Ermənistanın Baş Naziri Nikol Paşinyan görünməmiş bəyanatlarında, 8 Avqust 2025-ci ildə Ağ Evdə imzalanan üçtərəfli Bəyanatdan sonra adı “Beynəlxalq Sülh və Firavanlıq üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) olaraq adı dəyişdirilən saxta Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün hərəkətlərin yeni ölçülərini açıqladı.

Paşinyan vurğuladı ki, Ermənistan hazırda ABŞ ilə “Tramp Marşrutu”nu 49 və ya 99 il müddətinə icarəyə vermək üçün iki ssenari araşdırır; şirkətin adı tezliklə müəyyən ediləcək və konsorsiumun idarə heyətində hər iki ölkə təmsil olunacaq, bu təmsilin miqdarı investisiya payından asılı olacaq.

Ermənistanın Baş Naziri vurğuladı: “Tramp Marşrutu”nun bir neçə mərhələsi olacaq və o, Kopenhagendə Əliyevlə elektrik ötürmə xətlərinin və qaz boru kəmərinin çəkilməsi barədə razılığa gəlib. O əlavə etdi: Tramp marşrutu elektrik ötürücü xəttinin və qaz boru kəmərinin çəkilməsinin ən sürətli yoludur və sərhədin müəyyənləşdirilməsi üçün prioritet Tramp Yolu layihəsinin infrastrukturunun keçməli olduğu ərazilər olacaq.

Ermənistan Baş Nazirinin bu bəyanatlarına münasibət bildirərkən altı izah edici məqam qeyd etmək olar:

  1. Paşinyanın bəyanatları, 2025-ci ilin may ayından bəri İrəvanın Bakı və Ankara ilə NATO-nun Turan Dəhlizi ilə bağlı pərdə arxası razılaşmaları haqqında irəli sürülən ehtimalları gücləndirir. Bu ehtimallara görə, Əliyev, Ərdoğan və Paşinyan, İngiltərə və ABŞ-ın təhlükəsizlik düşüncə mərkəzlərinin göstərişləri əsasında Qafqazda Rusiyanın maraqlarına və mövqeyinə zərbə vurmaq üçün elan edilməmiş bir razılaşma və koordinasiyadan sonra, sərhəd və geosiyasi dəyişikliklərə qarşı İranın həssasiyyətini azaltmaq məqsədilə, hələlik saxta Zəngəzur dəhlizi üçün yeni bir ad seçməyə və “dəhliz” sözünün istifadəsindən çəkinməyə məcbur edildilər. Məqsəd, Bakı və Ankara lobbi şəbəkələrinin İran daxilindəki struktur fəaliyyəti vasitəsilə geosiyasi təhdidlər məsələsini təhrif etmək və sadələşdirmək, və nəhayət, İsrail rejimi ilə 12 günlük müharibədən sonra Trampın atmosferə birbaşa daxil olması ilə Tehranın bu geosiyasi intriqaya qarşı müqavimətini qırınaqdır.

  1. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Qarabağ ermənilərinin öz torpaqlarına qayıtmaq üçün tarixi və hüquqi hüququndan əl çəkmək, üç yüz mindən çox erməni vətəndaşının Bakıya və Azərbaycan Respublikasının digər şəhərlərinə qayıtmaq hüququndan əl çəkmək, Bakıda həbs olunan Qarabağ liderlərinin taleyini boşuna buraxmaq, mübahisəli dövlət simvollarının birtərəfli dəyişdirilməsi, Ermənistanın bəzi millətçi partiyalarının ləğvi və onların məhkəmə təqibi, Ermənistan ordusunun gücləndirilməməsi və millətçi elementlərdən təmizlənməsi, Ermənistanın parçalanmazlığının tərəfdarı olan Kilsənin zəiflədilməsi, Minsk Qrupunun ləğvi, etnik təmizlənmə və müharibə cinayətləri məsələsinə əsaslanan hüquqi şikayətlərin geri götürülməsi, Rusiyanın Qafqazdan tamamilə çıxarılması, Ermənistandakı iki Rusiya hərbi bazasının bağlanması əsasında, Azərbaycan Respublikasının və Ermənistanın Abraham planına qoşulması, son iki ildə İlham Əliyev və Paşinyan tərəfindən ABŞ-ın vasitəçiliyi və Londonun səhnələşdirməsi ilə anglosakson nizamının podratçıları kimi nəzərdən keçirilən və razılaşdırılan gündəmlərin bir hissəsidir. Onların bir hissəsi artıq icra edilmiş, digər hissəsi isə aydın olan mülahizələrə görə Ermənistanın 7 iyun 2026-cı il tarixində keçiriləcək həlledici ümumi seçkilərindən sonraya təxirə salınıb; eyni zamanda hakim anglosakson oxu Əliyev və Paşinyan sülalələrinin növbəti təxminən iyirmi il ərzibərində hakimiyyətini təmin edib.

