Doktor Kazemi Rusiyanın eksklav regionu Kalininqrada dəmir yolu nəqliyyatı modelinin Azərbaycan Respublikasının eksklav regionu olan Naxçıvan Muxtar Respublikası üçün tətbiqi ilə bağlı rəsmi Bakının rəsmi İrəvana verdiyi məxfi təklifin açılmasını şərh edərək bu ideyanın müxtəlif səbəblərdən həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.

Doktor Əhməd Kazemi Tehran Universitetinin Mərkəzi Avrasiya Araşdırmaları Mərkəzində “Azərbaycan Respublikası və Ermənistanın ərazi münaqişələri” adlı elmi iclasda çıxışında əlavə edib: “Azərbaycan Respublikası Prezidentinin xüsusi köməkçisi Hikmət Haciyev Alman qəzeti Berliner Zeitung ilə müsahibəsində, belə bir şəraitdə bu fikri irəli sürüb ki, Rusiya ilə Litva arasındakı fikir ayrılıqlarına görə, Rusiya qatarlarının Litva ərazisindən Kalininqrada nəzarətsiz və əlbəttə ki, gömrük tarifinin ödənməsi şərti ilə keçidi uğursuz təcrübə olub. Belə ki, Litva tərəfindən nəzarət və idarəetmə həyata keçirildikdən və buna görə də marşrutdan rus malların daşınmasının 50% azaldılmasından sonra Rusiya 2022-ci ilin iyununda Vilnüsu təhdid etdi! ”

O əlavə edib: “NATO və Avropa Birliyinin üzvü olan Litva, xüsusən də Ukraynadakı müharibədən və Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra Rusiyanın eksklav regionu Kalininqrad bölgəsinə gedən dəmir yolu nəqliyyatına nəinki nəzarət, monitorinq və tam suverenlik nümayiş etdirdi, həm də Rusiya ilə Kalininqrad arasında uçuşda olan təyyarələrə də Litva səmasına mane olur və Rusiyanın reaksiyası və Moskvadan gələn siyasi təzyiqlər və təhdidlər də bu zəmində təsirsiz qalıb; Əslində, Litva da ötən illərdə Latviyanın Moskvaya qarşı yanaşmasını mənimsəyib.”

Doktor Kazeminin sözlərinə görə, Rusiya Sankt-Peterburq yaxınlığındakı Ustluqa limanından Baltik dənizinin sahilindəki Kalininqrad limanına gedən uzun dəniz marşrutundan istifadə etməklə yanaşı, hazırda Kalininqrada nəqliyyat rabitəsi üçün Belarus və Polşanın dəmir yolu imkanlarından istifadə etməyə çalışır. O əlavə edib: “Rəsmi Bakının uğursuz bir modelə istinad edən səyi və onu beynəlxalq prosedur kimi təqdim etməsi, rəsmi Bakının bu baxımdan həm çarəsizliyini, həm də hiləgərliyini göstərir, çünki hüquqi baxımdan beynəlxalq prosedur səhv davranışlarla yaradılmır! ”

Azərbaycan Respublikasını Naxçıvanla birləşdirəcək İran İslam Respublikası ərazisindən keçən “Ərəs dəhlizi” (yaxud Azərbaycan Respublikasında səhv tələffüzlə deyilən “Araz dəhlizi”) planının icra prosesinin başlanması ilə Azərbaycan Respublikasının son üç onillikdə Naxçıvan yolu kimi çox rahat və təhlükəsiz şəraitdə istifadə etdiyi və bununla da Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respulikası arasında tranzit əlaqəsində heç bir problemin olmadığı halda, rəsmi Bakının Ermənistanın cənubundan nəzarətsiz yol istəyinə israr etməsi rəsmi Bakının London-Sionist cəbhəsinin diktəsi əsasında “NATO-nun Turan dəhlizi” planını həyata keçirməyə dair üzərinə götürdüyü öhdəliklərdən xəbər verir ki, o da Qafqazda anqlosakson nizamının həyata keçirilməsinə uyğun olan məkirli plandır.”

Qarabağ regionunu yerli ermənilərdən etnik təmizlənməsinə və Laçın dəhlizinin önəmdən düşməsinə toxunan doktor Kazemi əlavə edib ki, 2020-ci ildə Moskvada imzalanmış üçün üçtərəfli saziş praktiki olaraq iflasa uğrayıb və buna görə də nəinki ekstrateritorial və saxta Zəngəzur dəhlizi məsələsini gündəmə gətirilməsinin heç bir siyasi və hüquqi əsası yoxdur, üstəlik, Ermənistanın normal nəqliyyat xətləri açmaqla bağlı da qanuni öhdəliyi artıq qalmayıb!

