qayıdışının zərurəti məsələsini kənarlaşdırsın.

İkincisi: Azərbaycan Respublikası ikinci və üçüncü Qarabağ Müharibələrindən sonra Ermənistanın iki yüz kvadrat kilometr ərazisini, xüsusilə Sionik və Cermuk ərazilərini işğal etdi və bu ərazilərdə yollar və obyektlər tikməyə başladı. Minsk Qrupunun baxışından, sülh müqaviləsinin imzalanmaması və nəticə olaraq Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü rəsmi və hüquqi baxımdan qəbul etməməsi səbəbindən mübahisələrin kəskinləşməsi mümkündür. Xüsusilə sərhəd dəqiqləşdirməsi məsələsi çoxsaylı maneələrlə qarşılanır.

Üçüncüsü: Minsk qrupunun ölkələri, xüsusən Fransa, Neo-Osmanizmdən qorxduqları üçün, NATO Turani dəhlizinin (saxta Zəngəzur dəhlizi) yaradılmasına və saxta “Türk Dünyası” ideyasının həyata keçirilməsinə qarşı çıxırlar; Buna görə də, Minsk Qrupunun ləğv edilməsinin Bakını və Ankaranı bu geosiyasi iddiaları davam etdirmək üçün daha cəsarətli edəcəyini düşünürlər. Bakının bəzi hərəkətləri, o cümlədən Yeni Kaledoniya etirazlarına müdaxilə, Fransaya qarşı və İngiltərə adına propaqanda məqsədilə Parisin Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsini dəstəkləmək qərarına təsir etmişdir. Avropa Monitorinq Qrupunun yaradılması da məhz bu yanaşmadan və narahatlıqdan irəli gəlir.

Dördüncüsü: Qarabağın etnik təmizləməsi və Azərbaycan Respublikası tərəfindən bu bölgənin tarixi muxtariyyət statusunun götürülməsi məsələsi ilə yanaşı, həll olunmayan başqa məsələlər də var, o cümlədən hərbi əsirlərin problemi, minalanmış torpaqların xəritələri və ən çox önəmlisi odur ki, Qarabağ ermənilərinin bu regionda mülkiyyət hüquqlarının perspektivi, o cümlədən onların bu regionda tarixi, mədəni və incəsənət əsərlərinin vəziyyəti, Minsk Qrupunun bəzi ölkələrinin narahatlığını daha da artırıb. Bakı qazı satışı pərdəsi altında sanksiyaya salınmış qazının Azərbaycan Respublikasının boru kəmərlərindən Avropaya ötürülməsində enerji güzəştləri əldə etdiyi üçün Minsk Qrupunun buraxılmasını dəstəklədiyini bəyan edən Rusiya istisna olmaqla, digər Minsk Qrupu həmsədrləri isə Minsk qrupundakı nümayəndəliklərini ləğv etməyiblər, əksinə, etiraz olaraq bu sahədə Rusiya ilə əlaqələrini kəsiblər. Hətta Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında belə Minsk Qrupunun ləğvi ilə bağlı ictimai tələb yoxdur. BMT-nin 2024-cü ilin noyabrında keçiriləcək iqlim dəyişikliyi konfransına qədər Bakının Ermənistanla sülh müqaviləsini imzalamaqdan imtina etməsi və İrəvanın Praqa görüşündə Qarabağ Muxtar Respublikasının Azərbaycan Respublikasının timsalında yerləşdirilməsi ilə bağlı israrına baxmayaraq, ATƏT və BMT-də Bakının siyasətlərinə olan inamsızlığı artırmışdır, elə ki, bu məsələdə, uzun illər ATƏT-də yayılmış olan Bakının kürü (dollar) diplomatiyası da işə yaramadı.

Beşinci: Hüquqi və rasional məntiq baxımından Minsk Qrupunun buraxılması Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra baş verməlidir, çünki yalnız belə bir hüquqi sənəd iki ölkə arasında fundamental mübahisəli məsələlərin həllini nəzərdə tutur və təbii ki, sülh müqaviləsindən sonra Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinin heç bir mənası olmayacaq. Amma Azərbaycan Respublikası nəinki bu aşkar məntiqi qəbul etmir, üstəlik dəhliz təhlükəsinin və “Qərbi Azərbaycan” illüziyasının davam etməsi və onun Ermənistana ünvanlandırılması və bu ölkənin konstitusiyanın dəyişdirilməsi tələbi kimi hərəkələtləi, onu göstərir ki, İrəvan bu məsələdən geri çəkilsə, Bakı yarımçıq qalmış tələblərinin əhatə dairəsini genişləndirəcək.