  1. Paşinyan, Trampın 49 və ya 99 illik icarə planı ilə bağlı gümanların doğruluğunu etiraf edərək və bu marşrutda elektrik enerjisi, qaz, neft, fiber optika və dəmir yolu, avtomobil nəqliyyatı sahələrində planlaşdırılan potensialları izah edərək, Bakı, İrəvan və Ankara ilə koordinasiyalı şəkildə Cənubi Qafqazda ABŞ və digər NATO ölkələrinin mövcudluğu üçün uzunmüddətli bir planın hazırlandığını göstərdi. Ermənistanın baş nazirinin hələlik toxunmadığı məsələ, bu sözügedən ‘Marşrutun’ enidir ki, onun elan edilməsi bu bölgədə dəhliz (koridor) təhlükəsinin aradan qalxdığına dair fərziyyələri puç edəcək. Xüsusilə, 2025-ci ilin avqustunda üçtərəfli Ağ Ev bəyanatının 3-cü maddəsində ‘Maneəsiz Bağlantı’ (Unimpeded Connectivity) vurğulanır ki, bu ifadə hüquqi baxımdan Bakıya istənilən təhlükəsizlik nəzarətinə və gömrük nəzarətinə etiraz etmək üçün geniş bir təfsir imkanı verir və bu marşrut üçün bir dəhliz (koridor) konsepsiyası yaradır.

  1. Daxili hüquqda icarəyə gəldikdə, kirayə müqaviləsinin tələbinə uyğun olaraq, kirayəçinin müəyyən bir əşyanın mülkiyyətindən müəyyən bir müddət ərzində istifadə etmək imkanı nəzərdə tutulur; yəni icarə müqaviləsi zamana bağlı mülkiyyət müqaviləsidir və mənfəət müəyyən müddət ərzində əşyanın mülkiyyətinin verilməsi yolu ilə əldə edilir. Daxili hüquqda, müəyyən bir müddətə ‘mülkiyyətdən istifadə’ icarə müqaviləsində vurğulandığı və icarə müqaviləsi buna əsasən mülkiyyət müqaviləsi adlandırıldığı halın əksinə olaraq; beynəlxalq hüquqda isə, ‘beynəlxalq icarə’ barədə danışıldıqda, əslində ‘suverenliyin tətbiqi’ elementi vurğulanır. Belə hallarda, suverenlik icarə müddəti üçün beynəlxalq şirkətə və ya icarə götürən dövlətə köçürülür. Ermənistanın baş nazirinin sözlərinə görə, Tramp marşrutunun icarəsi, investisiya miqdarına uyğun olaraq, Ermənistan-Amerika birgə konsorsiumuna veriləcək; ABŞ-ın bu layihədə investisiya miqdarında üstün olacağı və nəticədə bu marşrut üzərində suverenliyin və iradənin ABŞ tərəfindən tətbiq ediləcəyi açıqdır. İrəvanın ərazi yurisdiksiyası, suverenlik və Ermənistanın müstəqilliyi ilə bağlı razılaşmaya vurğu etməsi də əməldə heç bir təsir göstərməyəcək. Bunu başa düşmək üçün yalnız ABŞ-ın 1903-cü ildən bəri Kubanın Quvantanamo bölgəsində, Atlantik və Sakit okeanlar arasındakı Panama kanalında 1999-cu ilə qədər və bir çox ölkədə hərbi bazaların yerləşdirilməsindəki baha başa gələn iştirakının məhz bu icarə və investisiya müqavilələrindən qaynaqlandığını qeyd etmək kifayətdir.