Avrasiya məsələləri üzrə baş elmi işçi qeyd edib ki, Qarabağda etnik təmizləmə aparılmazdan əvvəl rəsmi Bakı həmişə Rusiyanın Azərbaycan Respublikasının Naxçıvana gedən kommunikasiya xəttində müşahidəçi qismində iştirakını alqışlayırdı, indi isə İrəvanla vasitəçisiz sazişlərin imzalanmasının zəruriliyi və Kalininqrad modeli adlanan modeli əsas götürərək Naxçıvana Ermənistandan oxşar yol tələb edir ki, bu da Rusiyanın Qafqaz səhvləri silsiləsinin davamında rəsmi Moskvanın Əliyevlər ailəsi tərəfindən aldadılmasından xəbər verir! Azərbaycan Respublikası ilə Naxçıvan arasında əlaqənin Ermənistanın cənubundan yaranmasına əsas maneə qondarma türk dünyası ideyasına uyğun olaraq rəsmi Bakı və rəsmi Ankaranın etnik və şovinist maraqları olduğunu vurğulayan Əhməd

Kazemi əlavə edib: Ermənistan mallarının Azərbaycan Respublikası ərazisindən rəsmi Bakının nızarəti olmadan Rusiyaya daşınması müqabilində Ermənistanın cənubundan Naxçıvana gedən qatarların “nəzarətsiz” keçidi və üçüncü istiqamətə isə “rəsmi İrəvanın nəzarətı altında” keçməsinə dair təklif də rəsmi Bakının xarici siyasətində Paşinyan komandasını axmaqlaşdırma yanaşmasının davam etdiyindən xəbər verir.

O əlavə etdi: Rusiya ilə əlaqə yaratmaq üçün Azərbaycan Respublikasının marşrutundan başqa Ermənistan Fars körfəzi-Qara dəniz dəhlizinin bir hissəsi olan Gürcüstanın quru və dəniz yolundan istifadə edir. Rəsmi Bakının irəli sürdüyü son ideya nəinki yalnız iki ölkənin tranzit yüklərinin həcmində balansın olmaması baxımından, həmdə üçüncü istiqamətə tranzit yüklərin yoxlama mexanizminin olmaması baxımından Ermənistanın xeyrinə deyil. lakin rəsmi Bakının irəli sürdüyü bu fikir Ermənistanın cənubundan keçid əldə etmək örtüyü ilə əslində Əliyev ailəsinin təhlükəsizlik, siyasi və ərazi ambisiyalarını gizlətmək üçün hazırlanmış hiyləgər plandır.

Doktor Kazemi vurğuladı ki, Ermənistanın cənubunda keçidi ələ keçirməyə dair rəsmi Bakının istifadə etdiyyi praktik üsulları təhdid, şirnikləndirmə və bəzən də dilənçilikdən ibarətdir. O, əlavə edib ki, İran, Çin və Rusiya və bəzi Avropa ölkələrinin NATO-nun Turan dəhlizinə və Türkiyənin neo-osmanlı siyasətinə qarşı mövqelərini nəzərə alan rəsmi Bakı və rəsmi Ankaranın planı əvvəlcə qarşılıqlı tranzit əməkdaşlığı adı altında Ermənistanın cənubunda nəzarətsiz yaxud adı bir keçid əldə etməkdir, ancaq daha sonra önümüzdəki illərdə bu məkirli planı irəli sürənlər “Servitut” yaxud “İrtifaq haqqı” olan hüquqi qaydaya əsaslanaraq Ermənistanın cənubunu yiyələnməyə və “Türk dünyası” adlı illüziya ehtirasını gerçəkləşdirməyə çalışacaqlar.

Avrasiya məsələləri üzrə baş tədqiqatçı vurğuladı ki, Ermənistan Baş Naziri, Nikol Paşinyan qarabağlı ermənilərin öz ata-baba yurdlarından qovulması və məcburi köçkün düşməsi ilə nəticələnən Qarabağın Azərbaycan Respublikasına birləşdirilməsini qəbul etdikdən sonra rəsmi Bakının anklavlar məsələsini və “YerAz”-ların Ermənistana qaytarılması kimi yeni məsələləri qaldırmaqla 29800 km əraziyə malik Ermənistan ideyasını rədd edərək İrəvana davamlı təzyiq göstərmək yanaşmasını izləyəcəyini təsəvvür belə etmirdi!! Amma, rəsmi Bakı və rəsmi Ankaranın saxta Zəngəzur dəhlizinə israr etmələrinin davamının səbəblərindən biri də Paşinyan hökumətinin yalnış və təslimçi hərəkətləridir. Beləki, Paşinyan hakimiyyətinin hərəkətləri anqlosakson nizamının bazasındadır və bu, İrəvan hökuməti üçün müxtəlif sahələrdə dözülməz nəticələr yarada bilər, çünki erməni xalqı gələcəkdə bu ölkənin qəsdən yaxud səhvən parçalanmasına səbəb olan hər hansı yanaşma qarşısında səssiz qala bilməz.

Rəsmi Bakı və rəsmi Ankaranın qarşıdan gələn sülh müqaviləsinin müxtəlif sahələrində, o cümlədən Dağlığ Qarabağda yaşamış yerli ermənilərin Qarabağa qayıtmaması və onun hüquqi statusu, saxtakarlığa köklənmiş tranzit rabitəsi, 1915-il erməni soyqırımı ilə bağlı qanuni şikayətlərə son qoyulması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Ermənistan ordusunun yenidən qurulmaması, sərhəd mübahisələrinin sülh müqaviləsinin predmetindən çıxarılması və s. kimi müxtəlif məsələlərdə Ermənistanı təhlükəli şərtləri qəbul etmək məcburiyyətində qoymaq səylərinə toxunan Kazemi əlavə edib: “Paşinyan hökumətinin sülh müqaviləsinə yanaşma növü vahid Ermənistanın yaşaması perspektivini

yaxud bu ölkənin parçalanması prosesinin başlanğıcını müəyyən edəcək!!” Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlunun “(saxta) Zəngəzur dəhlizinin Türkiyə sektorunda infrastruktur işləri 2028-ci ilə qədər tamamlanacaq və biz İrana da bu dəhlizə qoşulmaq öçün bir rabitə marşrutu verə bilərik” son açıqlamasına toxunan Kazemi əlavə edib: “İran Rah” təşəbbüsünün bir hissəsi olan “Ərəs tranzit dəhlizi” layihəsinin icra olunduğu halda, hiləgər və irqçi məqsədlərə xidmət etməyə köklənmiş saxta Zəgəzur dəhlizinin İran üçün tranzit funksiyası yoxdur və Tehranın bu saxta dəhlizə qarşı prinsipial yanaşması dəyişməzdir.

O əlavə etdi: “Pəhləvi ailəsinin İranda hakimiyyətdə olduğu dönəmdə Tütkiyə İrandan Qarasu bölgəsini pay almaqla İrana vurduğu tarixi geosiyasi ziyanların bir qismini kompensasiya etmək üçün Qarasu bölgəsində İran sərhəddindən Ermənistana uzanan bir dəhliz verə bilər ki, İrandan İrəvana gedən təxminən 400 kilometrlik yol daha qısa və təxminən 40 kilometr olan yeni bir yol ilə əvəzlənsin. Həmçinin Türkiyə 40 il məəttəl saxladığı Təbriz-Van dəmir yolunu Türkiyənin milli dəmir yol şəbəkəsi ilə birləşdirməyə dair İranla bağladığı razılaşmaları icra etməlidir!”

O vurğulayıb ki, Qafqazda İran və Rusiya nizamına qarşı panturanizmə əsaslanan anqlosakson nizamının yaradılması və keçid prosesinin qarşısının alınması məqsədi ilə “NATO-nun Turan dəhlizi” XXI əsrin regionda ən mürəkkəb geosiyasi intriqalarından biridir ki, məqsəd isə İran, Rusiya və Çin mərkəzli yeni regional nizama keçidi önləmək, Qafqazda şiəliyi məhv etmək və antiiranizmə rəvac verməkdir!” O əlavə edib: “Rəsmi Tehran regional yaxınlaşmaya köklənmiş ardıcıl planlar təqdim etməklə, o cümlədən Azərbaycan Respublikasını Naxçıvana asan yolla qovuşdurmaq üçün “Ərəs dəhlizi” (Araz dəhlizi) və Ermənistanı blokadadan çıxaran Fars körfəzi-Qara dəniz dəhlizi kimi parallel layihələri təqdim etməklə “saxta Zəngəzur dəhlizi” üçün hər hansı tranzit bəhanəsini istisna edib. Ona görə də yaxşı olar ki, Əliyev ailəsi uşaq qatili nişanı ilə tanınan sionist müttəfiqinin müqavimət mehvəri qarşısında düçar olduğu uğursuzluğundan ibrət dərsi götürərək, öz hakimiyyətinin taleyini bu sionist-London plana bağlamaqdan çəkinsin!”