  1. Tramp marşrutunun icarə planının həyata keçməsi birbaşa 49 və ya 99 il müddətinə İranı ABŞ-ın qonşusu edəcək və İranın Ermənistanla ortaq sərhədini böyük çətinliklər qarşısında qoyacaq ki, İran sərhədlərindən uzaqda dəhlizin yerləşdirilməsi, marşrutun İran yolu ilə kəsişmə nöqtəsində üst və ya alt keçidlərin yaradılması və ya ABŞ-ın İranın Ermənistana gedən yolu üzərindəki suverenliyinin istisna edilməsi kimi alçağ təkliflər mənasızdır və həll yolu olmayacaq. Çünki dəhliz yanaşması geosiyasi dəyişikliklərə səbəb olacaq; məhz bu perspektivə görə İlham Əliyev və onun İrandakı lobbisi saxta Zəngəzur dehlizi sözündən  çəkinməyə hazır deyillər və eyni zamanda Sünikdə əhalinin azalması böhranı və bu bölgədə milli simaların zəifləməsi ilə əlaqədar olaraq saxta “Qərbi Azərbaycan” termini və “Yerazların” qayıdışı təbilini çalırlar; maraqlıdır ki, Paşinyan hökuməti hətta bunun əvəzində Bakı, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycan Respublikasının digər şəhərlərindən didərgin salınmış 300 mindən çox ermrəlinin qayıtması məsələsinə toxunmağa belə hazır deyil ki, anglosakson nizamının ikiüzlü qılıncını daha görünən etmiş olsun. Əslində Paşinyanın hələ etiraf etmədiyi ikinci məqam, Tramp marşrutunda əsas investor yəni Azərbaycan Respublikasının adının elan edilməsidir ki, bu da 2025-ci ilin avqustunda Bakı və Exon Mobil şirkəti arasında Ağ Evdə imzalanan enerji müqaviləsi ilə əlaqəlidir və buna görə də 2025-ci ilin avqustunda Ağ Ev bəyannaməsinin dördüncü maddəsində üçüncü tərəfin Tramp layihəsində iştirakı müstəsna edilməyib.

  1. Beynəlxalq nizamın tənəzzülü və Ukraynadan Afrikaya, Qərbi Asiyadan Cənub-Şərqi Asiyaya qədər güclər və onların müttəfiqləri arasında qarşıdurmaların artması fonunda, anglosakson nizamının üç podratçısı (Bakı, İrəvan və Ankara dövlətləri) London və Vaşinqtonun 21-ci əsrdəki “Şah Layihəsi” olan NATO-nun Turan Dəhlizini həyata keçirmək üçün addım-addım hərəkət edirlər. Bu plan, enerji, tranzit, nadir metallara çıxışla bağlı böyük hesablaşmalarda İranı, Rusiyanı və Çini vurmaqla, Kaspiyən dənizinin hər iki sahilinə NATO-nun genişlənməsini və ingilis pan-turanizm ideyasına əsaslanan, bu üç ölkəyə qarşı etnikçilik virusunun yayılması üçün qondarma türk dünyasının yaradılmasını, həmçinin saxta Zəngəzur dəhlizini Davud Dəhlizinə qoşmaqla İsrail rejiminin tranzit və strateji dəstəyini təmin etməklə anglosakson nizamını gücləndirməyi nəzərdə tutur. Lakin bu elementlərin hesablamadığı məsələ, Moskva, Tehran, Pekin, Yeni Dehli, Afina və s. daxil olmaqla, revizionist və ortaq maraqları olan tələbkar oyunçu spektrinin gözlənilməz və proqnozlaşdırıla bilməyən davranışlarıdır. Bəlkə də son həftələrdə Ukraynada, Gürcüstanda, Azərbaycan Respublikasında və Fars körfəzində baş verən bəzi hadisələr Saakaşvili və Zelenskinin yolunu gedən şəxslərin və elementlərin gözlərini daha çox açacaq. İranın Qafqazdakı qırmızı xətləri dəyişməyib və əksinə, onun haqlılığı və paralel maraqlara malik digər oyunçularla qarşılıqlı əlaqəsi daha aydın və güclü olub.

Dr. Əhməd Kazımi, Universitetin Beynəlxalq Hüquq Professoru və Avrasiya üzrə Baş Araşdırmaçısı